17 Fevral 2026 14:13
428
İQTİSADİYYAT
A- A+
Dünya bazarında neftlə bağlı tələb və təklifi ABŞ müəyyən edir  

Dünya bazarında neftlə bağlı tələb və təklifi ABŞ müəyyən edir  


Finlandiyanın Prezidenti Aleksandr Stubb Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bəyan edib ki, “Avropa bir daha Rusiyadan neft almayacaq. Rusiyadan enerjidaşıyıcıları almaq artıq arxada qalıb. Heç bir düşüncəli avropalı bir də dönüb Rusiyadan neft almaz”.

AZƏRTAC xəbər verir ki, həmin konfransda iştirak edən Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar jurnalistlərin “Rusiyadan neft idxalını davam edəcəksinizmi?” - sualına birmənalı cavab verməyib: “Hər yerdə olduğu kimi Hindistanın da neft şirkətləri təhlükə və riskləri nəzərə alaraq özlərinin strateji planlarını qururlar”.

Nazir dolayı yolla “yox almayacağıq” cavabını verib. ABŞ-nin sanksiyalarından çəkinən neft şirkətləri Rusiyadan neft aldıqda böyük təhlükə ilə üzləşə bilərlər. ABŞ bu şirkətləri dünya bazarından məhrum edə bilər.

Yuxarıda göstərilən hər iki amil dünya bazarında xam neftin bahalaşmasına səbəb olub. Təsadüfi deyildir ki, ötən həftənin son günləri “Brent” markalı neftin 1 barelinin qiyməti 70 dolları ötüb. “İnvesting” portalının təhlilinə görə, Omanda ABŞ-İran danışıqlarının qeyri-müəyyən nəticəsi və bunun ardınca Vaşinqtonda İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Trampın görüşərək İran problemini müzakirə etdikdən sonra Körfəz ətrafına növbəti hərbi gəmilərin göndərilməsi qərarı bazarın gərginliyini artırıb. Buna görə də həftənin son günləri qiymətlərin aşağı düşmə tempi dayandı və “Brent” neftinin qiyməti 68,23 dollar ətrafında sabitləşdi.

Hindistanın “Reliance İndustries” şirkəti Venesuela neftini idxal etmək üçün ABŞ-dən lisenziya alıb. ABŞ hər il Venesueladan 2 milyard barel neft hasil edib Hindistana satmağı planlaşdırıb. Vaxtı ilə İran, Rusiya və Venesuela dünya bazarına təsir edərək neftin qiymətini müəyyən edirdilər. Bu gün isə geosiyasi vəziyyət əsaslı sürətdə dəyişib. Hər 3 ölkə birlikdə dünya neft ehtiyatlarının 32 faizinə malik olsalar da nəinki, qiymətə təsir göstərmək imkanında deyillər, hətta öz neftini dünya bazarına belə çıxara bilmirlər. ABŞ hegemon dövlət kimi Rusiya və İranı sanksiyalar altında saxlayır, Venesuelada isə neft sənayesini tamamilə ələ alıb. Bununla da dünya bazarında qiymətlər ABŞ-nin nəzarətinə keçib. OPEC hasilat və qiyməti müəyyən edən qurum olsa da bazarın tələb və təklif qanununu ABŞ reallaşdırır.

Hələ ki, dünya bazarında neftin qiyməti geosiyasi proseslərin gedişindən asılı olaraq qalıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə Şimali Kiprdə 6 ədəd qırıcı təyyarə və hava hücumundan müdafiə sistemləri yerləşdirib

14:01
09 Mart

Bəhreyn neft şirkəti fors-major elan edib

13:51
09 Mart

Azərbaycan səfirliyi Cənub-Şərqi Asiyanın ən böyük məscidində iftar süfrəsi açıb

13:42
09 Mart

Azərbaycanın və Pakistanın parlament sədrləri arasında telefon danışığı olub

13:36
09 Mart

Naxçıvan aeroportunun dron zərbəsindən zərər görmüş hissələrində təmir işləri aparılır 

13:23
09 Mart

Gün ərzində 5 nəfər İrandan Azərbaycana təxliyə olunub 

13:15
09 Mart

Sabah Bakıda hava yağmursuz keçəcək, dağlıq ərazilərdə qar yağacaq

12:27
09 Mart

Ukrayna İordaniyadakı ABŞ hərbi bazalarını qorumaq üçün tutucu dronlar və bir qrup mütəxəssis göndərib

12:27
09 Mart

AZAL Naxçıvana birbaşa uçuşları bərpa edir 

12:10
09 Mart

Paytaxtda daha 5 kəsişmədə svetoforlara velosiped bölmələri quraşdırılıb 

11:11
09 Mart

Azərbaycan ərazisindən keçməklə Ermənistana növbəti dəfə Rusiya taxılı göndərilib 

10:53
09 Mart

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

10:42
09 Mart

Azərbaycan və İran arasında bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması bərpa olunub  

10:23
09 Mart

Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatına və Dünya Kubokuna yekun vurulub  

10:09
09 Mart

İranın yeni ali rəhbəri bu gün sədaqət andı içəcək  

09:47
09 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

23:34
08 Mart

Misli Premyer Liqası: "Qarabağ" "Araz-Naxçıvan"ı darmadağın edib

22:34
08 Mart

Təxliyə davam edir: Gün ərzində 46 vətəndaşın təhlükəsiz keçidi təmin edilib

20:35
08 Mart

Xarici diplomatların təxliyəsi davam edir

19:36
08 Mart

Macarıstanın İrandakı səfiri və səfirlik əməkdaşları təxliyə olunub 

19:09
08 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:41
08 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!