01 Sentyabr 2024 11:47
323
Səhiyyə
A- A+

Düzgün qidalanma xərçəng riskini azaldır

 

Amerika Xərçəng Cəmiyyəti tərəfindən 700 min xərçəng hadisəsinin tədqiq edildiyi araşdırmada siqaret, radiasiya və piylənmənin əsas risk faktorları olduğu qənaətinə gəlinib və xərçənglə mübarizədə kalsiumun əhəmiyyətinə diqqət çəkilib. Araşdırmada hər 20 hadisədən birində sağlam qidalanmanın vacibliyi müəyyən edilib. Düzgün qidalanma ilə xərçəng riskinin yüzdə 35-ə qədər azaldığı qeyd olunub.

Mütəxəssislər qatıq, inək südü və sardina kimi qidalarda  olan kalsiumun, meyvə və tərəvəzdə bol olan lifin xərçənglə mübarizədə bədəni şişlərə qarşı qoruduğunu qeyd edirlər. Xüsusən kalsium mineralının sümük, əzələ və ürək sağlamlığını qorumaqla yanaşı, xərçəngə qarşı da güclü bir qoruyucu olduğu bildirilir.  Belə ki, kalsium yoğun bağırsaqda yağ turşularının bağlanmasına kömək edərək, xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını ala bilər. 

Süd, qatıq, çovdar çörəyi və brokoli kimi mənbələrdən hər gün 1000 ilə 2500 milliqram arasında kalsium alına bilər. Bir stəkan inək südünün tərkibində 300 milliqram kalsium var.  Kalsium liflərdə əmələ gələn kanserogen maddələri bədəndən çıxarmağa da kömək edir.

S.Bayramov,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video