09 Dekabr 2024 16:03
515
PARLAMENT
A- A+
Diplomatik xidmət orqanı əməkdaşlarının sərəncamda olması və vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması qaydalarının təşkili prosesi müəyyənləşir  

Diplomatik xidmət orqanı əməkdaşlarının sərəncamda olması və vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması qaydalarının təşkili prosesi müəyyənləşir  

Diplomatik xidmət orqanı əməkdaşlarının sərəncamda olması və vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması qaydalarının təşkili prosesi müəyyənləşir.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, diplomatik xidmət orqanlarında ştat vahidi ixtisar edildikdə və ya diplomatik xidmət əməkdaşı attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda, habelə rotasiya qaydasında diplomatik nümayəndəlikdə və ya konsulluqda xidmət keçən diplomatik xidmət əməkdaşı tutduğu vəzifədən azad edildikdə (geri çağırıldıqda), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) inzibati və ya yardımçı vəzifə tutan əməkdaş rotasiya qaydasında tutduğu vəzifədən azad edildikdə, diplomatik xidmət orqanlarında tutduğu diplomatik vəzifədən azad edilərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik nümayəndəlikdə və ya konsulluqda vəzifəyə təyin olunan diplomatik xidmət əməkdaşı geri çağırıldıqda və diplomatik xidmət orqanı əməkdaşının geri çağırılması hallarında (diplomatik nümayəndəlikdə və ya konsulluqda müəyyən edilmiş xidmət müddəti bitdikdə, xidməti zərurət yarandıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri ilə razılaşdırmaqla öz təşəbbüsü olduqda, xidmət keçdiyi diplomatik nümayəndəliyin və ya konsulluğun fəaliyyəti dayandırıldıqda (yaxud məhdudlaşdırıldıqda), qəbul edən dövlətdə təhlükəsizliyinə təhdid yarandıqda, normativ hüquqi aktlarla müəyyən olunmuş vəzifələrini yerinə yetirmədikdə, məhdudiyyətlərə və ya əmək müqaviləsi üzrə öhdəliklərinə əməl etmədikdə, özü və ya ailə üzvləri tərəfindən qəbul edən dövlətin qanunlarına və adət-ənənələrinə hörmətsizlik göstərildikdə, Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrlə müəyyən olunmuş güzəştlərdən, imtiyazlardan və immunitetlərdən sui-istifadə edildikdə, qəbul edən dövlət tərəfindən arzuolunmaz şəxs hesab edildikdə) diplomatik xidmət orqanı əməkdaşı üç ayadək müddətə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olur və onun tutduğu son vəzifə üzrə dövlət məvacibi ödənilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşı fəaliyyətini başa vurduqdan sonra və ya fəaliyyətinin bitmə müddətindən əvvəl geri çağırılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qərar qəbul olunduqda diplomatik xidmət orqanı əməkdaşı üç ayadək müddətə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olur və onun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) tutduğu son vəzifə üzrə dövlət məvacibi ödənilir.

Diplomatik xidmət orqanlarının ümumi ştat vahidi sayının beş faizindən artıq olmamaq şərtilə diplomatik xidmət orqanı əməkdaşlarının sərəncamda olması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən rəsmiləşdirilir. Diplomatik xidmət orqanı əməkdaşı cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunduğu tarixdən vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılır və həmin andan səlahiyyətlərinin icrasına buraxılmır. Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış diplomatik xidmət orqanı əməkdaşı barəsində bəraət hökmü çıxarıldıqda və ya cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdə, o, yenidən vəzifələrinin icrasına buraxılır. Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış diplomatik xidmət orqanı əməkdaşı barəsində məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı qanuni qüvvəyə mindiyi tarixdən həmin əməkdaşın diplomatik xidmət orqanlarında xidmətinə xitam verilir.

Diplomatik xidmət orqanı əməkdaşı intizam tənbehi tədbirləri görülməsinə səbəb olan əməlləri törədib-törətməməsinin araşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən iki ay müddətinədək vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla bilər. Belə kənarlaşdırma diplomatik xidmət orqanı əməkdaşının öz vəzifə səlahiyyətlərinin icrasını davam etdirməsinin aparılan xidməti yoxlamaya maneçilik törədə biləcəyi hallarda həyata keçirilir. Xidməti yoxlamanın nəticəsindən asılı olaraq ən geci iki ay müddətində əməkdaş barəsində vəzifə səlahiyyətlərinin icrasına buraxılmasına və ya intizam tənbehi tədbirinin tətbiq edilməsinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qərar qəbul edilir.

Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddət ərzində diplomatik xidmət orqanı əməkdaşına tutduğu vəzifə üzrə dövlət məvacibi tam həcmdə ödənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

20:23
23 Dekabr

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

20:22
23 Dekabr

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin perspektivləri müzakirə edilib  

20:19
23 Dekabr

Macarıstanın Baş naziri Viktor Orbandan

20:18
23 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

20:17
23 Dekabr

Azərbaycan-İtaliya əməkdaşlığının genişləndirilməsi yolları müzakirə edilib  

20:16
23 Dekabr

Avrokomissiya İtaliyaya 8,7 milyard avro yardım paketi ayırıb

20:15
23 Dekabr

Gürcüstan portalında “Gürcüstan və Azərbaycan: möhkəm dostluq və əməkdaşlıq əlaqələri” adlı məqalə dərc olunub  

20:14
23 Dekabr

Türkiyə şirkətləri Qazaxıstanda gəmiqayırma zavodu tikməyi planlaşdırır

20:13
23 Dekabr

Xalq Məclisinin sədri: Azərbaycanlılar Dağıstanda vahid ailə kimi yaşayırlar

18:47
23 Dekabr

Növbəti sosial islahat paketi ümumən 3 milyon insanı əhatə edəcək

18:46
23 Dekabr

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

18:44
23 Dekabr

Xankəndidə ilk dəfə “Qış nağılı” yarmarkası açılacaq

18:44
23 Dekabr

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayevdən

18:42
23 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən

18:42
23 Dekabr

Saatlıda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:41
23 Dekabr

Yeni dişlərin yetişdirilməsinə kömək edən dərmanın testlərinə başlanılıb

18:22
23 Dekabr

İdmanda 2025-ci il üçün qadağan edilmiş maddələrin siyahısı Azərbaycan dilinə tərcümə olunub

18:20
23 Dekabr

Honda və Nissan birləşmək niyyətindədirlər

18:18
23 Dekabr

Hidrogenlə işləyən yük maşını dünya rekordu qırıb

18:17
23 Dekabr

Serbiyanın Baş nazirinə Azərbaycanın yaşıl enerji istehsalı potensialı barədə məlumat verilib  

18:16
23 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!