27 Iyul 2024 08:50
166
SİYASƏT
A- A+

Dünya Azərbaycan həqiqətləri ilə tanış olur

 

Beynəlxalq səyahətçilərin səfəri ölkəmizə yeni dividendlər qazandırır

 

"Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün atılan hər bir addım, göstərilən hər bir səy əhəmiyyətlidir. Bir çox ölkə səyahətçilərinin, jurnalistlərin, mötəbər qonaqların Qarabağ torpaqlarına səfərlərinin təşkil edilməsi, onların baş verən hadisələri öz gözləri ilə görmələri və bunu şərh etmələri çox faydalıdır. Çünki torpaqlarımız uzun illər erməni işğalı altında olub, yüzlərlə şəhər və kəndlərimiz viran edilib, milli, dini-tarixi abidələrimiz dağıdılıb".

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qəzetimizə açıqlamasında bildirib ki, belə mənzərəni görmək, işğaldan azad edildikdən sonra həmin torpaqlarda aparılan möhtəşəm tikinti işləri ilə tanış olmaq, yəni Azərbaycanın beynəlxalq nüfuzu üçün həyata keçirilən tədbirlər ölkəmizə yeni dividendlər qazandırır. 13 ölkədən olan 35 nəfərlik səyahətçilər klubunun üzvlərinin bir daha ölkəmizə səfəri göstərir ki, dünya ictimaiyyəti Azərbaycan həqiqətləri ilə daha yaxından maraqlanır və vəziyyətlə yerində tanış olur. "Bu səyahətçilər bir neçə dəfə Qarabağa səfər edib və orada törədilən vəhşilikləri görüblər. Əlbəttə ki, bu səfər də çox əhəmiyyətlidir. Səyahətçilər Qarabağ və Şərqi Zəngəzurda olublar və bu səfərlər zamanı gördükləri, eşitdikləri hadisələri öz ölkələri ilə yanaşı, dünya ictimaiyyətinin də diqqətinə çatdıracaqlar. Səyahətçilər Ağdamda Şəhidlər Xiyabanını ziyarət edib, Ağdam Dram Teatrının dağıdılmış binası ilə tanış olublar. Eyni zamanda Cümə məscidinə baş çəkərək onun yenidənqurma işləri ilə maraqlanıblar. Səyahətçilər klubu Şərqi Zəngəzura səfərləri zamanı da mühüm məlumatlar əldə edəcəklər", - deyə o əlavə edib.

Komitə sədri qeyd edib ki, səyahətçilərin ölkəmizə gəlməsi və bu məlumatların dünyaya çatdırılması Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuzun nəticəsidir. Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı bu gün dünyada sülhün, əmin-amanlığın, əməkdaşlığın tərəfdarı kimi çıxış edir. Cənubi Qafqazda sülhün yaradılması üçün ölkə rəhbəri bütün səyləri birləşdirib. Təəssüf ki, bir çox xarici qüvvələr, xüsusilə bəzi Avropa dövlətləri regionda təhlükəsizliyin yaranmasına əngəl törədir və Ermənistanı silahlandırmaqla yeni münaqişə ocağı yaratmaq niyyətindədirlər. Səyahətçilər həqiqətlərin şahidi olaraq Azərbaycanın hansı mövqedə olduğunu dünyaya çatdıracaqlar.

T.Rzayev vurğulayıb ki, beynəlxalq səyahətçilərin ölkəmizə hər bir səfəri əhəmiyyətlidir və təmiz məqsədlər üçün Azərbaycana gələn hər bir şəxs burada hörmətlə qarşılanır.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video