25 Aprel 2024 15:51
168
CƏMİYYƏT
A- A+

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub  

 

Azərbaycanın ilk Ombudsmanı (İnsan Hüquqları üzrə Müvəkkili) Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub. AZƏRTAC xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları, ailə üzvləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, E.Süleymanova aprelin 25-də 87 yaşında vəfat edib.

Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 1937-ci il iyulun 17-də Bakı şəhərində anadan olub. O, 1968-ci ildə kimya elmləri namizədi, 1980-ci ildən kimya elmləri doktoru elmi dərəcəsi, 1970-ci ildə baş elmi işçi, 1988-ci ildə professor olub. 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvü idi. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir. E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub. E.Süleymanova Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə insan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə “Şöhrət” və “Şərəf” ordeni ilə təltif edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video