Azərbaycanın Orta əsr memarlığının nadir abidələrindən biridir Şəki Xan Sarayı. XVIII əsrdə inşa edilib. Lakin təkcə o dövr saray memarlığının Qafqazda ən gözəl nümunələrindən, İslam Şərqinin memarlıq incilərindən biri sayılmır, dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir...
Haqqında tarixi mənbələrdə və rəvayətlərdə bəhs olunan saray
Şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatələnən ərazisində yerləşən bu sarayın bir sıra mənbələrdə Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Məhəmmədhüseyn xanın dövründə tikildiyi qeyd edilib. Məhəmmədhüseyn xan "Müştaq" təxəllüsü ilə şeirlər yazıb. Ona görə də bu sarayın "Müştaq imarəti" yazıldığı mənbələr də var.
Bəzən "Zalım xan sarayı" adlandırılması barədə rəvayətlər də mövcuddur. Rəvayətə görə, Şəki xanı dövrün tanınmış memarlarından birinə bənzərsiz saray inşa etməyi tapşırıb. Tikinti başa çatıb. Xan memardan soruşub ki, bundan yaxşı saray ucalda bilərsənmi? Usta "Əgər daha çox pul versələr, bundan möhtəşəmini tikərəm" deməsi ilə sonunu gətirib. Öz sarayından daha əzəmətlisini görmək istəməyən xan elə qəzəblənib ki, memarı edam etdirib. Bu səbəbdən Şəki Xan Sarayına "memarını edam etdirən saray" da deyilib. Bu rəvayətin sonluğunu fərqli söyləyənlər də var. Deyirlər ki, xan memarı öldürməyib, əllərini kəsdirib.
Tarixdən sarayı inşa etdirən Məhəmmədhüseyn xanın da həyatının faciə ilə bitdiyi məlumdur. 1759-cu ildən hakimiyyətdə olan Məhəmmədhüseyn xanı taxtdan salmaq, xanlığı ələ keçirmək üçün əmisi Hacı Abdulqadir 1780-ci ilin avqustunda altmış nəfərdən ibarət dəstəsi ilə gecə gəlib Nuxa dağlarında gizlənib. Günortadan sonra qəflətən basqın edib və qalaya daxil olub. Qurğuşunlu otağın qapılarını içəridən bağlayan oğlu Fətəli xanla birgə basqınçılara müqavimət göstərən Məhəmmədhüseyn xan ağır yaralanıb. Qapını sındıraraq onu ələ keçiriblər. Xan bir həftə saxlanılıb. Hansısa müqaviləyə imza atdıqdan sonra onu boğub öldürüblər. Məhəmmədhüseyn xan Müştaqın şair dostu Molla Vəli Vidadi "Müsibətnamə" adlı tarixi mənzuməsini onun faciəli ölümünə həsr edib.
Məhəmmədhüseyn xan iyirmi bir illik hakimiyyəti dövründə babası Hacı Çələbi xanın yolu ilə gedib. Şəkidə bir çox saray, məscid, mədrəsə tikdirib. Şair qəlbli xan qələmə aldığı poetik əsərləri kimi, inşa etdirdiyi tikililərin də hər daşına, şəbəkələrinin ölçüsünə, rənginə, naxışına diqqət yetirib. Aradan əsrlər ötsə də, onun tikdirdiyi Xan sarayı bu gün də görənləri heyran edir.
Aleksandr Düma: "Saray heyranedici tikilidir"
Tarixi mənbələrdə Şəki Xan Sarayının 1760-1765-ci illərdə inşa olunduğu qeyd edilib. Memarı şirazlı Hacı Zeynalabdindir. Orijinallığı ilə seçilən sarayın tikintisi zamanı mismardan, yaxud yapışdırıcıdan istifadə olunmayıb. 2 mərtəbəli bina 6 otaqdan, 4 dəhlizdən, 2 güzgülü eyvandan ibarətdir. Birinci mərtəbənin zalından rəsmi qəbullar üçün istifadə olunub.
Qalanın 1853-cü ildə tərtib edilmiş planına əsasən, orada xan ailəsi üçün nəzərdə tutulmuş müxtəlif binalar yerləşib. Qalada saray kompleksindən başqa xəzinə, baraklar, həbsxana və 1828-ci ildə xan məscidinə çevrilmiş ortodoks kilsəsi olub. Həm AMEA Əlyazmalar İnstitutu tərəfindən 1979-cu ildə nəşr edilən "Maddeyi-tarix" adlı əlyazmasına, həm də XIX əsr rusiyalı müxbir Nikolay Bersenoun məlumatına görə, xanın yaşadığı saray binası həm də divanxana, yəni şəhər məhkəməsi binası kimi fəaliyyət göstərib. Bəzi mənbələrdə saray xanın yay iqamətgahı kimi qeyd edilib.
