"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1166-VIQD nömrəli Qanununun tətbiqi və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1166-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 11.1.3.12-ci (ikinci halda), 11.1.4.13-cü (ikinci halda), 11.1.5.5-ci (ikinci halda) və 11.1.6.2-ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının, həmçinin 11.1.1.4-cü, 11.1.2.14-cü, 11.1.3.3-cü və 11.1.4.5-ci maddələrində nəzərdə tutulmuş Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
1.3. həmin Qanunun 11.1.1.2-ci və 11.1.2.7-ci maddələrində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının struktur bölməsi - Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi həyata keçirir;
1.4. həmin Qanunun 11.1.1.3-cü, 11.1.2.10-cu, 11.1.3.2-ci və 11.1.4.4-cü maddələrində nəzərdə tutulmuş Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti, 11.1.1.3-cü, 11.1.2.10-cu, 11.1.3.2-ci (bölmə (şöbə) rəhbərinə münasibətdə) və 11.1.4.4-cü maddələrində nəzərdə tutulmuş Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların səlahiyyətlərini isə həmçinin Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidməti həyata keçirirlər;
1.5. həmin Qanunun 11.1.3.12-ci (birinci halda), 11.1.4.13-cü (birinci halda), 11.1.4.14-cü, 11.1.5.4-cü, 11.1.5.5-ci (birinci halda) və 11.1.6.2-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;
1.6. həmin Qanunun 11.1.3.14-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir;
1.7. həmin Qanunun 11.1.5.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları və onlara bərabər tutulan orqanlar (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) həyata keçirirlər;
1.8. həmin Qanunun 11.1.5.11-ci (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) və 11.1.7.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
1.9. həmin Qanunun 11.1.6.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;
1.10. həmin Qanunun 11.1.6.5-ci və 11.1.7.3-cü maddələrində nəzərdə tutulmuş:
1.10.1 müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri həyata keçirirlər;
1.10.2. müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar həyata keçirirlər;
1.11. həmin Qanunun 11.1.7.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri həyata keçirirlər;
1.12. həmin Qanunun 11.1.8.1-ci maddəsində nəzərdə tutulmuş:
1.12.1. müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
1.12.2. müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar həyata keçirirlər;
1.12.3. müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar həyata keçirirlər;
1.12.4. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri həyata keçirirlər;
1.13. həmin Qanunun 11.1.8.2-ci maddəsində nəzərdə tutulmuş:
1.13.1. müvafiq icra hakimiyyəti orqanları yanında olan orqanların səlahiyyətlərini yerli icra hakimiyyəti başçılarının yanında olan orqanlar həyata keçirirlər;
1.13.2. ikinci halda müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1166-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 may tarixli 74 nömrəli Fərmanı) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3.1-ci bənddə "11.1.5.2-1-ci (ikinci halda), 11.1.6.1-1-ci" sözləri "11.1.3.12-ci (ikinci halda), 11.1.4.13-cü (ikinci halda), 11.1.5.5-ci (ikinci halda), 11.1.6.2-ci" sözləri ilə əvəz edilsin;
3.2. 3.2-ci bənddə "11.4-cü maddəsinin ikinci hissəsində" sözləri "11.3-cü maddəsində" sözləri ilə, "11.1.1.1-ci, 11.1.2.1-ci, 11.1.3.2-ci və 11.1.4.3-cü" sözləri "11.1.1.4-cü, 11.1.2.14-cü, 11.1.3.3-cü və 11.1.4.5-ci" sözləri ilə əvəz edilsin;
3.3. 3.5-ci bənddə "11.1.1.1-ci, 11.1.2.2-ci, 11.1.3.3-cü və 11.1.4.2-ci" sözləri "11.1.1.3-cü, 11.1.2.10-cu, 11.1.3.2-ci və 11.1.4.4-cü" sözləri ilə, "11.1.1.1-ci, 11.1.2.2-ci (müavinə və bölmə rəhbərlərinə münasibətdə) və 11.1.4.2-ci" sözləri "11.1.1.3-cü, 11.1.2.10-cu, 11.1.3.2-ci (bölmə (şöbə) rəhbərinə münasibətdə) və 11.1.4.4-cü" sözləri ilə əvəz edilsin;
3.4. 3.9.2-ci yarımbənddə və 3.22-2-ci bənddə "avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri" sözləri "olan orqanlar" sözləri ilə əvəz edilsin;
3.5. 3.10-cu bənddə "11.1.1.1-ci və 11.1.2.1-ci" sözləri "11.1.1.2-ci və 11.1.2.7-ci" sözləri ilə əvəz edilsin;
3.6. 3.11-ci bənd ləğv edilsin;
3.7. 3.12-ci bənddə "11.1.3.7-ci" sözləri "11.1.3.14-cü" sözləri ilə əvəz edilsin;
3.8. 3.12-1-ci bənddə "11.1.5.2-1-ci (birinci halda) və 11.1.6.1-1-ci" sözləri "11.1.3.12-ci (birinci halda), 11.1.4.13-cü (birinci halda), 11.1.4.14-cü, 11.1.5.4-cü, 11.1.5.5-ci (birinci halda) və 11.1.6.2-ci" sözləri ilə əvəz edilsin;
3.9. 3.13-cü bənddə "11.1.5.4-cü" sözləri "11.1.5.11-ci" sözləri ilə əvəz edilsin və həmin bənddən "və 11.1.8.2-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının" sözləri çıxarılsın;
3.10. 3.14-cü bənddə "11.1.6.2-ci" sözləri "11.1.6.3-cü" sözləri ilə əvəz edilsin;
3.11. 3.15-ci bəndin birinci abzasında "11.1.6.4-cü" sözləri "11.1.6.5-ci" sözləri ilə əvəz edilsin;
3.12. 3.18-ci bənd aşağıdakı redaksiyada verilsin:
"3.18. həmin Qanunun 11.1.8.2-ci maddəsində nəzərdə tutulmuş:
3.18.1. müvafiq icra hakimiyyəti orqanları yanında olan orqanların səlahiyyətlərini yerli icra hakimiyyəti başçılarının yanında olan orqanlar həyata keçirirlər;
3.18.2. ikinci halda müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;";
3.13. 3.22-4-cü bəndə "Qanunun" sözündən sonra "11.1.5.7-ci maddəsində," sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyul 2024-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Sorğu: Almaniyalıların 73 faizi hökumətin işindən narazıdır
27 Iyul
“Paris-2024”: Azərbaycan avarçəkəni 1/4 finala vəsiqə qazanıb
27 Iyul
“SpaceX” orbitə daha 23 internet peyki çıxarıb
27 Iyul
Gənc əsgərlərin hazırlığı daim diqqət mərkəzindədir
27 Iyul
Dünya səyyahları Füzulidə minaların zərərsizləşdirilməsini izləyiblər
27 Iyul
Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni dayandırıb
27 Iyul
Sabahın hava proqnozu
27 Iyul
Türkiyə nəşri: Azərbaycan musiqi festivalı ilə dünyanı heyran edir
27 Iyul
İqtisadiyyat naziri Yevlax Pilot Aqroparkındakı müəssisələrin fəaliyyəti ilə tanış olub
27 Iyul
Faktiki hava: Bəzi çaylardan sel keçib
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!