15 İyul 2025 09:00
6085
Səhiyyə
A- A+
Düzgün qulluq diş sağlamlığının əsas şərtidir

Düzgün qulluq diş sağlamlığının əsas şərtidir


Yay ayları istirahət və enerji toplamaq üçün gözəl fürsətdir. Lakin havaların isinməsi, səyahətlərin artması və qidalanma rejiminin dəyişməsi orqanizmdə bir sıra dəyişikliklərə səbəb olur. Bu dəyişikliklər diş sağlamlığından da yan keçmir.

Dişlər insan orqanizminin daim qulluq tələb edən üzvləridir. Ağız və diş sağlamlığı təkcə estetik deyil, həm də ümumi sağlamlıq üçün vacibdir. Həyat tərzi, gigiyena, yemək vərdişləri və istifadə olunan yanlış məhsullar ağız sağlamlığına təsir göstərir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, orta gəlirli ölkələrdə yaşayan hər 4 nəfərdən 3-ü diş problemlərindən əziyyət çəkir. Diş və diş əti xəstəlikləri isə təkcə ağız nahiyəsinə zərər vermir, həm də mədə, ürək-damar və şəkərli diabet kimi xəstəliklərə yaxalanma riskini artırır. Kiçik vərdişlərlə dişləri qorumaq isə həm asan, həm də uzunmüddətli sağlamlığın açarıdır. 


Bu qidalar diş həssaslığına səbəb olur


Mövzu ilə bağlı qəzetimizə açıqlama verən həkim-stomatoloq Kəmalə Kamalovanın sözlərinə görə, yay aylarında ən çox rast gəlinən diş problemlərindən biri diş ətinin həssaslığının artmasıdır: "Diş həssaslığı, dişlərin isti, soyuq, şirin və ya turş qidalara, hətta nəfəs almağa qarşı ağrı və ya diskomfort hissi verməsi vəziyyətidir. Bu, adətən diş minasının zədələnməsi və ya diş ətinin çəkilməsi nəticəsində baş verir. Xüsusən yay aylarında diş həssaslığının əsas səbəbi qazlı, rəngli və  pH (bir məhlulun turşuluq və ya qələviliyini ölçən göstərici) səviyyəsi yüksək olan sular və dondurmalardır. Bu narahatlığa göz yumduqda, vəziyyət kəskinləşəcək. Bunun baş verməməsi üçün gündəlik istehlak edilən içkilər müəyyən miqdarı keçməməlidir. Təbii ki, nə qədər tövsiyə etsək də, isti havalarda bunlardan imtina etmək çox çətindir. Amma sayını minimuma endirmək, gündə yalnız 1-2 dəfə bu içkiləri istehlak etmək olar. Qəbul edilən içki və dondurmaların miqdarına diqqət etdikdə belə, diş həssaslığı keçmirsə, mütəxəssisə müraciət edilməlidir. Yay aylarında bədən daha çox su itirir. Tövsiyə olunan maye isə sudur və onu kifayət qədər içmək yalnız bədənin deyil, ağız boşluğunun da sağlamlığı üçün vacibdir. Su tüpürcək istehsalını artıraraq ağızda turşu səviyyəsini balanslaşdırır və bakteriyaların çoxalmasının qarşısını alır".

Həkim bildirib ki, soyuq hava, kondisionerli mühitdə uzun müddət qalmaq diş ağrısına səbəb olur, dişlərdəki iltihabı kəskinləşdirir. Buna görə də kondisioneri mütəmadi olaraq söndürərək otaqdakı havanı balanslaşdırmaq lazımdır. Əks halda bu, yalnız diş həssaslığı, iltihabı ilə bitməz, kəskin sümük xəstəliyinə belə səbəb olar. Yay aylarında mövsümi meyvə və tərəvəzlər faydalıdır. Xüsusilə doğranmamış alma təbii şəkildə dişlərin təmizlənməsinə kömək edir. Ancaq qarpız, üzüm kimi şəkərli meyvələrin miqdarına nəzarət etmək tövsiyə olunur.


Ağız və diş qulluğu belə olmalıdır


Ağız və diş qulluğunun müntəzəm aparılmasının vacibliyini vurğulayan Kəmalə Kamalova qeyd edib ki, ağızdakı bakteriyalar 12 saatdan bir çoxaldığından dişlər mövsümdən asılı olamayaraq, gün ərzində 2 dəfə fırçalanmalı, hər qida qəbulundan sonra isə yaxalanmalıdır: "Dişlər axşam fırçalandıqdan sonra isə qida qəbul edilməməlidir. Belə ki, ağız boşluğunda olan bəzi bakteriyalar qida qalıqlarını parçalayaraq turşu ifraz edirlər. Bu turşu da diş minasını zədələyir, kariyesin yaranmasına səbəb olur. Dişlərin düzgün fırçalanması olduqca vacibdir. Dişlər 4 dəqiqə müddətində bir istiqamətdə sağdan sola və ya əksinə, dairəvi və ya süpürgə şəklində, sanki dişi süpürürmüş kimi yuxarıdan aşağı fırçalanmalıdır. Diş fırçası da düzgün seçilməli, nə çox sərt, nə də çox yumşaq olmalı və hər 3 aydan bir dəyişilməlidir. Cod diş fırçalarından uzaq durmaq lazımdır. Onlar diş minasının üzərini cızır, bu cızıqlarda bakteriyalar toplanır, diş əti xəstəliklərinə səbəb olur".

Həkim-stomatoloq bildirib ki, diş məcunlarını seçərkən onların pH göstəricisinin 5,5-dən yuxarı olmamasına diqqət edilməlidir: "Uşaqların diş məcunlarının tərkibində, bəzən udduqları üçün ftor olmamalı, pH göstəricisi 4-5,5 olmalıdır. Ftor dişlər üçün hər nə qədər faydalı olsa da, daxilə qəbulu bir o qədər ziyandır. Ən pis vərdiş isə diş çöplərindən istifadədir. Diş çöplərindən istifadə diş ətlərinin çəkilməsinə, onların aralanmasına, məsafələrin yaranmasına, normal anatomiyanın pozulmasına səbəb olur, diş əti xəstəliklərinə, laxlamalara gətirib çıxarır. Onun əvəzinə, diş sapı tövsiyə olunur. Bəzən fırçalar diş aralarına daxil ola bilmir, bu zaman köməkçi vasitə kimi diş saplarından istifadə edilməlidir. Diş saplarından istifadə zamanı hər dişə ayrı sap salınıb, dəyişilməlidir". 


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

11:23
26 İyul

Xəzər dənizində zəlzələ olub

11:01
26 İyul

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları

10:56
26 İyul

WSJ: ABŞ–İran müharibəsi aylarla davam edə bilər

10:31
26 İyul

ABŞ uranı ələ keçirmək üçün İrana minlərlə əsgər göndərə bilər

10:19
26 İyul

“Yay Fest”də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

10:10
26 İyul

Kiyevə ballistik raket zərbələri endirilib, dağıntılar var

09:14
26 İyul

İstanbul hava limanı gündəlik 1623 aviareys sayı ilə Avropada birinci olub

09:07
26 İyul

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!