23 May 2024 15:08
406
CƏMİYYƏT
A- A+
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Dünyanın qayğısına qal” adlı layihə həyata keçirilib FOTO  

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Dünyanın qayğısına qal” adlı layihə həyata keçirilib FOTO  

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Dünyanın qayğısına qal” adlı layihə təqdim edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri və başqaları iştirak ediblər.

İştirakçılar layihə çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları olan həssas qruplara aid şəxslərin və Mərkəzin təlimçilərinin istifadəyə yararlı olmayan məhsullardan, eko və bio materiallardan hazırladıqları 50-dək əl işindən ibarət sərgi ilə tanış olublar. Floristika, dulusçuluq, təsviri incəsənət, vitraj, bədii oyma növlərində ərsəyə gətirilmiş sənət nümunələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm istiqamətlərindən biri olaraq, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımların atıldığını qeyd edib. Həmin qruplara aid şəxslərin yaradıcı potensialının dəstəklənməsi sahəsində də ardıcıl işlərin aparıldığı diqqətə çatdırılıb.

Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, digər həssas qruplardan olanların yaradıcılıq bacarıqlarının inkişafına və onların cəmiyyətə inteqrasiyasına dəstək məqsədinə xidmət edir. Burada benefisiarlar rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, toxuma və tikmə, bədii oyma və sair istiqamətlər üzrə təlimlərdə iştirak edərək bacarıqlarını təkmilləşdirirlər.

“Dünyanın qayğısına qal” adlı layihə çərçivəsində Mərkəzin benefisiarları və təlimçilərinin əl işlərindən ibarət sərgi və moda kolleksiyası, konsert proqramı nümayiş etdirilib.

Mərkəzdə təlim alan həssas qruplardan olan şəxslər, həmçinin “İnklüziv DOST” könüllüləri ilk dəfə səhnədə model kimi bacarıqlarını göstəriblər. Mərkəzin istedadlı musiqiçiləri İnklüziv Ansamblın müşayiəti ilə dünya və Azərbaycan musiqisinin sevilən nümunələrini, retro mahnıları ifa ediblər.

Qonaqlar Mərkəzin fəaliyyəti və yaradıcılıq studiyaları, təlim prosesi ilə tanış olublar.

Layihənin təşkilində məqsəd həssas əhali kateqoriyalarından olan şəxslərin “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə olaraq ətraf mühitin yaxşılaşdırılması prosesində iştirakını təmin etmək, onların diqqətini ekoloji məsələlərə yönəltməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ və Səudiyyə Ərəbistanı arasında strateji iqtisadi tərəfdaşlıq sazişi imzalanıb  

19:16
13 May

Azərbaycan müdafiə naziri Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşüb  

19:05
13 May

Bəzi rayonlarda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA  

18:50
13 May

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub

18:39
13 May

Azərbaycanın nümayəndə heyəti “Vindzor Kral Atçılıq Şousu - 2025 ”də yenidən təmsil olunacaq

18:36
13 May

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə dair müzakirələr aparılıb

18:13
13 May

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub

18:09
13 May

Azərbaycan və Gürcüstan arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

18:03
13 May

Prezident İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub YENİLƏNİB 

18:02
13 May

Beynəlxalq axtarışda olan şəxs Azərbaycanda tutularaq Türkmənistana ekstradisiya edilib

17:49
13 May

Xarici İşlər Nazirliyinin nəzdində İqlim Diplomatiyası İdarəsi təsis edilib

17:47
13 May

“Azərkosmos” Dubayda keçirilən sərgidə Heydər Əliyev Mərkəzi üslubunda stendlə təmsil olunur

17:06
13 May

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:04
13 May

Bakıda Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüblər

17:02
13 May

“Almaniya Krallığı” təşkilatı qadağan edilib

16:58
13 May

Baş prokuror Qobustan rayonunda vətəndaşların müraciətlərini dinləyib

16:41
13 May

Romada Korsika xalqının qarşılaşdığı əsas problemlərlə bağlı konfrans keçirilir YENİLƏNİB

16:38
13 May

“Türkiye” qəzeti: Fransa Şərqi Aralıq dənizində Türkiyənin mövcudluğunu təhdid edir

16:27
13 May

DİN: Bank əməkdaşı zəng edib, vətəndaşdan kartın məxfi şifrələrini istəmir

15:51
13 May

“AzerGold” tərəfindən Azərbaycanda ilk dəfə geoloji kəşfiyyat informasiya sistemi yaradılıb

15:40
13 May

Qazaxıstan Xəzərin dayazlaşması ilə bağlı Rusiya və Azərbaycanla danışıqlar aparır

15:36
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!