16 Aprel 2026 17:08
150
DÜNYA
A- A+
Aİ ölkələrində əhalinin sayı təqribən 12 faiz azalacaq

Aİ ölkələrində əhalinin sayı təqribən 12 faiz azalacaq


Avropa İttifaqı ölkələrində əhalinin ümumi sayının 2100-cü ilə qədər 11,7 faiz azalacağı proqnozlaşdırılır. Bu barədə “Eurostat” cümə axşamı açıqladığı yeni hesablamalara görə məlumat verib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Aİ-nin statistika idarəsi cari demoqrafik məlumatlara əsaslanan əhali proqnozlarını dərc edərək, əsrin sonuna qədər İttifaq ölkələri əhalisinin təxminən 53 milyon nəfər azalaraq 398,8 milyona çatacağını proqnozlaşdırıb.

Proqnozlar göstərir ki, 2025-ci ildə 451,8 milyon olaraq qiymətləndirilən Aİ əhalisinin 2029-cu ildə 453,3 milyona çatacağı və 2100-cü ilə qədər uzunmüddətli azalma nümayiş etdirəcəyi gözlənilir.

“Eurostat”, həmçinin uşaqların, gənclərin və əməkqabiliyyətli insanların əhalinin ümumi sayındakı payının 2025-2100-cü illər arasında azalacağını proqnozlaşdırır. Belə ki, 0-19 yaş arası insanların payının 20 faizdən 17 faizə, 20-64 yaş arası insanların isə 58 faizdən 50 faizə düşəcəyi təxmin edilir. Bunun əksinə olaraq, yaşlı insanların payının eyni dövrdə artacağı gözlənilir. Proqnoza görə, 65-79 yaş arası insanların payının 2025-ci ildəki 16 faizdən 2100-cü ildə 17 faizə, 80 və daha yuxarı yaşda olan insanların payının isə 6 faizdən 16 faizə qalxacağı proqnozlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycana yeyinti məhsulları idxalı artıb

20:43
16 Aprel

ACE platformasından 2,1 milyon ton neft hasil edilib

20:36
16 Aprel

İnsanın qan təzyiqi riski içdiyi su ilə də bağlı ola bilər

20:24
16 Aprel

ABŞ-nin təyyarədaşıyan gəmisi son 50 ilin rekordunu qırıb

20:15
16 Aprel

ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb

20:03
16 Aprel

Yaponiya Asiya ölkələrinə neft böhranı üçün 10 milyard dollar yardım ayırır

19:51
16 Aprel

Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub  

19:48
16 Aprel

Çin iqtisadiyyatı sürətlə artır

19:42
16 Aprel

ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb

19:34
16 Aprel

Daha bir təqsirləndirilən şəxs Türkiyədən Azərbaycana ekstradisiya olunacaq

19:31
16 Aprel

Hindistanda qadınlarla bağlı yeni qanun layihəsi 

19:24
16 Aprel

Azərbaycan ilə Qırğızıstan arasında mədəni əməkdaşlıq genişlənir

19:06
16 Aprel

Aleksey Overçuk regionda nəqliyyat-logistika infrastrukturunun inkişafını yüksək qiymətləndirib

19:01
16 Aprel

Şahin Mustafayev: Azərbaycan–Rusiya əməkdaşlığında əsas istiqamət nəqliyyat-logistikadır

19:01
16 Aprel

Bərdədə vətəndaşların müraciətləri dinlənilib, təsərrüfatlara baxış olub  

18:57
16 Aprel

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

18:39
16 Aprel

Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti ilə görüşüb

18:24
16 Aprel

Azərbaycanda sabit genişzolaqlı və mobil internetin sürəti artıb

18:18
16 Aprel

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” qüvvəyə minib  

18:12
16 Aprel

Qazaxıstanın nümayəndə heyəti Azərbaycanın ədliyyə sistemi ilə tanış olur  

18:07
16 Aprel

AOA-nın 30 illiyi: Ombudsmanlar arasında beynəlxalq əməkdaşlıq güclənir

17:56
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!