12 Oktyabr 2024 09:05
212
İQTİSADİYYAT
A- A+
Dondurulmuş qidalardan necə istifadə edilməlidir?

Dondurulmuş qidalardan necə istifadə edilməlidir?


Dondurulma qidanın saxlanması üçün ən qədim və çox istifadə olunan üsullardan biridir. Dondurulmuş meyvə-tərəvəzlərdə mikroorqanizmlərin inkişafı dayanır, fermentlərin fəaliyyəti və kimyəvi reaksiyaların sürəti azalır. Bu da onları xarab olmadan uzun müddət mühafizə edir.


Tərəvəzi dondurmağın qaydaları


Mövsümə xas qidaların dondurulması, onların həm təbii dadının, görünüşünün, həm də qida dəyərinin qorunmasını təmin edir. Dondurulmuş məhsulların keyfiyyəti xammalın seçilməsindən, dondurulma şəraitindən, qablaşdırmadan və düzgün saxlanma şəraitindən asılıdır.

Bəs meyvə-tərəvəzləri dondurarkən nələrə diqqət edilməlidir? Qablaşdırma, temperatur və bu qidaların istehlakı necə olmalıdır?

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamovun sözlərinə görə, bütün meyvə-tərəvəzlər mövsümünə uyğun kodlaşdırıldığı üçün onları məhz öz fəslində yemək faydalıdır: "Bəzi mövsümi meyvə-tərəvəzlər digər aylarda istifadə üçün buzluqda saxlanılır. Dondurma prosesini düzgün həyata keçirdikdə bu məhsullar qida dəyərini, faydasını itirmir. Bu üsulla qışda olmayan moruq, qarağat, çiyələk, şaftalı, ərik kimi meyvələri,  brokoli, kök, gül kələmi kimi tərəvəzləri qışa tədarük etmək olar".

Mütəxəssis bildirib ki, tərəvəzləri dondurucuya qoymamışdan öncə onları "blanch" texnologiyası ilə şoklamaq lazımdır: "Tərəvəzlər donduqda rəngini itirir, lət olur. Rəng, dad və görüntü keyfiyyətini saxlamaq üçün tərəvəzləri 8-10 saniyə dərin qabda isti suya salıb şoklamaq lazımdır. Daha sonra onlar isti sudan çıxarılıb buzun üzərinə qoyulmalıdır.  Dondurulacaq meyvə və tərəvəzlərin hər biri saf şəkildə olmalı, xarab məhsuldan istifadə edilməməlidir".


Təkrar dondurma məhsulun keyfiyyətini aşağı salır


A.Salamov deyib ki, meyvə-tərəvəzlər maksimum mənfi 18 dərəcədə dondurulmalıdır: "Buzladılmış meyvə və tərəvəzlərin 3 ay müddətində istehlak olunması məsləhətdir. Dondurucuya qoyulan qidaların qablaşdırılması olduqca önəmlidir. Bəzən buzluğa 1 kq məhsul qoyub sonra 200 qram lazım olduqda hamısının donunu açır, qalanını yenidən dondururlar. Bu yolverilməzdir. Dondurulan məhsul elə qablaşdırılmalıdır ki, donu açılandan sonra yalnız bir dəfə istifadə edilsin. Təkrar dondurulub buzu açılan məhsulun həm qida dəyəri aşağı düşür, həm də temperatur dəyişikliklərinə məruz qaldığına görə onların tərkibində mikrobioloji və kimyəvi proseslər gedir. Bu da qida zəhərlənməsinə səbəb ola bilər".

Dondurucuya qoyulacaq meyvə-tərəvəzlərin qablaşdırılmasına diqqət yetirməyin vacibliyini qeyd edən mütəxəssis bildirib ki,  qablaşdırma zamanı buzluq üçün nəzərdə tutulmuş birdəfəlik paketlərdən istifadə olunmalıdır: "Bu zaman paketin içərisindəki oksigeni çıxarmaq üçün vakuum aparatından da istifadə edilə bilər. Vakuumlaşmış qidalar daha uzun müddət və keyfiyyətli mühafizə edilir. Vakkum aparatlarından ev şəraitində istifadə mümkündür. Dondurucudan çıxarılan məhsulun donu otaq temperaturunda yox, soyuducunun digər rəflərində və ya axar suda açılmalıdır. Dünyadakı şirin su qıtlığını nəzərə alsaq, ikinci üsul tövsiyə edilmir".


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb

20:58
12 Oktyabr

Azərbaycan Kuboku: “Şahdağ Qusar” və "Şəfa" növbəti mərhələyə yüksəlib

20:56
12 Oktyabr

"Şuşa şəhərinin İslam memarlıq irsi" adlı simpoziumun ikinci gününə yekun vurulub

20:27
12 Oktyabr

Dmitri Savelyev: Rusiya-Azərbaycan əməkdaşlığının bütün səviyyələrdə inkişafına böyük diqqət göstərilir

19:55
12 Oktyabr

Dünya çempionatında medal qazanmış Azərbaycan atıcıları təltif ediliblər

19:52
12 Oktyabr

“Yüksəliş” qalibləri Qarabağ Universitetinin tələbələrinə təlim keçib

19:47
12 Oktyabr

Şahdağın yüksəkliklərinə qar yağıb

19:06
12 Oktyabr

“Qalatasaray”ın iki futbolçusu Türkiyə millisinin heyətindən çıxarılıb

18:57
12 Oktyabr

Daşaltı kəndindəki məscidin tikintisi başa çatmaq üzrədir

18:41
12 Oktyabr

Milli futbol liqaları FIFA-nı məhkəməyə verəcək

18:29
12 Oktyabr

COP29 Azərbaycan Əməliyyat Şirkəti Pre-COP çərçivəsində brifinq keçirilib

18:17
12 Oktyabr

Azərbaycanda quşların qış sayğısının nəticəsinə əsasən 704 min fərd qеydə аlınıb

18:03
12 Oktyabr

Şuşada bu günə qədər 20-yə yaxın abidələrimiz tam olaraq bərpa olunub - Aydın Kərimov

17:52
12 Oktyabr

İrakli Kobaxidze: Gürcüstanda seçkilər azad, şəffaf, demokratik və rəqabətli olacaq  

17:43
12 Oktyabr

Azərbaycanın batut gimnastları beynəlxalq yarışda finala yüksəliblər  

17:32
12 Oktyabr

Santuşun mətbuat konfransının vaxtı bəlli olub

17:21
12 Oktyabr

Yaponiyanın baş naziri İşiba Xirosima və Naqasakiyə atılan atom bombalarını xatırladıb

17:09
12 Oktyabr

İtaliya nəşri Pre-COP29 konfransından yazıb

16:53
12 Oktyabr

Yardımlıda narkokuryer qohumlar saxlanılıblar

16:41
12 Oktyabr

“Euronews”: Bakıda keçiriləcək COP29 iqlim sammitinin gündəliyi zəngindir

16:30
12 Oktyabr

Ayxan Hacızadə: Ermənistanın baş nazirinin iddiaları reallıqların təhrif olunması cəhdidir

16:13
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!