Bütövlükdə saray kompleksinin təsviri XIX əsrin ikinci yarısında Qafqaz Komandanı Aleksey Petroviç Yermolovun göstərişi ilə general-mayor Fyodr Axverdov və dövlət şurasının müşaviri Mogilevski tərəfindən hazırlanmış "Şəki əyalətinin təsviri"ndə (Tiflis, 1866) verilib. Hesabata əsaslanaraq kompleksə daxil olmuş bir çox tikililərin ilkin təyinatını müəyyənləşdirmək mümkün olub.
Aleksandr Düma, Aleksandr Korniloviç, Andrey Fadeyev, Arnold Zisserman, Lev Tolstoy, Nikolay Rayevskiy, İlya Berezin, Elize Reklü və başqaları saray haqqında məlumatlar veriblər.
1834-cü il avqustun əvvəllərində Şəkidə olmuş dekabrist A.Korniloviç qardaşına yazdığı məktubda sarayı belə təsvir edib: "Nuxada, əsas şəhərdəki qalada onların indi iş yerinə çevrilmiş sarayını gördüm. Bir neçə pilləkən və hündür portik bağ salınmış geniş dördbucaqlı həyətə aparır: qeyri-adi simmetriya ilə düzülmüş on altı italyan qovağı bağı dörd xiyabana bölür. Bağın kənarlarında saray əyanları, xanın həyat yoldaşları, onların qulluqçuları və digər qulluqçuların yaşadığı fligel binalar yerləşir; onların arxasında bir yarım insan boyu hündürlüyündə terras, həmin terrasda iki böyük çinarla əhatə olunmuş üç fəvvarəli hovuz, hovuzun arxasında isə saray binası yerləşir. Saray tərk edilmiş olsa da, daxildən keçmişin saxlanılmış möhtəşəmliyi ilə görənləri valeh edir".
1846-cı ildən Zaqafqaziyada xidmət edən Andrey Fadeyev xatirələrində şəhərlə bərabər, bu sarayın xarici görünüşünü, daxili bölgüsünü, naxışlarını təsvir edib. 1849-cu ildə yazıçı A.Zisserman Şəki (o zamanlar Nuxa adlandırılıb) şəhərinə səfər edib. O da şəhər barədə danışarkən saraydan bəhs edib. Söyüdlərlə əhatələnmiş mərmər fəvvarələr, rəngarəng şüşələr, otaq sobaları üzərindəki yapma bəzək, qapı və pəncərələrdəki taxta oymaların xan dəbdəbəsini və sarayın keçmiş möhtəşəmliyini xatırlatdığını bildirib.
1858-ci illərin sonlarında Şəkidə olmuş Aleksandr Düma saray haqqında məlumatlar verib: "Bu tipdə olan bütün binalar kimi, Xan sarayı da şəhərin ən yüksək yerində inşa edilib. Yeni memarlığa xas saray 1792-ci ildə Məhəmmədhəsən xan tərəfindən inşa etdirilmişdir... Saray heyranedici tikilidir. ...Burada yaşamış böyük knyazların gəlişi şərəfinə sarayın interyerləri köhnə təsvirlər əsasında bərpa edilmişdir. Düzdür, bütün bina yox, yalnız onun aşağı mərtəbələri bərpa olunmuşdur... Hələlik, qoy Tanrı Nuxadakı heyranedici sarayı vandallardan qorusun".
Hərb tarixçisi Vasili Potto XIX əsrin sonlarında yazdığı "Qafqaz müharibəsi" adlı kitabında Şəki xanlığının paytaxtının ruslar tərəfindən işğalını təsvir edərkən Xan sarayından da qeydlərini edib.
Rusiya diyarşünası İ.L.Seqal 1797-ci ildə Məhəmmədhəsən xanın "o zaman üçün möhtəşəm olan Xan sarayı" inşa etdirdiyini, 32.000 çervona başa gələn saraya görə xan xəzinəsinin boşaldığını yazıb.
Şandor Rado sarayın 1760-cı ildə Hüseyn xanın göstərişi ilə tikildiyini, qısa müddət sonra yenidənqurma işləri aparıldığını qeyd edib.
XIX əsrin sonu, XX əsrin əvvəllərində nəşr olunmuş Brokhouz və Efronun ensiklopedik lüğətində saray və qala divarlarının eyni vaxtda - 1765-ci ildə inşa edildiyi göstərilib.
