30 Sentyabr 2022 00:39
711
DÜNYA
A- A+
Dünyada 153 milyon uşağın valideyni yoxdur

Dünyada 153 milyon uşağın valideyni yoxdur

 

Silahlı münaqişələrdən zərər çəkən ölkələrdə 1 milyarddan çox azyaşlı yaşayır

 

Uşaqlar üçün valideyn itkisi həyatda ən ağır faciədir. Bu kimi hallar uşağın inkişafına və onun qabiliyyətlərinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir, eləcə də müxtəlif psixoloji və psixiatrik problemlərin meydana çıxmasına rəvac verir.
Alimlərin fikrincə, bu, institusional mədəniyyət, erkən uşaqlıq dövründə adekvat qulluq görməyən və böyüklərlə düzgün ünsiyyətdə olmayan, üstəlik, psixoloji zədələrə məruz qalan uşaqların davranışında əks olunur. Müəyyən olunub ki, həyatının ilk üç ilini qayğı və ardıcıl qulluq şəraitində yaşamış bir uşaq doğulanda tərk edilmiş uşaqdan daha yaxşı inkişaf edir. Erkən yaşlarda uşaq evlərinə təhvil verilən körpələrin yaddaşının inkişafında da çox vaxt problemlər qeydə alınır.

 

2,7 milyondan çox uşaq internat məktəblərində, uşaq evlərində yaşayır

 

Bu günlərdə yayılan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) və Uşaq Fondunun (UNİCEF) məlumatına görə, dünyada körpələrdən tutmuş yeniyetmələrə qədər 153 milyon uşağın valideyni yoxdur. Bunlardan təxminən 13 milyonu hər iki valideynini itirib.
Alimlərin hesablamalarına görə, qlobal miqyasda təxminən 8 milyon uşaq valideynini və ya qəyyumunu koronavirusla əlaqəli səbəblərdən itirib. Bu, 2020-ci ilin yanvarından bu ilin mayınadək baş verib.
Eyni zamanda bu ilin may ayından payıza kimi belə uşaqların sayı daha da artıb. Dünyada 2,7 milyondan çox uşaq internat məktəbləri, uşaq evləri və oxşar müəssisələrdə yaşayır. 
UNICEF-in Uşaqların Müdafiəsi üzrə Qlobal Proqramının direktoru Kornelius Uilyams bildirib ki, ailənin dağılması səbəbindən sığınacaqlara yerləşdirilən həssas uşaqlar orada sosial və emosional inkişaflarına zərərli təsir göstərən zorakılıq halları və digər risklərlə üzləşirlər.

 

Hər gün 5 yaşadək təxminən 19 min uşaq ölür

 

Bir müddət öncə UNICEF 140 ölkədə vəziyyəti təhlil edib və məlum olub ki, 17 milyondan çox uşaq valideynlərinin QİÇS-dən ölümü nəticəsində yetim qalıb. Dünyada 7 milyondan çox uşaq yetimlər üçün nüəssisələrdə tərbiyə alır. Hər gün 5 yaşadək təxminən 19 min uşaq ölür. 22 milyon uşaq zorakılıq və ya təbii fəlakətlər səbəbindən qaçqın, yaxud məcburi köçkündür. 1 milyarddan çox uşaq silahlı münaqişələrdən zərər çəkmiş ölkələrdə yaşayır. İbtidai məktəb yaşında olan 67 milyon uşaq təhsil almır.
Araşdırmalara görə, bəzi ölkələrdə yetimlər evsizdir, həddindən artıq yoxsulluqdan əziyyət çəkir və özlərini doyura bilmirlər. Onlar elementar gigiyena vasitələrindən və dərmanlardan məhrumdurlar, lazımi tibbi yardım almırlar, tez-tez uşaq əməyi və ya cinsi istismar məqsədilə qul ticarəti və orqan alveri kimi cinayət əməllərinin qurbanına çevrilirlər.

 

Hər gün 10 minə yaxın uşaq yetim və kimsəsiz qalır

 

"Anadolu" Agentliyi xəbər verir ki, Türkiyə 30 ölkədə yetimlərə dəstək verəcək. "Yetimlərin həmrəylik günləri" layihəsi çərçivəsində 30 ölkədə 202 təşəbbüsün həyata keçirilməsi nəzərdə tutulur.    
Məlumata əsasən, Türkiyənin "İnsan Haqq və Azadlıqları" Humanitar Vəqfinin (İHH) əməkdaşları "Yetimlərin Həmrəylik Günləri" (YDG) layihəsi çərçivəsində dünyanın 30 ölkəsinə gediblər. "Böyük xeyirxahlıq" şüarı ilə reallaşacaq layihə çərçivəsində evlərin təmiri və tikintisi, istixanaların yaradılması, südlük heyvanların paylanması, sünnət mərasimlərinin təşkili, tibbi müayinə, gigiyena paketlərinin və dəftərxana ləvazimatlarının paylanması, ekskursiyalar, əyləncəli oyunlar, təqaüd yardımı, yaradıcı müsabiqələr və viktorinalar nəzərdə tutulub.
İHH baş katibi Durmuş Aydın bildirib ki, təşkilat sponsorluq əsasında 135 min yetim uşağa yardım edir. Onun dediyinə görə, kimsəsiz uşaqların həmrəylik günləri çərçivəsində tədbirlərin keçirilməsi dünyanın müxtəlif yerlərində yaşayan yetimlərə sevinc bəxş etmək, eyni zamanda onlarla sevincli anları bölüşmək məqsədi daşıyır.
Öz növbəsində, İHH-nin kimsəsiz uşaqlarla bağlı idarə heyətinin üzvü Rəşad Bəşir fondun yetimlərlə işləməyə böyük önəm verdiyini bildirib. O deyib ki, dünyada 153 milyona yaxın yetim olduğu təxmin edilir. Uşaqları dəstəkləmək üçün birlikdə daha çox iş görülməlidir.
UNICEF-in məlumatına görə, dünyada hər gün 10 minə yaxın uşaq yetim və kimsəsiz qalır. Hazırda valideyn himayəsindən məhrum olan milyonlarla uşağın təhlükəsizlik, sığınacaq, təhsil və psixoloji ehtiyaclarının qarşılanması üçün təcili köməyə ehtiyacı var.

Rizvan CƏFƏROV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!