09 Dekabr 2025 08:15
261
CƏMİYYƏT
A- A+
Dövlət dilimizi qorumalı və inkişaf etdirməliyik

Dövlət dilimizi qorumalı və inkişaf etdirməliyik


Azərbaycan dili xalqımızın milli kimliyini, tarixini və mənəviyyatını yaşadan ən böyük sərvətlərimizdən biridir. Ana dilimizi qorumaq və inkişaf etdirmək bu gün daha da aktual və vacibdir. Dövlətimizin dil siyasətinin əsasını Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm strategiya təşkil edir. Ulu Öndər Azərbaycan dilini sadəcə, ünsiyyət vasitəsi kimi deyil, millətin dayağı kimi qiymətləndirir və deyirdi: "Hər bir xalqı yaşadan onun dilidir, dilini itirən xalq məhvə məhkumdur".

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dili hələ sovet dövründən konstitusiyada dövlət dili kimi təsbit edilib. Müstəqillik illərində isə bu status daha da gücləndirilib. 2001-ci ildə imzalanmış "Azərbaycan əlifbası və Azərbaycan dili günü haqqında" fərman milli dilimizin yeni inkişaf mərhələsinə keçməsinə ciddi töhfə verib.

Bu strateji xətt hazırda Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Prezident dilimizin rəqabətqabiliyyətli olması üçün elmi araşdırmaların genişləndirilməsini, rəqəmsal resursların yaradılmasını və dil siyasətinin sistemli aparılmasını vacib hesab edir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan dilinin saflığını qorumaq və elmi əsaslarla inkişaf etdirmək bütün cəmiyyətin borcudur.

Ana dilimizin cəmiyyətdə geniş tətbiq sahələri var: dövlət idarəçiliyi, təhsil, media, elm mühitində və digər sahələrdə Azərbaycan dili əsas ünsiyyət vasitəsidir. Bununla yanaşı, qloballaşma, texnologiyanın sürətli inkişafı və xarici sözlərin artması kimi problemlər də mövcuddur. Həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Azərbaycan dilinə dair yanaşmaları bu çağırışlara cavab verir: dil həm qorunmalı, həm də müasir tələblərə uyğun inkişaf etdirilməlidir.

Müasir qloballaşma şəraitində Azərbaycan dilinin qorunması və inkişafı üçün ilk növbədə onun rəqəmsal bazası genişləndirilməlidir. Bunun üçün yeni mətn bazalarının yaradılması, müxtəlif sahələrdən böyükhəcmli nümunələrin toplanması və bu korpusun süni intellekt və tərcümə sistemləri üçün açıq istifadəyə verilməsi vacibdir. 

Eyni zamanda terminologiya sahəsindəki dağınıqlığın azaldılması və aradan qaldırılması məqsədilə hər sahə üzrə kiçik və işlək termin komissiyalarının yaradılması, yeni terminlərin siyahısının ictimaiyyətə açıq platformalarda paylaşılması və müzakirəyə təqdim edilməsi mühüm addım ola bilər.

 Digər önəmli istiqamət isə məktəb və universitetlərdə Azərbaycan dilinin innovativ metodlarla tədris edilməsidir. Bunun üçün interaktiv dərs proqramlarının hazırlanması və müəllimlər üçün müasir dil tədrisi üzrə mütəmadi təlimlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. 

Bundan əlavə, media və sosial şəbəkələrdə dil pozuntularını aşkar edən avtomatik sistemlərin tətbiqi də vacibdir ki, televiziya və onlayn media üçün yazı yoxlama proqramlarının hazırlanması, sosial şəbəkələrdə isə yazı səhvlərini göstərən və düzəlişlər təklif edən tətbiqlərin yaradılması bu istiqamətdə mühüm rol oynaya bilər.

Dilimizin dünyada tanıdılması baxımından isə xaricdə Azərbaycan dili mərkəzlərinin sayının artırılması zəruridir. Böyük şəhərlərdə Azərbaycan dili kurslarının açılması üçün müxtəlif təşkilatlarla əməkdaşlıq edilməsi və həmin mərkəzlərdə həm dil, həm də mədəniyyətə dair tədbirlərin təşkili məqsədəuyğun olardı.

Nəticə olaraq Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət və müasir yanaşmalar göstərir ki, Azərbaycan dili həm keçmişimiz, həm də gələcəyimiz üçün əsas dayaqlardan biridir və bu dili qorumaq və inkişaf etdirmək hər birimizin müqəddəs borcudur.


Vasif QAFAROV, 

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah gündüz yağıntılar tədricən kəsiləcək

13:14
28 Yanvar

Ombudsman: Uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir

12:20
28 Yanvar

Bakıətrafı ərazilərdə yeni tikiləcək və bərpa olunacaq dəmiryol stansiyalarının adları açıqlanıb

12:02
28 Yanvar

Komitə sədri: Azərbaycanda uşaq hüquqlarının təmini sahəsində keyfiyyətcə yeni mərhələnin əsası qoyulur

12:01
28 Yanvar

ABŞ İranın güc strukturlarının üç sabiq əməkdaşını deportasiya edib

11:57
28 Yanvar

Nərimanov stansiyasında qatarlara dayanacaq verilməsi planlaşdırılır

11:54
28 Yanvar

Valideynlər və onları əvəz edən şəxslər tərəfindən uşaqlara qarşı zorakılığın tətbiqi yolverilməzdir – qanun sərtləşdirilir

11:47
28 Yanvar

Uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə bir sıra qanunlara dəyişikliklər edilir

11:35
28 Yanvar

Bakıda ciu-citsu zalının açılışı olub

11:34
28 Yanvar

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

11:15
28 Yanvar

Prezident İlham Əliyev Azərbaycanı strateji mövqeyə çıxarıb-Amerikalı ekspert  

10:53
28 Yanvar

Saratoqa Fondunun prezidenti: 907-ci düzəliş birdəfəlik aradan qaldırılmalıdır  

10:50
28 Yanvar

Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək  

10:49
28 Yanvar

Dünya bazarında qızıl 175 dollardan çox bahalaşıb

10:42
28 Yanvar

Çempionlar Liqası: “Qarabağ” bu gün “Liverpul”la qarşılaşacaq  

10:41
28 Yanvar

Yanvar ayının bütün sosial ödənişləri yekunlaşdırılıb  

10:41
28 Yanvar

Ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb  

10:40
28 Yanvar

Azərbaycan nefti bahalaşıb 

10:40
28 Yanvar

Amerikalı ekspert: ABŞ ilə Azərbaycan arasında davamlı etimadın artdığını görəcəyik 

10:38
28 Yanvar

Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb

09:55
28 Yanvar

Aİ və Hindistan 19 ildən sonra azad ticarət müqaviləsini imzaladılar

09:55
28 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!