Energetika naziri: Azərbaycan bərpa olunan enerji sahəsində aparıcı ölkələrdən birinə çeviriləcək
Energetika naziri Pərviz Şahbazov Əbu-Dabidə IRENA Assambleyasının 14-cü sessiyası çərçivəsində “Bərpa Olunan Enerjinin Üçqat Artırılması” mövzusunda keçirilən yüksək səviyyəli plenar sessiyada çıxış edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, çıxışda Azərbaycanın “Bərpa Olunan Enerji və Enerji Səmərəliliyinə dair Qlobal Vəd”ə qoşulması ölkəmizin yaşıl enerji keçidinə sadiqliyi kontekstində dəyərləndirilib. COP29-un isə Azərbaycana bərpa olunan enerjinin inkişafı ilə bağlı əldə olunmuş nailiyyətləri irəliyə aparmaq imkanı yaratdığı qeyd olunub. Bildirilib ki, COP29 yeni qlobal kollektiv maliyyə məqsədlərinin qəbulu üçün səylərin səfərbər edilməsində mühüm platforma olacaq.
“Maliyyə 2030-cu ilə qədər bərpa olunan enerjinin üçqat artırılmasının da mühüm şərtlərindəndir. İnvestisiyalar istehsal güclərinin yaradılmasına, enerji sisteminə inteqrasiyasına, şəbəkənin gücünün artırılmasına, modernləşməsinə, ölkələr arasında interkonnektorların, enerji saxlanc sistemlərinin qurulmasına yönəldilməlidir”, - deyə nazir əlavə edib.
Azərbaycanın 2030-cu ilədək bərpa olunan enerji potensialının ölkə və regional miqyasda artmasına töhfə verən ölkə olacağını vurğulayan nazir bununla bağlı Avropa İttifaqı ilə enerji tərəfdaşlığının mühüm komponenti olan yaşıl enerjinin tədarükü ilə bağlı həyata keçirilən layihələrdən bəhs edib. Bildirilib ki, regional kontekst bərpa olunan enerjinin üçqat artırılması hədəfində strateji əhəmiyyət daşıyır. İlin sonunadək texniki-iqtisadi əsaslandırması hazır olacaq “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi Azərbaycanı bərpa olunan enerji sahəsində regional inteqrasiyada aparıcı ölkələrdən birinə çevirəcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bakıda Qırğızıstanın müstəqillik günü təntənə ilə qeyd edilib
01 Sentyabr
Parisdə keçirilən aksiyada Avropa İttifaqının bayrağı cırılıb
31 Avqust
Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək
31 Avqust
Vuçiç: Serbiya 2030-cu ilədək Aİ-yə üzv ola bilməyəcək
31 Avqust
Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında gümüş medal qazanan Raman Saleyi tə...
31 Avqust
Premyer Liqa: “Sabah” “Kəpəz”ə qalib gəlib
31 Avqust
“Paris-2024”: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
31 Avqust
Yəməndə yanacaqdoldurma məntəqəsində partlayış olub
31 Avqust
Premyer Liqa: "Neftçi" Şamaxıda xal itirib
31 Avqust
Dmitri Kobitski: Azərbaycanda seçki prosesləri bütün qəbul edilmiş beynəlxalq normalara uyğundur...
31 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələdə: Strateji müttəfiqlik iki ölkəni daha da gücləndi...30 Avqust 2024
Strateji tərəfdaşlıq güclənir, qlobal nüfuz artır 28 Avqust 2024
Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu26 Avqust 2024
"Gəl sənə Laçınımı göstərim..."25 Avqust 2024
"Mehriban xanım ürəyimizdə elə bir saray qurub ki..."24 Avqust 2024
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!