04 Avqust 2024 15:45
99
DÜNYA
A- A+

Britaniya XİN ölkə vətəndaşlarını Livanı tərk etməyə çağırıb

 

Britaniyanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İsraillə müharibə təhlükəsi fonunda istənilən reys üzrə Livanı tərk etməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, nazirliyin yaydığı açıqlamada britaniyalıların Livandan potensial çıxış yollarının artıq məhdud və ya bağlı ola biləcəyi qeyd edilib. Bildirilib ki, vətəndaşlar hələ də mövcud olan hər hansı kommersiya uçuşlarından istifadə edərək ölkədən çıxmalıdırlar.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi gərginliyin yüksək olduğunu və vəziyyətin sürətlə pisləşə biləcəyini deyib.

Qeyd edək ki, ABŞ, İtaliya, Kanada, Almaniya hökumətləri də öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video