21 Fevral 2024 19:31
345
DÜNYA
A- A+

Ərdoğan: KAAN təyyarəsinin uğurla səmaya qalxması Türkiyə müdafiə sənayesinin qürur mənbəyidir

 

“Yerli beşinci nəsil KAAN təyyarəsinin ilk uçuşu uğurlu oldu. Bu hadisə Türkiyənin müdafiə sənayesi üçün qürur mənbəyidir.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afyonkarahisar əyalətində hakim Ədalət və İnkişaf Partiyasının mitinqində deyib.

Onun sözlərinə görə, Türkiyə müdafiə sənayesi gücünü artırmaqda davam edir və yeni nailiyyətlər hələ irəlidədir.

“Bu gün beşinci nəsil KAAN təyyarəsinin hazırlanmasında növbəti mühüm mərhələni geridə qoyduq. Digər hərbi təyinatlı yeniliklərin yaradılmasını davam etdiririk” deyən Türkiyə lideri, arsenalına artıq F-16 təyyarələri üçün döyüş sursatının daxil edildiyi pilotsuz “Kızılelma” döyüş təyyarəsinin layihəsini təqdim edib.

Rəcəb Tayyib Ərdoğan beşinci nəsil KAAN təyyarəsinin hazırlanması proqramının bütün iştirakçılarına təşəkkür edib. “Biz ölkəni müdafiə kompleksimizin yeni nailiyyətləri ilə sevindirəcəyik”, - deyə Türkiyə Prezidenti əmin edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video