20 May 2025 08:50
252
İQTİSADİYYAT
A- A+
Düzgün idarə olunan iqtisadiyyatın təməli

Düzgün idarə olunan iqtisadiyyatın təməli


Nə görürüksə və hiss ediriksə, ölçüsü var: zamanın, temperaturun, məsafənin, təzyiqin. Amma ölçülər düzgün deyilsə, nəticə də doğru olmaz. Bugünkü texnologiyalar, tibbi diaqnozlar, sənaye istehsalı və hətta gündəlik ticarət bir əsas üzərində qurulub: dəqiq ölçmə.

Dəqiq ölçmələr, güvənli nəticələr! Bu şüar sadə görünsə də, arxasında bütöv bir elmi sahə - metrologiya dayanır. Metrologiya olmadan nə elm, nə sənaye, nə də gündəlik həyatın dəqiqliyi mümkündür. Ölçmək  dərk etmək, müqayisə etmək və qərar vermək üçün ilk addımdır. Metrologiya isə bu addımın dəqiqliyinə zəmanət verərək, ölçmələrin dəqiqliyini təmin edir və dünya ölkələri arasında ölçü vahidlərinin uyğunluğunu qoruyur.

Təsadüfi deyil ki, hər il mayın 20-də qeyd olunan Ümumdünya Metrologiya Günü ölçmə elminin həyatımızdakı əvəzsiz rolunu bir daha xatırladır. Bu tarix 20 may 1875-ci ildə Parisdə Beynəlxalq Diplomatik Konfransda 17 inkişaf etmiş ölkənin hökumət nümayəndələrinin məşhur Metrik Konvensiyasını imzaladığı gündür. Konvensiyaya uyğun olaraq Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BİPM) yaradılmışdır. Ölçmələr üzrə elm sahəsində beynəlxalq əməkdaşlığın əsasları və onun sənayedə, ticarətdə cəmiyyətin mənafeyi naminə praktiki tətbiqi mexanizmləri işlənib hazırlanmışdır. Metrik Konvensiyası bütün ölkələrdə elmi-texniki tərəqqiyə təsir edib. Belə ki, məhz bu sənəddən sonra ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi tətbiq edilib, onun əsasında isə Beynəlxalq Ölçmələr Sistemi yaradılıb. Metrik Konvensiyanın ən başlıca məqsədi olan ölçmələrin vəhdətinin bütün ölkələrdə təmin edilməsi indi də çox vacib məsələdir.

Azərbaycanda bu sahəni əhatə edən qurum Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi adlanır. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə sovet dövründə tətbiq edilən standart və ölçmə sistemlərinin yenilənərək,  milliləşdirilməsi zərurəti ortaya çıxdı. Yeni iqtisadi sistemə keçid yerli sənayenin və bazar iqtisadiyyatının qurulmasını, keyfiyyətə nəzarət və texniki tənzimləmənin yaradılmasını tələb edirdi. Üstəlik, Azərbaycan öz iqtisadiyyatını beynəlxalq bazarlara inteqrasiya etdikcə, məhsullar və xidmətlər beynəlxalq standartlara uyğun olmalı idi ki, bu da mərkəzləşdirilmiş, ixtisaslaşmış bir dövlət qurumu olmadan mümkün deyildi. 

Ona görə də 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yarandı. 2008-ci ildən isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi adlanan qurumun məqsədi ölçmələrin vahidliyini (metrologiya) və intellektual mülkiyyət obyektlərinin qorunmasını (patentləşdirmə) təmin etmək, milli standartların hazırlanması və tətbiqini təşkil etməkdir (standartlaşdırma). 

Onu da qeyd edək ki, müəyyən edilmiş metroloji norma və qaydalara əməl olunması bu gün Azərbaycan dövlətinin diqqətində olan ən vacib məsələlərdəndir. Ulu Öndər Heydər Əliyev tərəfindən 13 iyun 2000-ci ildə təsdiq edilmiş "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu, daha sonra 13 iyun 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş eyniadlı, lakin müasir dövrün tələblərinə uyğun hazırlanmış yeni qanun bu sahənin prioritet istiqamətlərini müəyyənləşdirib və metrologiyanın inkişafına ciddi təkan olub. Hazırda dövlət başçısının apardığı uğurlu iqtisadi siyasətin nəticəsində ölkəmizin ixrac qabiliyyəti yüksəlib, yerli məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması işləri sürətlənib.

 Bütün bunlar metroloji təminatın inkişafından xəbər verir. Dövlət başçısı tərəfindən həyata keçirilən qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü iqtisadi-siyasi kurs müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edir. Sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyalar, yeni yanaşmalar və metrologiya sahəsinin inkişafı həlledici əhəmiyyətə malikdir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Onun fəaliyyəti, ölkənin keyfiyyətli məhsul istehsalını artırmaq, beynəlxalq ticarət əlaqələrini gücləndirmək və ölkənin texnoloji inkişafını təmin etmək məqsədini güdür. Bu, həmçinin Azərbaycanın qlobal bazarda rəqabət qabiliyyətini artırmağa və beynəlxalq standartlara uyğunluğunu təmin etməyə xidmət edir.

