19 Yanvar 2026 18:07
618
İQTİSADİYYAT
A- A+
Dünya Bankının direktorları ilə su və kənd təsərrüfatı sektorlarında əməkdaşlıq müzakirə edilib  

Dünya Bankının direktorları ilə su və kənd təsərrüfatı sektorlarında əməkdaşlıq müzakirə edilib  


Maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə Dayanıqlı İnkişaf üzrə regional direktoru Sameh Naguib Vahba və Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Prays ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları, bankın ölkəmizdə icra etdiyi cari və gələcək proqramlar, xüsusilə su və kənd təsərrüfatı sektorlarında tərəfdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Nazir Sahil Babayev bildirib ki, Azərbaycan Respublikası Dünya Bankı ilə tərəfdaşlığa böyük önəm verir və bu əməkdaşlıq çərçivəsində bank tərəfindən maliyyələşdirilən layihələr və göstərilən texniki dəstək ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır.

Kənd təsərrüfatı və suvarma sahəsində prioritet məsələlərə toxunan nazir “Rəqabətli və Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” layihəsi çərçivəsində məhsuldarlığın və dayanıqlılığın artırılmasının, eləcə də müxtəlif dəyər zəncirlərində rəqabət qabiliyyətinin gücləndirilməsinin əsas məqsəd kimi müəyyən edildiyini qeyd edib. Bildirilib ki, layihə irriqasiya sistemlərinin təkmilləşdirilməsini, iqlimə uyğun və bazaryönümlü texnologiyaların tətbiqini, kənd təsərrüfatı təcrübələrinin modernləşdirilməsini və sektorun davamlı inkişafına xidmət edən əlavə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Öz növbələrində Dünya Bankının nümayəndələri Azərbaycanda həyata keçirilən islahatları və son illərdə əldə olunan sosial-iqtisadi nailiyyətləri yüksək qiymətləndirərək, bankın ölkəmizlə tərəfdaşlığının gələcək dövrdə də davam etdirilməsində maraqlı olduqlarını bildiriblər. Qeyd olunub ki, xüsusilə su və kənd təsərrüfatı sahələrində icra olunan və planlaşdırılan layihələr dayanıqlı inkişaf məqsədlərinə uyğun olmaqla yanaşı, iqlim dəyişikliklərinə adaptasiya və kənd ərazilərində rifahın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Görüş zamanı nəqliyyat, logistika və yol infrastrukturu sahələrində əməkdaşlıq imkanları da müzakirə olunub. Tərəflər bu istiqamətlər üzrə potensial layihələrin icrası, regional inteqrasiya perspektivləri və dayanıqlı infrastrukturun inkişaf etdirilməsi məqsədilə qarşılıqlı fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hava çirkliliyi qlobal böhrandır

09:10
03 Aprel

"Ən böyük arzumuz doğma yurda qayıtmaqdır"

09:05
03 Aprel

Qərbi Azərbaycanın bərpaolunan enerji mənbələri

09:00
03 Aprel

Samidin qəhrəmanlıq dastanı

08:55
03 Aprel

Zəfərə cığır açanlardan oldu

08:50
03 Aprel

Döyüş bölgəsinə köməyə getdi, şəhid oldu

08:45
03 Aprel

Aprel Zəfərindən Bütöv Azərbaycana

08:40
03 Aprel

Hərb tariximizi şərəfləndirən Aprel döyüşləri

08:35
03 Aprel

Bakının diktəsi, İrəvanın etirafları

08:30
03 Aprel

Təhlükəsizliyin və sabitliyin Azərbaycan nümunəsi

08:25
03 Aprel

Fermerlərin işini asanlaşdıran qabaqcıl texnologiyadır

08:23
03 Aprel

Siyasi reallığın rəsmi etirafı

08:20
03 Aprel

TDT qlobal iqtisadi aktora çevrilmək potensialına malikdir

08:15
03 Aprel

Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş "dəyirmi masa" keçirilib

08:10
03 Aprel

Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarına təqdim edilən əsərlərin adları açıqlanıb

08:05
03 Aprel

Bizi birləşdirən təkcə kökümüz deyil

08:00
03 Aprel

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib  

07:07
03 Aprel

Paytaxtın bir sıra obyektləri və memarlıq abidələri mavi rəngə bürünüb  

22:59
02 Aprel

Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb  

21:13
02 Aprel

“Reuters”: Dron hücumları səbəbindən Rusiyada neft hasilatının azalması qaçılmazdır

20:58
02 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:42
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!