22 İyun 2024 09:45
439
İQTİSADİYYAT
A- A+
Dünyanın nadir turizm məkanı - Abşeronun palçıq vulkanları

Dünyanın nadir turizm məkanı - Abşeronun palçıq vulkanları

 

Prezident İlham Əliyevin açılışını etdiyi bu turizm destinasiyası qısa müddətdə yaradılıb

 

Azərbaycanda turizm sektoru  böyük potensiala malikdir. Həm də turizmin əksər növlərinin inkişafı üçün imkan var. Dövlətin qeyri-neft sektorunun bu sahəsinə də xüsusi diqqət ayırması, nəticədə uğurlara nail olunması turizmin getdikcə daha çox inkişaf edəcəyindən xəbər verir.
Elə bu yaxınlarda Prezident İlham Əliyev Abşeron rayonu ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak etdi. Kompleks 12 hektar ərazidə tikilib. Burada inzibati bina inşa olunub. Yaradılan yeni turizm infrastrukturu yerli əhali, xüsusilə ətraf ərazilərdə məskunlaşmış insanlar üçün 60-dan çox yeni iş yerinin açılmasına imkan verib. 
Qeyd edək ki, Palçıq Vulkanları Turizm Kompleksi Bakıdan 59 kilometr cənub-qərbdə, Qobustan qəsəbəsindən təxminən 17 kilometr şimal-qərbdə, Şamaxı istiqamətinə gedən əsas yolun üstündə dəniz səviyyəsindən 235 metr hündürlükdə yerləşən ərazidə yaradılıb. Bura "Qılınc" palçıq vulkanlarının ərazisi kimi tanınır. Bu yerin turizm imkanları qiymətləndirildikdən sonra burada turizm kompleksinin yaradılması qərara alınıb. Beləliklə, "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində növbəti turizm infrastrukturunun yaradılması layihəsi uğurla icra olunub. Kompleksin təməli 2021-ci il aprelin 22-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Belə bir kompleksin yaradılması təqdirəlayiq haldır. Çünki palçıq vulkanları təbiətin maraqlı hadisəsidir. Onlara dünyanın bir çox ölkəsində rast gəlmək mümkündür. Azərbaycan isə palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsində məlum olan 2 mindən artıq palçıq vulkanının 350-dən çoxu Azərbaycanın şərqində və Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanları, əsasən, Abşeron yarımadası, Bakı ətrafındakı adalar qrupu, Şamaxı, Qobustan və cənub-şərqi Şirvanda yayılıb.     
Bəs buraya gələn turistlər nə görəcəklər? Kompleksin Turizm İnformasiya Mərkəzi fəaliyyət göstərəcək. Mərkəz sərgi zalından və emalatxanadan ibarətdir. Mərkəzdə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri haqqında məlumat əldə etmək, palçıq vulkanının maketi ilə tanış olmaq mümkündür. Burada, eləcə də ölkəmizin hər yerindən toplanmış 80-ə yaxın nadir mineral nümayiş etdirilir. Sərgidə mineral nümunələrinin adı, kimyəvi tərkibi və götürüldüyü yatağa dair məlumatlar da yer alır. Emalatxanada isə dulusçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə master-klaslar təşkil ediləcək.
Kompleksdə "Qılınc" palçıq vulkanını yaxından izləmək olar. Bu vulkanlar bir sırada düzülmüş 8 sopkadan (təpə) ibarətdir. Sopka brekçiyası (iri qrunt süxurları) böyük bir sahəni əhatə edərək şimal-şərqə qədər uzanan iki zolaq əmələ gətirib. 20 hektar sahəyə yayılan brekçiyanın uzunluğu 300-500 metrdir. Bu zolaqların eni isə bəzi yerlərdə 50 metrə çatır. Ümumilikdə ölkəmizdəki vulkanların 60 faizi aktiv sayılsa da, elmi mənbələrdə "Qılınc" vulkanının güclü püskürmələri barədə məlumata rast gəlinmir.
Kompleksin Təbiət tarixi sərgi zalı eksponatların zənginliyi ilə böyük maraq doğurur. Sərginin  guşələrində Azərbaycan və dünya faunasına aid vəhşi və ev heyvanlarının skeletləri, ölkəmizin təbiətinə aid olan həşəratlar, suda-quruda yaşayanlar və sürünənlər sərgilənir. Nümayiş etdirilən bütün heyvan skeletləri və canlılar orijinal eksponatlardır. Bu eksponatlar bioetika normalarına uyğun olaraq hazırlanıb və bioloji ölümdən sonra Azərbaycan mütəxəssisləri tərəfindən onilliklər ərzində müxtəlif yerlərdən toplanmış heyvan skeletlərindən ibarətdir. 
Bir sözlə, sərgi Azərbaycanın faunasının zənginliyini, biomüxtəlifliyini nümayiş etdirir. O da təqdirəlayiq haldır ki, uşaqların və məktəblilərin ətraf aləm haqqında maraqlarını artırmaq və onlarda heyvan skeletləri barədə təəssürat yaratmaq məqsədilə divarlarda müxtəlif heyvanların şəkilləri və illüstrasiyaları sərgilənir. Burada, eləcə də  milli parklarımızda dövlət mühafizəsinə götürülmüş bir sıra heyvanların, o cümlədən bəbir, bezoar keçisi, ceyran, Xəzər suitisinin arealları haqqında məlumat verilir.
Minerallar sərgisində isə Azərbaycan ərazisindən tapılan 80-ə yaxın fərqli növ mineral nümayiş etdirilir. Ziyarətçilər burada ölkəmizin müxtəlif yerlərindən  gətirilmiş  nadir qiymətli daşlar, kristallar və geoloji nümunələrlə tanış olacaqlar. 
110 nəfərlik restoran, turistlərin vulkanları izləməsi üçün piyada yolu, müşahidə nöqtəsi və meydança... Bütün bunlar turistlərin rahatlığı üçündür və Azərbaycanda turizmin inkişafına önəm verildiyinə daha bir nümunədir.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IV Antalya Diplomatiya Forumu başa çatıb

