02 Mart 2024 13:15
320
CƏMİYYƏT
A- A+

Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayan şəxs tutulub  

 

Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt polis məntəqəsinin və 2 saylı Regional Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Kür çayının Qazax rayon 1-ci Şıxlı kəndindən keçən hissəsində qeyri-qanuni balıq ovu ilə məşğul olan A.Məmmədkərimov saxlanılıb.

Yoxlama zamanı ondan bir ədəd rezin qayıq, iki ədəd avar, bir ədəd elektrik cərəyanını artıran cihaz, bir ədəd akkumulyator, bir ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, 105 ədəd xramulya balığı və digər əşyalar götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video