Britannika ensiklopediyasının 1890-cı il nəşrində qeyd edilir ki, qala divarları 1765-ci ildə, saray isə həmin tarixdən bir müddət sonra tikilib. Həmin il başqa bir məqaləsində isə sarayın 1797-ci ildə kor Məhəmmədhəsən xan tərəfindən inşa edildiyini yazıb.
Azərbaycan Sovet Ensiklopediyasında sarayın XVIII əsrin 60-cı illərində Hüseyn xan Müştaqın sifarişi ilə tikildiyi yazılıb. Memarlıq tarixçisi Mikayıl Hüseynovun sözlərinə görə, sarayın inşaat tarixi 1762-1797-ci illər arasındadır. M.A.Hüseynovun fikrincə, bu Xan sarayı "XVIII əsr sarayları üçün xarakterik olan parlaq xüsusiyyətləri əks etdirir".
Şəki xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra saray yerli idarənin tabeliyində olub və dəfələrlə təmir edilib. 1848-1851-ci illərdə Hüseyn xan Müştaqın nəvəsi, şair Kərim ağa Fateh tərəfindən burada bərpa işləri aparılıb.
Azərbaycan SSR dövründə saray muzey statusu alıb. 1921-ci il aprelin 25-də plenumda bu barədə qərar qəbul edilib. Şuşa və Şəkidəki xan saraylarının düzəldilməsinə 25 milyon rubl ayrılıb.
Ümumbirlik Memarlıq Akademiyası komissiyasının 13 mart 1939-cu ildə keçirilmiş iclasına memar Pyotr Baronovski tərəfindən bərpa layihəsinə baxışa əsaslanmış hesabat təqdim olunub.
1952-ci ildə respublikanın görkəmli memarı Niyazi Rzayevin rəhbərliyi altında Şəki xanları sarayının ilk dəfə ölçüləri götürülərək tədqiq edilib. Bərpa layihəsi tərtib edilib. Bərpa işləri 1967-ci ildə başa çatdırılıb və abidə əvvəlki görkəmini alıb. 2002-ci ildə "Mədəni irsin mühafizəsi" layihəsi çərçivəsində sarayda bərpa işlərinə başlanılıb.
Şəki qalasında ucaldılmış və bir neçə tikilidən ibarət olan saray kompleksindən dövrümüzə yalnız ikimərtəbəli saray binası çatıb. Dəfələrlə təmir və yenidənqurma işlərinin aparılması xarici görünüşünə ciddi təsir etməyib.
1968-ci ildə Şəkinin sarayda yerləşən Yuxarı-Baş adlı tarixi hissəsi tarix-memarlıq qoruğu elan olunub. 2001-ci il 24 oktyabrda Şəkinin tarixi hissəsi ilə birlikdə Xan sarayı da UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmağa namizəd göstərilib. 2019-cu ildən etibarən saray Şəkinin tarixi mərkəzi ilə birlikdə ümumdünya irsidir.
Z.FƏRƏCOVA,
"Azərbaycan"
Daxili çaylarda sululuq artıb
BMT-də “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfrans keçirilib
Azərbaycanın futzal millisi Xorvatiyaya məğlub olub
Baş nazir Əli Əsədov Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb
Martinikanın nümayəndəsi: Bu, müstəmləkələrin ortaq müqavimət tarixidir
Fransa Parlamentinin Bakı Təşəbbüs Qrupuna qarşı qətnaməsi qətiyyətlə pislənilib
Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib
“One Saint Martin” təşkilatının prezidenti: Niderland və Fransadan tam müstəqilliyimizi istəyirik
Bonayre İnsan Hüquqları Təşkilatının prezidenti: Xəstəxanalarımızda reanimasiya şöbəsi yoxdur, amma çox böyük həbsxanamız var
Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında 3 medal qazanıb
Serve Alfonsin: Fransa qaradərililərdən əvvəl heyvanları qoruyur
Gürcüstan Prezidenti Heydər Əliyev Mərkəzində olub
Bakıda Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun 11-ci Toplantısı keçirilib YENİLƏNİB
Türkiyə nümayəndə heyəti Qarabağ Universitetində olub
Sistem əhəmiyyətli bankların müəyyən olunması üzrə yeni meyarlar təsdiqlənib
Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində olublar
Şalva Papuaşvili: Əgər imkanları olsaydı, Qərbdəki bəzi qüvvələr Gürcüstana tanklarla girərdilər
2025-2026-cı illərdə təbii qaz qiymətlərinə təsir göstərəcək amillər açıqlanıb
Biznesin inkişaf etdirilməsi ilə bağlı İmişlidən olan sahibkarların təklifləri dinlənilib
Küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq verilib
Qarabağa həsr olunan rəsm əsərlərinin sərgisi açılıb
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!