Elm və Təhsil Nazirliyi valideynlərə müraciət edib
Mayın 26-sı saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə I siniflərə qəbul üçün prioritet tələbi tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə prioritetsiz qəbul aparılacaq.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Sözügedən ümumi təhsil müəssisələrinin siyahısı aşağıda təqdim edilib:
Heydər Əliyev adına lisey;
T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;
İ.Hacıyev adına tərəqqi texniki-humanitar liseyi;
İ.Əfəndiyev adına elitar gimnaziya;
“Ankara məktəbi” məktəb-lisey;
132-134 nömrəli təhsil kompleksi;
T.Həsənov adına 23 nömrəli tam orta məktəb;
Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi;
Zəngi liseyi.
Qeyd edək ki, adı göstərilən təhsil müəssisələrinin Azərbaycan bölməsi üzrə I siniflərinə valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin ümumi təhsil müəssisəsi üçün müəyyən edilmiş ərazidə qeydiyyatda olan və qəbul elan olunan vaxtdan azı bir il əvvəl həmin ünvanda rəsmi müqavilə əsasında kirayə yaşayan, valideyni (qanuni nümayəndəsi) həmin ümumi təhsil müəssisəsində işləyən, bacı və ya qardaşları həmin ümumi təhsil müəssisəsində təhsil alan uşaqlar sözügedən prioritetlərə uyğun qəbul edilirdilər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Çiyid səpini sürətlənir
26 Aprel
Bəşəri dəyər
26 Aprel
COP29 "yaşıl dünya"ya qapı açacaq
26 Aprel
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
26 Aprel
Sahibkarlar Gününə həsr olunmuş konfrans keçirilib
26 Aprel
Azərbaycan istənilən təhdidə cavab vermək gücündədir
26 Aprel
Qarşılıqlı hörmət və etimadın təzahürü
26 Aprel
Qərbin yeni "Vardanyan şousu"
26 Aprel
ABŞ "demokratiyası"nın tərs aynası
26 Aprel
Sülhməramlıların Qarabağdan getməsi Azərbaycanla Rusiya arasındakı qarşılıqlı anlaşmanı göstərir...
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!