DVX-nin təşkil etdiyi 2-ci “Yay Təcrübə Proqramı” başa çatıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən təşkil olunan 2-ci “Yay Təcrübə Proqramı” başa çatıb.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, proqramın yekununa həsr olunan tədbirdə iştirak edən DVX-nin rəisi Orxan Nəzərli ölkəmizdə həyata keçirilən gənclər siyasəti və insan kapitalının gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Xidmət rəisi gənclərin dövlət qulluğuna marağının artırılması, bu sektorda fəaliyyət göstərmələri üçün motivasiya yaradılması məqsədilə dövlət qurumları tərəfindən müxtəlif layihələrin reallaşdırıldığını vurğulayıb.
Qeyd olunub ki, gənclərin bilik və bacarıqlarının yüksəldilməsi, həmçinin fərdi inkişafını hədəfləyən “Yay Təcrübə Proqramı”nın başlıca məqsədlərindən biri də məhz onların dövlət vergi orqanlarının fəaliyyətinə marağını artırmaq və gələcəkdə vergi xidməti orqanlarında işə cəlb olunmalarını təmin etməkdir.
“Yay Təcrübə Proqramı”na qoşulmaq istəyən ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş bir neçə mərhələdən ibarət seçim prosesinin nəticəsinə əsasən 67 nəfər Proqramda iştirak hüququ qazanıb. Onlar DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay düşərgəsinə qoşulublar. Burada tələbələrə DVX-nin təcrübəli əməkdaşları və kənar peşəkar təlimçilər tərəfindən vergi sahəsi və müvafiq səriştələr üzrə təlimlər təşkil olunub. Daha sonra DVX-nin İnsan resursları, Vergi siyasəti, Sənədlərlə iş və icra intizamına nəzarət (Katiblik), İqtisadi təhlil və uçota nəzarət, Dövlət qeydiyyatı baş idarələrində, həmçinin Bakıda və regionlarda yerləşən strukturuna daxil olan qurumlarında keçirilən təcrübə çərçivəsində praktiki biliklərə yiyələnib, vergi sisteminin fəaliyyətinin əsas istiqamətləri və iş prinsipləri ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər.
Təcrübənin əsas məqsədi yay düşərgəsində qazanılmış nəzəri biliklərin iş prosesində tətbiq edilməsi, təkrarlanması və daha da təkmilləşdirilməsindən ibarət olub. “Yay Təcrübə Proqramı”nın iş yerində təcrübə hissəsi 8 həftə davam edib.
Tədbirdə DVX-nin rəisi Orxan Nəzərli və Xidmətin İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova tələbələri maraqlandıran sualları cavablandırıblar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi şəhərinin Azərbaycan enerji sisteminə qoşulması təmin edilib
24 Sentyabr
Qarabağ bölgəsində silah-sursatın müsadirəsi davam edir
24 Sentyabr
İran ilə Rusiya arasında Rəşt-Astara dəmir yolu xəttinin tamamlanmasına sərmayə yatırılması üçün müq...
24 Sentyabr
TƏBİB: Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub
24 Sentyabr
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
24 Sentyabr
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib
24 Sentyabr
Papa Fransisk Ukraynaya silah yardımının dayandırılmasından məyusluğunu ifadə edib
24 Sentyabr
Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib VİDEO
24 Sentyabr
DİN: Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək...
24 Sentyabr
Sabah Bakıda və bölgələrdə yağış yağacaq
24 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
44 günlük Zəfərə 23 saatlıq əlavə23 Sentyabr 2023

“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!