15:52
13 Aprel

Şuşa, Xankəndi və Xocalıda keçirilən buraxılış imtahanında 60-dan çox şagird iştirak edib

14:55
13 Aprel

Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya gəlib  

14:53
13 Aprel

Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub, qaliblər müəyyənləşib  

14:52
13 Aprel

Ölkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

14:41
13 Aprel

Binəli Yıldırım: Qarabağ Zəfəri ilə Türk dünyası canlandı

14:34
13 Aprel

Xəzər dənizinin ölkəmizə mənsub ərazi sularında aşkarlanan narkotik vasitə götürülüb  

14:01
13 Aprel

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:23
13 Aprel

Qarabağ Universitetində keçirilən ikigünlük beynəlxalq konfrans yekunlaşıb

12:46
13 Aprel

Tramp Ukraynanın nizamlanma prosesini yüksək qiymətləndirib

11:38
13 Aprel

ABŞ Yəmənin cənub-qərbinə zərbələr endirib

10:35
13 Aprel

Qəbələ-Xankəndi ultramarafonunun sonuncu mərhələsinə start verilib

10:03
13 Aprel

COP29 Sədrliyi 2035-ci ilədək Bakı-Belem Yol Xəritəsini hazırlamaq üçün COP30 Rəyasət Heyəti ilə sıx əməkdaşlıq edir

09:39
13 Aprel

Antalyada mədəniyyətin birləşdirici və bölücü tərəfləri müzakirə mövzusu olub  

09:38
13 Aprel

ABŞ-da göyərtəsində 6 nəfərin olduğu təyyarə qəzaya uğrayıb  

09:37
13 Aprel

Rumıniya Parlamenti Senatının Sədri Azərbaycana rəsmi səfərə gəlib  

09:37
13 Aprel

Tramp bir il ərzində ABŞ-dan bir milyon miqrantı deportasiya etməyi planlaşdırır

09:35
13 Aprel

Antalyada yeni dövrdə iqlim diplomatiyası və enerji təhlükəsizliyi mövzusu müzakirə edilib  

09:34
13 Aprel

Bilmək istəyirəm

09:30
13 Aprel

Ulduzlardan süzülən gözəllik

09:25
13 Aprel

Fırçası ilə səhnəni həyata çevirirdi

09:20
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!