23 Fevral 2023 01:02
822
İQTİSADİYYAT
A- A+
Ehtiyat hər evin yaraşığıdır

Ehtiyat hər evin yaraşığıdır

 

Ölkəmizdə fərdi mənzillərin 90 faizi sığorta edilməyib

 

Mənzillərin müxtəlif hadisələr səbəbindən zərər görməsi tez-tez rastlaşdığımız haldır. Bu hallarda, vaxtında  riskləri doğru dəyərləndirməyən, baş verə biləcək xoşagəlməz hadisələri əvvəlcədən nəzərə almayan vətəndaşlar çətin vəziyyətə düşürlər. Əmlakı ziyan görmüş şəxs evini vaxtında sığortalamayıbsa, onun xərclərini qarşılayan olmur. Ona görə də mülk sahibi olan vətəndaşlar mənzillərini, ümumilikdə əmlaklarını sığortalatdırmağa maraq göstərməlidirlər.
Ölkəmizdə daşınmaz əmlakın sığortalanması "İcbari sığortalar haqqında"  qanunla tənzimlənir. Daşınmaz əmlakın sığortası ölkəmizdə mövcud olan yaşayış və qeyri-yaşayış əmlakları üçün məcburidir. Qanuna əsasən, daşınmaz əmlakının icbari sığortası olmayan fiziki şəxslərə 30, vəzifəli şəxslərə 80, hüquqi şəxslərə isə 200 manat məbləğində cərimə nəzərdə tutulub. Bakıdakı ev və mənzillərin illik sığorta haqqı 50, Gəncə, Sumqayıt və Naxçıvanda 40, digər şəhər və rayonlarda isə 30 manatdır. Müvafiq olaraq, paytaxtdakı mənzillərə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvandakılara 20 min, digər şəhər və rayonlardakı mənzillərə isə 15 min manat sığorta təminatı verilir. Qeyri-yaşayış obyektlərində isə sığorta tarifləri həmin əmlakın yerləşdiyi yerə, təyinatına və həcminə görə müəyyən edilir.
Qanundan irəli gələn tələblərə görə, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində qısaqapanma, maşınların, aparatların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən daxil olan su nəticəsində subasma və digər oxşar hallar sığorta hadisəsidir. Həmçinin təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi də daşınmaz əmlakın icbari sığorta növü üzrə sığorta hadisəsi hesab olunur.

 

Vətəndaşların məlumatsızlığı sığortalama faizinə mənfi təsir göstərir

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, ölkəmizdə evlərin və mənzillərin sığortalanması ilə bağlı əsas çatışmazlıq bu sahədə maarifləndirmə işinin yüksək səviyyədə aparılmamasıdır: "Xüsusilə bölgələrdə vətəndaşlar evlərini və ya mənzillərini sığortalamadığı üçün fövqəladə hallar zamanı dəymiş ziyanı qarşılamaqda çətinlik çəkirlər. Sığortalama isə ev sahibini gözlənilməz hadisələr nəticəsində yaranan xərclərdən azad edir, vətəndaşa dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilir. Təəssüf ki, xüsusilə bölgələrdə yaşayan vətəndaşlarımızın məlumatsızlığı sığortalama faizinə mənfi təsir göstərir. Lakin Bakı, Sumqayıt və digər böyük şəhərlərdə də mənzillərin sığortalanma faizi yüksək deyil. Bu, sığorta sahəsində yeni mexanizmlərin tətbiqini zəruri edir. Mənzil alqı-satqısı zamanı sığortalanma işi həyata keçirilsə də, bu, sonrakı mərhələdə davamlı və kütləvi xarakter daşımır. Bu baxımdan evlərin və mənzillərin sığortalanması qaydaları üzərində daim iş aparılmalıdır".
Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev də qəzetimizə açıqlamasında bildirib ki, hazırda ölkə vətəndaşlarının icbari əmlak sığortasına olan yanaşması ürəkaçan deyil: "Statistikaya əsasən, respublikadakı yaşayış obyektlərinin 90 faizi, qeyri-yaşayış obyektlərinin isə 70 faizi icbari qaydada sığorta edilməyib. Bu, sığorta növü üzrə bazar potensialının böyük olduğunu göstərir. Deməli, sistemli tədbirlər nəticəsində ölkə üzrə daşınmaz əmlakın sığortalanma faizi 2-3 dəfə artırıla bilər".
 E.Mirsalayev qeyd edib ki, ümumi tələblərə görə, hazırda qeyri-yaşayış obyektlərinin daşınmaz əmlakın icbari sığortası üzrə proseslərə nəzarəti Fövqəladə Hallar Nazirliyi, yaşayış obyektlərinin icbari əmlak sığortasına nəzarəti isə yerli icra hakimiyyəti orqanları həyata keçirir: "Bununla yanaşı, ölkəmizdə sığorta sektoruna nəzarət və tənzimləmə qurumu olan Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosiasiyası, o cümlədən digər sığorta iştirakçıları respublika ərazisində daşınmaz əmlakın icbari sığortası növünün təşviqi ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirir, proseslərin elektronlaşdırılması ilə bağlı əsaslı addımlar atırlar. Hazırda Mərkəzi Bankın təşəbbüsü ilə daşınmaz əmlakların icbari sığortası üzrə elektron sistemin yaradılması üzərində iş aparılır. Bu sistem ölkəmizdə mövcud olan və sığortalanmamış daşınmaz əmlakların sığortaya cəlb olunmasını təmin edəcək".

