02 May 2025 01:19
1714
Fərmanlar
A- A+
"Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin "Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" 2018-ci il 13 mart tarixli 3787 nömrəli, "Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və "Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" 2019-cu il 18 iyun tarixli 1268 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

"Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin "Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" 2018-ci il 13 mart tarixli 3787 nömrəli, "Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və "Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" 2019-cu il 18 iyun tarixli 1268 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin "Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" 2018-ci il 13 mart tarixli 3787 nömrəli, "Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və "Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" 2019-cu il 18 iyun tarixli 1268 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 199 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmana 1 nömrəli Əlavə - "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində və Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətində qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşları"nın1-ci hissəsi üzrə:

1.1.1. 1.6-cı bəndə "xüsusi nümayəndəsi" sözlərindən sonra ", Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi" sözləri əlavə edilsin;

1.1.2. 1.8-ci bəndə "rəisinin müavini" sözlərindən sonra ", Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti rəisinin müavini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini" sözləri əlavə edilsin;

1.1.3. 1.9-cu bənddən "Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti rəisinin müavini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini," sözləri çıxarılsın;

1.2. həmin Fərmana 2 nömrəli Əlavə - "Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları"nın 1-ci hissəsi üzrə: 

1.2.1. 1.2.5-ci yarımbənddən "Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müşaviri, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin köməkçisi," və "Azərbaycan Respublikası Baş nazirinin köməkçisi, Azərbaycan Respublikası Baş nazirinin müşaviri," sözləri çıxarılsın;

1.2.2. 1.2.7-ci yarımbənddə "2425" rəqəmləri "2435" rəqəmləri ilə əvəz edilsin;

1.2.3. 1.2.8-ci yarımbənddən "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin müşaviri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin köməkçisi,", ", Azərbaycan Respublikasının Ali Məhkəməsi sədrinin müşaviri, Azərbaycan Respublikasının Ali Məhkəməsi sədrinin köməkçisi" sözləri çıxarılsın və həmin yarımbənddə "2410" rəqəmləri "2425" rəqəmləri ilə əvəz edilsin;

1.2.4. 1.3.1-1.3.9-cu yarımbəndlər müvafiq olaraq 1.3.2-1.3.10-cu yarımbəndlər hesab olunsun və aşağıdakı məzmunda 1.3.1-ci yarımbənd əlavə edilsin:

1.3.1.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müşaviri, Azərbaycan Respublikası Milli Məclisi sədrinin köməkçisi,  Azərbaycan Respublikası Baş nazirinin köməkçisi, Azərbaycan Respublikası Baş nazirinin müşaviri

2425

1.2.5. 1.3.2-ci yarımbəndə ikinci halda "rəhbərinin müavini" sözlərindən sonra", Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin müşaviri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin köməkçisi, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müşaviri, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin köməkçisi" sözləri əlavə edilsin;

1.2.6. 1.3.7-ci yarımbənddən ", Azərbaycan Respublikası Baş nazirinin müavininin köməkçisi, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavininin köməkçisi" sözləri çıxarılsın;

1.2.7. 1.3.10-cu yarımbəndə "yaradılan" sözündən sonra ", rəhbəri və rəhbərinin müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən" sözləri əlavə edilsin;

1.2.8. 1.4.1-ci yarımbəndə "(ombudsmanın) müşaviri" sözlərindən sonra ", Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavininin köməkçisi, Azərbaycan Respublikası Baş nazirinin müavininin köməkçisi, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri (bu Əlavənin 1.3.10-cu yarımbəndi nəzərə alınmaqla)" sözləri əlavə edilsin;

1.2.9. 1.4.24-cü yarımbəndə "yaradılan" sözündən sonra ", rəhbəri və rəhbərinin müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən" sözləri əlavə edilsin;

1.2.10. 1.5.1-ci yarımbəndə "baş mühasib" sözlərindənsonra ", Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətləri rəhbərlərinin müavinləri (bu Əlavənin 1.4.24-cü yarımbəndi nəzərə alınmaqla)"  sözləri əlavə edilsin.

2. Bu Fərmanla dövlət qulluqçuları üçün müəyyən edilən vəzifə maaşları mövcud vəzifə maaşlarından az olduğu hallarda, dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularına həmin orqanlarda və həmin vəzifələrdə işlədikləri dövr ərzində, əvvəlki və sonrakı vəzifə maaşlarının və qanunvericiliklə vəzifə maaşlarına faizlə müəyyən edilən əlavələrin fərqi vəzifə maaşlarının növbəti artımınadək ödənilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 may  2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!