04 Avqust 2024 15:48
95
CƏMİYYƏT
A- A+

Diaspor Gənclərinin V Yay Düşərgəsində “Laçınlılar Laçında” mövzusunda panel təşkil olunub

 

Laçında keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsində “Laçınlılar Laçında” mövzusunda panel baş tutub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Komitənin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Zeynalovanın moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Tibb Universitetinin müəllimi, Tibb elmləri üzrə fəlsəfə doktoru İkram Rüstəmov, ADA Universitetinin müəllimi və “Qarabağ Dönüş” təşkilatının sədr müavini Gülməmməd Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin dekanı Elnur Əliyev çıxış ediblər.

Panelin keçirildiyi Laçın şəhər 2 nömrəli tam orta məktəbin düşərgə iştirakçıları İkram Rüstəmovun və Vəsilə Zeynalovanın vaxtilə oxuduqları məktəb olması, illərlə ayrı düşdükləri bu doğma təhsil ocağına yenidən qayıtmaları xüsusilə diqqətçəkən məqam olub.

Panel iştirakçıları düşərgənin qədim Azərbaycan torpağı olan Laçında keçirilməsi, laçınlıların 31 ildən sonra öz doğma yurdlarına geri dönmələri barədə danışıblar. Diaspor gəncləri ilə görüşən laçınlılar ağır, çətin məcburi köçkünlük həyatını əks etdirən həyat hekayələrini danışıb, Laçına qayıtmağın sevincini bölüşüblər.

Paneldə Vəsilə Zeynalovanın müəllifi olduğu “Mənə bir Laçın verin” videoçarxı və Gülməmməd Məmmədovun uğurlu təhsil həyatını əks etdirən film nümayiş olunub.

İştirakçılar azad Laçında belə bir görüşün keçirilməsini yüksək qiymətləndirib, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Azərbaycan Ordusuna təşəkkür edib, şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

“Laçınlılar Laçında” panelində diaspor gəncləri ilə görüşən laçınlılar tədbirdə verilən məlumatların informasiya müharibəsinin iştirakçısı olan gənclər üçün vacibliyini xatırladıblar.

Paneldə düşərgə iştirakçısı olan gənclər də çıxış edərək təəssüratlarından danışıblar.

Kanadadan olan iştirakçı, Abdulla Şaiqin nəticəsi Aran Rəfipur laçınlıların hekayəsinin ona çox təsir etdiyini və bu panelin ən çox sevdiyi iclas olduğunu söyləyib.

Gürcüstandan olan Laşa İsabalayev panelin düşündüklərindən daha emosional keçdiyini və digər yoldaşları kimi, özünün də göz yaşlarını saxlaya bilmədiyini deyib. O, görüşün inanılmaz dərəcədə möhtəşəm olduğunu bildirib.

Litvadan olan Humay Mustafazadə isə panelin keçirildiyi Laçın şəhər 2 nömrəli orta məktəbin çox gözəl olduğunu vurğulayıb, laçınlıların danışığından çox təsirləndiyini və həm düşərgəyə, həm də panelə gəlməyindən məmnunluğunu ifadə edib.

Fransadan düşərgəyə qatılan Murad Məlikzadə əslən Laçından olduğunu və laçınlılarla görüşdən, onların hekayələrini dinləməkdən böyük zövq aldığını, belə tədbirlərin keçirilməsini çox dəstəklədiyini dilə gətirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video