 

Müstərək sığorta biznesinin tətbiqi vacibdir

 

Hüquqşünas Əkrəm Həsənov deyib ki, ölkəmizdə daşınmaz əmlakın sığortalanması işinə maraq azdır: "Daşınmaz əmlakın sığortalanması könüllü deyil. Lakin məsələ burasındadır ki, evini və ya mənzilini sığortalamayanlar üçün cərimə nəzərdə tutulsa da, bu, yerli icra hakimiyyəti orqanları tərəfindən, demək olar ki, tətbiq edilmir. Bu, ciddi problemdir. Təxminən 3-4 il əvvəl sığorta şirkətləri binalara elan vurub, vətəndaşları daşınmaz əmlaklarını sığortalamağa dəvət edir, əks halda cərimə olunacaqlarını bildirirdilər. Təəssüf ki, bu da ciddi nəticə vermədi". 
Ə.Həsənov qeyd edib ki, ölkəmizdə sığorta şirkətlərinə etibar azdır. Onun sözlərinə görə, bunun səbəbi sığorta şirkətlərinin bir sıra hallarda sığorta ödənişini etməmək üçün bəhanələr gətirmələridir. 
Mütəxəssislərin fikrincə, sığorta şirkətlərini, eləcə də vətəndaşları daşınmaz əmlakları sığortalamağa stimullaşdırmaq üçün müştərək sığorta modelindən istifadə edilməlidir. Ənənəvilikdən fərqli olaraq, müştərək sığorta modelini tətbiq edən şirkətlər vətəndaşlara əvvəlcədən məlumat verirlər ki, ödənişlərdən yığılan məbləğin müəyyən hissəsi, misal üçün 30 faizi şirkətə ayrılır, qalan 70 faizlə isə vətəndaşların sığorta xərcləri qarşılanır. Sığorta xərcləri az olduğu təqdirdə və həmin 70 faiz maliyyə vəsaiti xərclənmədiyi halda isə, qalan pul vətəndaşlara geri qaytarılır. Yaxud vətəndaş həmin vəsaitlə əmlakını növbəti il də sığortalamaq imkanı əldə edir.  
Ə.Həsənov deyib ki, müştərək sığorta fərqli maliyyə modelidir: "Bu maliyyə modelindən ölkəmizdə yalnız aqrar sahədə istifadə edilir. Digər sahələrdə isə yalnız ənənəvi sığorta biznesi işləyir. Müştərək sığorta ilə məşğul olan şirkətlərin xərcləri ödəməmək üçün bəhanə gətirməyə səbəbləri olmur. Bu, həm də vətəndaşları evlərini və ya mənzillərini sığortalamağa həvəsləndirir".
Hüquqşünas  qeyd edib ki, ənənəvi sığortalamada gözlənilməz hadisə nəticəsində dəymiş zərər digər sığorta olunanlardan yığılmış ödənişlər hesabına şirkət tərəfindən qarşılanır: "Mənzil zərər görmədiyi halda isə vətəndaşın pulu ona qaytarılmır. Təbii ki, sığorta şirkətlərinin qazanc mənbəyi də budur. Ona görə sığorta şirkətləri müəyyən hallarda xərcləri qarşılamaqdan yayınmağa çalışırlar. Bu, ənənəvi sığorta biznesinin ən təhlükəli və zəif tərəfidir".
Görünən odur ki, ölkəmizdə daşınmaz əmlakın sığortalanması zəif inkişaf edib. Lakin mülk sahibləri bu məsələyə ciddi yanaşmalı, daşınmaz əmlaklarını vaxtında sığortalatdırmalıdırlar. Həmçinin vətəndaşlar daşınmaz əmlakın sığortalanması üçün həvəsləndirilməli, bu sahədə monitorinq və nəzarət gücləndirilməlidir. 

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!