15 Aprel 2025 17:57
599
Mədəniyyət
A- A+
Azərbaycanın Xalq artistinin adı Ankara Dövlət Konservatoriyasında əbədiləşdiriləcək  

Azərbaycanın Xalq artistinin adı Ankara Dövlət Konservatoriyasında əbədiləşdiriləcək  


Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Bilkənt Universitetinin professoru, “Şöhrət” ordenli Azərbaycanın Xalq artisti Sərvər Qəniyevin adı Hacettepe Universitetinin nəzdindəki Ankara Dövlət Konservatoriyasında əbədiləşdiriləcək.

AZƏRTAC xəbər verir ki, konservatoriyanın yeni auditoriyasına Sərvər Qəniyevin adı veriləcək.

Auditoriyada Sərvər Qəniyevin həyat və fəaliyyəti, onun Türkiyədə mədəniyyətin tərəqqisində, iki ölkə arasında dostluq-qardaşlıq körpülərinin daha da möhkəmləndirilməsində xidmətləri, habelə Azərbaycan mədəniyyətinə dair guşələr təşkil olunacaq.

Sərvər Soltan oğlu Qəniyev 1937-ci ildə Bakı şəhərində anadan olub. Yaradıcılığı dövründə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında skripkaçı-solist kimi çalışıb. O, keçmiş sovetlər məkanının bir çox şəhərlərində geniş konsert proqramları ilə çıxış edib.

Sərvər Qəniyev 1993-cü ildən Türkiyə köçüb və ömrünün sonuna qədər Bilkənd Universitetində çalışıb.

Azərbaycan bəstəkarlarının bir sıra yeni əsərlərinin ilk ifaçısı olub. Sərvər Qəniyev, ifaçılıq sənətini pedaqoji fəaliyyətlə uğurla tamamlayan sənətkar kimi musiqiçi kadrların yetişdirilməsində də böyük nailiyyətləri olub.

O, Türkiyə Akademik Kamera Orkestrinin dirijoru və Beynəlxalq Akademik Böyük Simfonik Orkestrin qurucusu və solisti olub. Sərvər Qəniyev milli mədəniyyətimizi müxtəlif ölkələrdə də mahir ustalıqla təmsil etməklə, Azərbaycan musiqisinin və ifaçılıq sənətinin təbliğində böyük xidmətlər göstərib.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi “Tanınmış azərbaycanlıların izi ilə” layihəsini reallaşdırır.

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Hacettepe Universitetinin rektoru Mehmet Cahit Güranla keçirilən görüş zamanı Sərvər Qəniyevin Türkiyənin Bilkent və Hacettepe Konservatoriyalarının qurulmasında və musiqi sənətinin inkişafında xidmətləri nəzərə alınaraq, onunla bağlı sözügedən layihənin həyata keçirilməsi razılaşdırılıb.

Bundan başqa, musiqi təhsili sahəsində Azərbaycan tərəfi ilə əməkdaşlıq əlaqələrinin qurulması, mütəxəssislər arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması, birgə konsertlər, yaradıcılıq görüşlərinin təşkili, qarşılıqlı olaraq tədrisdə bəstəkarlarımızın əsərlərinin repertuara daxil edilməsi ilə əlaqədar birgə iş aparılması razılaşdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

Suriya ordusu Hələbin şərqindəki Deyr Hafir şəhərini nəzarətə alıb  

15:11
17 Yanvar

Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib

14:45
17 Yanvar

Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub  

14:38
17 Yanvar

WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib  

14:31
17 Yanvar

Mütəxəssis: Qarın yağması taxıl əkinləri üçün çox əhəmiyyətlidir  

13:42
17 Yanvar

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq - PROQNOZ  

13:25
17 Yanvar

XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix açıqlanıb  

12:07
17 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb  

11:39
17 Yanvar

BDYPİ gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib  

11:15
17 Yanvar

Rusiya ilə Ukrayna arasında Zaporojye AES-lə bağlı atəşkəs elan edilib

11:00
17 Yanvar

Əmək qanunvericiliyində yeniliklər-SİYAHI  

10:56
17 Yanvar

Venesuelanın müdafiə naziri: ABŞ-ın əməliyyatında 83 nəfər ölüb  

10:08
17 Yanvar

Bilmək istəyirəm

09:25
17 Yanvar

Uşaqlar cəmiyyətin sabahıdır

09:20
17 Yanvar

Rəssamın uğurlu bədii yaradıcılıq yolu

09:15
17 Yanvar

Qloballaşan dünyada milli kimlik konsepsiyası

09:10
17 Yanvar

Təzə ilin ilk günlərindən Lənkəran abadlaşmaqda davam edir

09:05
17 Yanvar

Təxtənəkəran camaatı kənddə yaradılan şəraitdən razıdır

09:00
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!