20 Sentyabr 2023 23:28
897
İDMAN
A- A+
Dünya çempionatında yüksək nəticələr əldə etmiş karateçilərlə görüş

Dünya çempionatında yüksək nəticələr əldə etmiş karateçilərlə görüş


Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev 7-10 sentyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr və böyüklər arasında keçirilmiş 13-cü dünya çempionatında uğur qazanan idmançılarla görüşüb.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, qazandıqları nailiyyətlərə görə karateçiləri təbrik edən F. Musayev onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Dünya çempionatında Türkiyə, Özbəkistan, Qazaxıstan, Almaniya, İtaliya, İspaniya olmaqla 34 müxtəlif ölkədən 3 500-dən çox karateçi qüvvəsini sınayıb. Yarışda Azərbaycanın karate üzrə yığmasının və Fövqəladə Hallar Nazirliyinin komandasının 4 üzvü - Nicat Kərimli (75 kiloqram), Yavərbəy Abdullayev (+84 kiloqram), Səbinə Fərzəli (59 kiloqram) və İlqar Ələkbərov (84 kiloqram) əzmkar mübarizə apararaq yüksək nəticələr əldə etməyi bacarıblar.

N. Kərimli, Y. Abdullayev və S. Fərzəli kumite yarışlarında 4 döyüş keçirərək bütün rəqiblərinə qalib gəliblər. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançılar qızıl medala layiq görülüblər. Komandanın digər üzvü, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı mayor İlqar Ələkbərov kişilər arasında kumite yarışlarında qızıl, şəxsi kata yarışlarında isə bürünc medalın sahibi olub. Qaliblərə Dünya Şotokan Karate Federasiyasının medal və sertifikatları təqdim olunub.

Nicat Kərimli, Yavərbəy Abdullayev və Səbinə Fərzəlinin şəxsi məşqçiləri 6-cı dan qara kəmər sahibi Akif Kərimov, komanda üzrə məşqçi isə karate üzrə ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi Füzuli Musayevdir.

Qeyd edək ki, Nicat Kərimli bu ay Dünya Karate Federasiyasının təşkilatçılığı ilə Kiprin Larnaka şəhərində keçiriləcək “Karate1 Series A” turnirində çıxış edəcək.

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!