Komitə  ölkədə məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün uyğun standartların tətbiqini təmin edir. Məsələn, İSO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) beynəlxalq standartlarla uyğunluğu təmin etmək, yerli istehsalçıların keyfiyyətə nəzarət sistemlərini gücləndirmək, onların beynəlxalq bazarda tanınmasını asanlaşdırır. Məlumat üçün bildirək ki, İSO dünyanın müxtəlif ölkələrinin milli standartlaşdırma təşkilatlarını birləşdirən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Bu təşkilat məhsulların, xidmətlərin, sistemlərin və proseslərin beynəlxalq səviyyədə uyğunluğunu və keyfiyyətini təmin edən standartlar hazırlayır. 

 Bundan başqa, istehsal olunan məhsulların müəyyən keyfiyyət tələblərinə cavab verməsini təmin edən sertifikasiya sistemləri qurulur. Bu, keyfiyyəti zəmanət altına alır və istehlakçının etibarını artırır. Komitə Azərbaycanın beynəlxalq ticarət əməliyyatlarında yerini möhkəmləndirmək üçün IEC (Beynəlxalq Elektrik Komitəsi) və digər qlobal təşkilatların müəyyən etdiyi ticarət standartlarına uyğunluğunu təmin edir. IEC elektrik, elektronika və əlaqəli texnologiyalar sahəsində beynəlxalq standartlar hazırlayan və tətbiq edən nüfuzlu beynəlxalq təşkilatdır. Onun əsas məqsədi elektrotexniki məhsul və sistemlərin təhlükəsizliyini, uyğunluğunu və qarşılıqlı işləkliyini təmin etməkdir. Bu standart Azərbaycan məhsullarının qlobal bazara çıxışını asanlaşdırır. 

Qeyd edək ki, bəhs etdiyimiz sahənin beynəlxalq tələblər səviyyəsində inkişafına nail olmaq məqsədilə komitə yanında Dövlət Metrologiya Xidməti yaradılıb. Qısa müddət ərzində qurulmuş infrastruktur və qanunvericilik bazası komitənin bu sahədə mövcud olan əsas beynəlxalq təşkilatlara üzvlüyünü təmin edib. Belə ki, Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı (KOOMET), MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura (EASC), İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya İnstitutuna (SMİİC) üzv olan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2015-ci il yanvarın 1-dən Çəkilər və Ölçülər üzrə Baş Konfrans (CGPM) və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilata (OIML) üzv olub.

Metrologiyanın düzgün və davamlı inkişafı ölkənin iqtisadiyyatında şəffaflığın artırılması, keyfiyyətə nəzarətin gücləndirilməsi və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sahəyə göstərilən dövlət diqqəti Azərbaycanın texnoloji və sənaye potensialının daha da inkişafına zəmin yaradır.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Energetika naziri Pərviz Şahbazov vətəndaşlarla görüşüb

18:48
17 İyun

İrandakı səfirliyimizə və baş konsulluğumuza 500 nəfərə yaxın Azərbaycan vətəndaşının müraciəti daxil olub

18:37
17 İyun

COP30-un icraçı direktoru: Hazırda biz Azərbaycandan öyrənərək Belemə hazırlıq görürük

18:25
17 İyun

BDU nümayəndə heyəti Qlobal Dayanıqlı İnkişaf Konqresinin açılış mərasimində iştirak edib

18:05
17 İyun

Türkiyənin naziri İran qazının tədarükü ilə əlaqədar fasilələrin olmadığını bildirib

17:55
17 İyun

Daha bir şirkət beyin implantı hazırlayıb

17:20
17 İyun

Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı ziyarət edib

17:19
17 İyun

Xankəndi şəhərində Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib 

17:18
17 İyun

Bu il sənaye məhsulu istehsalının həcmi açıqlanıb

16:59
17 İyun

Bolqarıstan Milli Assambleyasının sədri Bakıda Zəfər parkını ziyarət edib

16:54
17 İyun

“BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırılıb

16:52
17 İyun

Politoloqlar: Gürcüstana qaçqın axını olmayacaq

16:50
17 İyun

Komitə: Əhalinin gəlirləri artıb

16:49
17 İyun

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

16:48
17 İyun

Kreditlərin 94 faizi banklar tərəfindən verilib

16:47
17 İyun

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

16:46
17 İyun

Azərbaycan və Şimali Makedoniya arasında parlamentlərarası əlaqələr, habelə regional məsələlər müzakirə edilib  

16:45
17 İyun

Tramp: İran ABŞ-la danışıqlar aparmaq istəyirsə, bunun üçün heç bir maneə yoxdur

16:45
17 İyun

Azərbaycanda qızıl istehsalı 64 faiz artıb

16:44
17 İyun

“ADA” Universiteti Balaxanı neftçilərinin yeni akademik tərəfdaşıdır

16:37
17 İyun

Cari ildə Azərbaycanın neft-qaz sektoruna 2 milyard manat investisiya qoyulub

16:30
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!