21 Oktyabr 2026 11:03
155
CƏMİYYƏT
A- A+
Dövlət Xidmətinin rəhbər heyəti Masallıda çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalınma mərasimində iştirak edib  

Dövlət Xidmətinin rəhbər heyəti Masallıda çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalınma mərasimində iştirak edib  


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Masallı rayonunda tədbirlər keçirilib.

Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi, həmçinin Masallı rayonundan olan şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış "Qəhrəmanlar parkı - Şəhidlər abidə-kompleksi" ziyarət edilərək önünə gül dəstələri qoyulub, əziz xatirələri ehtiramla yad edilib.

Əvvəlcə Masallı rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yolasalma mərasimi təşkil olunub. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayon ictimaiyyəti, Dövlət Xidmətinin rəhbər heyəti, valideynlər və digər qonaqlar iştirak ediblər. Hərbi xidmətə yola düşən çağırışçılar Vətənə şərəflə xidmət edəcəklərinə söz veriblər.

Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda görüş keçirilib. Görüşdə açılış nitqi ilə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov və Masallı rayon şöbəsinin rəisi polkovnik-leytenant Rəfail Xəlilov gənclərə vətənpərvərlik hissi, qalib ölkənin əsgəri olmağın üstünlükləri, sağlam həyat, təhsil möhləti, qanunvericilik, həmçinin rəqəmsal sahədə inteqrasiya proseslərinin keçirilməsi, “mygov” rəqəmsal hökumət platforması və digər mühüm məsələlər barədə ətraflı məlumat veriblər. Eyni zamanda, tədbir çərçivəsində zərərli vərdişlərə qarşı mübarizəyə toxunularaq gənclərin iştirakı ilə “Narkotiklərə yox deyək!” mövzusunda maarifləndirici çıxışlar edilib.

Tədbirdə iştirak edən Vətən müharibəsinin iştirakçıları da çıxış edərək öz təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil olunub və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xalq təbabətində yüksək arterial təzyiq zamanı hansı bitkilərdən istifadə olunur?  

11:55
21 Oktyabr

Əli Əhmədov: Prezident çıxışında Azərbaycanın gələcəyinin təminatı baxımından mühüm mesajlar verib  

11:34
21 Oktyabr

Ülvi Mehdiyev: 52 ölkə “ASAN xidmət” təcrübəsini öyrənir

11:32
21 Oktyabr

ABŞ Prezidentinin xüsusi elçisi Sankt-Peterburqda səfərdədir

11:28
21 Oktyabr

Ötən gün 46 cinayətin açılması təmin olunub

11:13
21 Oktyabr

Dövlət Xidmətinin rəhbər heyəti Masallıda çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalınma mərasimində iştirak edib  

11:03
21 Oktyabr

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb VİDEO

10:54
21 Oktyabr

Kiyevə dronlarla hücum edilib, ölənlər var  

10:43
21 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb

10:41
21 Oktyabr

Azərbaycan nefti 119 dollardan baha satılır

10:40
21 Oktyabr

Birjalarda neft bahalaşıb

10:39
21 Oktyabr

Zəngilanda 215 milyon kVts "yaşıl enerji" istehsal edilib

10:30
21 Oktyabr

Mingəçevirdə Energetiklər Günü qeyd olunub

10:25
21 Oktyabr

Naxçıvan Dövlət Universitetində 1000 yerlik yeni yataqxana tikiləcək

10:20
21 Oktyabr

Müqəddəs amal və yarımçıq sevgi

10:15
21 Oktyabr

ZƏFƏR gündəliyi  

10:10
21 Oktyabr

"Şair" igid döyüşçü idi

10:00
21 Oktyabr

"Bizdən həm əvvəl, həm sonra Vətən var"

09:50
21 Oktyabr

Daimi Nümayəndəlik: İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir  

09:49
21 Oktyabr

İran XİN: ABŞ öhdəliklərini yerinə yetirsə, Hörmüz boğazı açılacaq

09:48
21 Oktyabr

Vitkoff Zelenski ilə danışıqlardan sonra Putinə sülh təklifi təqdim edəcək  

09:48
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!