17 Yanvar 2026 02:07
2338
Fərmanlar
A- A+
"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 322-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 322-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 322-VIIQD nömrəliQanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası Qanununun 4-1.1-ci və 6.3-cü (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 6.3-cü maddəsində birinci halda "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 4-1.1-ci və 6.3-cü (ikinci halda) maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Qanunun 4-1.1-ci maddəsində nəzərdə tutulan enerji effektivliyi informasiya sisteminin (bundan sonra - Sistem) sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası Qanununun 17.1.5-ci maddəsinə uyğun olaraq, enerji effektivliyi informasiya sisteminin əsasnaməsini altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 322-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Energetika Nazirliyi:

3.1. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası Qanununun 4-1.1-ci maddəsinə uyğun olaraq, Sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsün;

3.2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq "Hökumət buludu"nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün;

3.3. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 322-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 2.1-ci bəndi nəzərə alınmaqla, "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər. 

5. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 8, maddə 925 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 

5.1. 2.1-ci bəndə "2.1.13-cü," sözlərindən sonra "4-1.1-ci," sözləri əlavə edilsin; 

5.2. 2.4-cü bəndə "tələblərinə" sözündən sonra ", enerji effektivliyi informasiya sisteminin əsasnaməsinə" sözləri əlavə edilsin;

5.3. 2.5-ci bəndə "Qanunun" sözündən sonra "4-1.1-ci," sözləri əlavə edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 iyul tarixli 2215 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 7, maddə 940 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 dekabr tarixli 571 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin: 

6.1. 1.3-cü bəndə "tərəfindən" sözündən sonra "enerji effektivliyi informasiya sistemi (bundan sonra - Sistem) vasitəsilə" sözləri əlavə edilsin;

6.2. 2.5-ci bənddə "rəsmi internet səhifəsində" sözləri "Sistemdə" sözü ilə əvəz edilsin;

6.3. 3-cü hissə üzrə:

6.3.1. 3.2-ci bənddə "təqdim etdikləri" sözləri "Sistemə daxil etdikləri" sözləri ilə əvəz edilsin;

6.3.2. 3.3.1-ci yarımbənddə "təqdim etdiyi" sözləri "Sistemə daxil etdiyi" sözləri ilə əvəz edilsin;

6.3.3. 3.5-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:

"3.5. Forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi barədə hesabatı aşağıdakı nəzarət subyektləri hər hesabat ili üçün növbəti il yanvarın 31-dək Sistemə daxil edirlər:";

6.4. 4-cü hissə üzrə:

6.4.1. 4.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

"4.3. Nəzarət tədbirlərinin nəticələri barədə akt, həmin tədbirlərin bitmə tarixindən gec olmayaraq, Nazirlik tərəfindən 2 (iki) nüsxədə tərtib edilməli və 1 (bir) nüsxəsi barəsində akt tərtib edilmiş nəzarət subyektinə yerində təqdim olunmalı və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilməlidir. Tərtib edildiyi tarixdən 2 (iki) iş günü müddətində aktın surəti həmin nəzarət subyektinin Sistemdəki şəxsi kabinetində yerləşdirilməlidir.";

6.4.2. 4.4-cü bəndə "ehtiyatında," sözündən sonra "Sistemdə," sözü əlavə edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli 13 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 3, maddə 253; 2025, № 1, maddə 32) ilə təsdiq edilmiş "Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin: 

7.1. 3-cü hissə üzrə:

7.1.1. 3.3-cü bəndə "əsaslandırılmasını" sözündən sonra "enerji effektivliyi informasiya sistemi (bundan sonra - Sistem) vasitəsilə" sözləri əlavə edilsin;

7.1.2. 3.4-cü bəndin ikinci cümləsinə ikinci halda "müddətində" sözündən sonra "Sistem vasitəsilə" sözləri əlavə edilsin;

7.1.3. 3.8-ci bəndə "səhifəsində" sözündən sonra ", Sistemdə" sözü əlavə edilsin;

7.2. 5.7-ci bəndə "müddətində" sözündən sonra "Sistem vasitəsilə" sözləri əlavə edilsin.


İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 15 yanvar 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan üçüncü gümüş medalını qazanıb

21:32
11 Mart

Azərbaycan və ABŞ arasında yeni rəqəmsal platforma yaradılır  

21:23
11 Mart

Regiondakı gərginlik Körfəz ölkələrindən Azərbaycana turist axınını çətinləşdirib  

20:59
11 Mart

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

20:37
11 Mart

Azərbaycanla Latviya arasında qanunvericilik və təcrübə mübadiləsi güclənir  

20:36
11 Mart

Paşinyan: Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında avtomobil yolunu açmağa hazırdır  

20:34
11 Mart

Mədəniyyət naziri: Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın inkişafına böyük önəm verir  

20:33
11 Mart

Nikol Paşinyan: Ermənistanın TRIPP layihəsini həyata keçirməmək və ya təxirə salmaq üçün heç bir əsası yoxdur  

20:33
11 Mart

Türkiyə Ordusunun Quru Qoşunları komandanı Əlahiddə Ümumqoşun Orduda olub

20:32
11 Mart

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Yaşama Dəstək” Mərkəzində olublar

20:30
11 Mart

36 İndoneziya vətəndaşı İrandan təxliyə olunub 

20:28
11 Mart

Laçında özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

18:40
11 Mart

CENTCOM: ABŞ İranda 5,5 mindən çox hədəfə zərbə endirib  

18:31
11 Mart

İran: Bir barel neftin qiymətinin 200 dollara çatacağı günə hazır olun  

18:25
11 Mart

Antonio Koşta: Bakı-Naxçıvan dəmir yolu layihəsi Avropa və Asiya arasında dayanıqlı marşrut yaradacaq  

18:23
11 Mart

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Azərbaycanla Orta Dəhliz çərçivəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır  

18:23
11 Mart

Azərbaycan və Serbiya ordularının Baş Qərargah rəisləri arasında telefon danışığı olub  

18:12
11 Mart

Azərbaycanın Baş naziri Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşüb

18:08
11 Mart

Milli Məclisdə ictimai dinləmə: Kənd təsərrüfatında süni intellektin tətbiqi, nəticələr və perspektivlər 

18:01
11 Mart

Agentlik ölkəyə repatriasiya olunan Azərbaycan vətəndaşlarının sayını açıqlayıb  

17:57
11 Mart

Aİ Şurasının Prezidenti: Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır  

17:53
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!