“Bu gün Niderland və Fransa adamızda öz müstəmləkəçilik istismarlarını gücləndiriblər”.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri “One Saint Martin” təşkilatının prezidenti Rhoda Arrindell BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupu tərəfindən “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Fransa və Niderland rəsmi olaraq afrikaəsilli insanları ayrıca qrup kimi tanımır. Onun sözlərinə görə, küçələrdə gündəlik asayişi həyata keçirən yerli polis qüvvəsi olsa da, əslində, asayiş Fransa və Niderlandı təmsil edən səlahiyyətli şəxslər tərəfindən təmin edilir: “Əgər Sen Martində cinayət törətməkdə təqsirli bilinirsinizsə, sizi Qvadelupadakı həbsxanaya aparırlar. Mən indi Sen Martində bir gənclə işləyirəm, o, Fransa hakimiyyətindən qaçır, çünki söz azadlığı hüquqlarını müdafiə etdiyinə görə onu həbs etməyə çalışırlar. O, indi rəsmi olaraq Niderland hissəsində yaşayır və sərhədi keçdiyi anda həbs oluna biləcəyinə dair əmr var”.
Rhoda Arrindell bildirib ki, Sen Martin xalqı haqlı olaraq onlardan əcdadlarına qarşı dəymiş ziyana görə ədalət tələb etməklərini istəyir: “Biz BMT-nin müstəmləkədən azad edilməli olan ərazilər siyahısına yenidən daxil olmağı tələb etmişik. Niderland və Fransadan tam müstəqilliyimizi istəyirik və sizdən gözləyirik ki, müstəqilliyimizi əldə etməyimizə köməklik göstərəsiniz. Ürək ağrısı ilə izləyirəm ki, biz afrikaəsilli insanlar ünsiyyət üçün öz aramızda Afrika dillərində deyil, Avropa dillərində danışırıq”.
Volodimir Zelenski: Trampla təkbətək çox şeyi müzakirə etdik
Azərbaycan Özbəkistanda keçirilən festivalda və II Türk Dünyası Mədəniyyət Forumunda təmsil olunur
5 min ilik məzar aşkarlanıb
Dünyanın ən uzun tortu hazırlanıb
Dünya səyyahları Cəbrayılda minatəmizləmə prosesini izləyib
Azərbaycan və Pakistan arasında strateji əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib
Zelenski və Tramp Romada görüşüblər
Azərbaycan Prezidenti: Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur
Prezident: Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var
Prezident İlham Əliyev: Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB
Prokurorluq əməkdaşları iki hektar ərazidə 1250-dən çox ağac əkiblər
Azərbaycan neftinin qiyməti artıb
DİN: Ötən gün vətəndaşların bank kartlarından 23 min manatdan çox pul oğurlanıb
Səudiyyə Ərəbistanının “əş-Şarq əl-Avsət” qəzeti Azərbaycan Prezidentinin Çinə səfərindən yazıb
ABŞ və Rusiya Moskva ilə Kiyev arasında birbaşa danışıqların mümkünlüyünü müzakirə ediblər
“Tagesschau”: Azərbaycan - Çin strateji tərəfdaşlığı çərçivəsində nəzərdə tutulan fəaliyyət Aİ üçün böyük əhəmiyyət daşıyır
Milli Qəhrəman Albert Aqarunovun anım gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan və İsveçrə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
Respublika Gənclər Kitabxanasında “Professor Mir Cəlal Paşayev” adlı virtual kitab sərgisi hazırlanıb
Dəmir iradənin qüdrəti22 Aprel 2025
Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib21 Aprel 2025
335 körpü, 45 tunel, 163 yerüstü və yeraltı keçid, 21 min kilometr yol20 Aprel 2025
İlham Əliyevin bir tələbi ilə...19 Aprel 2025
Azərbaycan Gürcüstanın əsas enerji təminatçısı, Gürcüstan Azərbaycanın Avropaya açılan qapısıdır18 Aprel 2025
Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir17 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!