15 Aprel 2025 18:29
479
Mədəniyyət
A- A+
Qarabağa həsr olunan rəsm əsərlərinin sərgisi açılıb

Qarabağa həsr olunan rəsm əsərlərinin sərgisi açılıb


Bakıda gənc rəssamların Qarabağa həsr olunan rəsm əsərlərindən ibarət sərgi açılıb.

Bu barədə AZƏRTAC-a Qarabağ Dirçəliş Fondundan məlumat verilib.

Tədbirdə QDF-nin İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış edərək bildirib ki, Qarabağın əsrarəngiz təbiətinə, tarixi abidələrinə, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə həsr edilən 38 rəngkarlıq əsəri gənc rəssamların inkişafına töhfə vermək məqsədilə dünyaşöhrətli almaniyalı rəssam, Berlin Rəssamlıq Akademiyasının professoru İnqa Şmidtin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri üçün Fondun dəstəyi ilə keçirdiyi master-klass çərçivəsində hazırlanıb.

O diqqətə çatdırıb ki, QDF və ADRA-nın birgə təşkilatçılığı ilə artıq “Qarabağın rəngləri – 2025” layihəsinin icrasına start verilib. Belə ki, layihədə iştirak edəcək finalçıların seçim mərhələsi yekunlaşıb, onların ərsəyə gətirəcəyi əsərlərin eskizlərinin hazırlanması prosesi isə davam edir.

Qeyd olunub ki, rəssam İnqa Şmidtin master-klassında iştirak edən gənclərin əksəriyyəti yüzlərlə digər tələbələr arasından seçilən, “Qarabağın rəngləri – 2025” layihəsinin final mərhələsində iştirak etmək hüququ qazanan ADRA və ADMİU-nun tələbələridir.

R.Hacıyev xatırladıb ki, ötən il keçirilən “Qarabağın Rəngləri - 2024” layihəsi çərçivəsində ADRA-da təhsil alan 23 istedadlı gənc tərəfindən hazırlanmış 19 rəsm əsərinin və 4 heykəltəraşlıq nümunəsinin satışından əldə olunmuş 90 min 200 manat vəsait Ağdam rayonu ərazisində yerləşən İmarət kompleksinin bərpasına yönəldilib.

Tədbirdə, həmçinin Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev, akademiyanın prorektoru, Xalq rəssamı Salxab Məmmədov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova çıxış edərək layihənin əhəmiyyətindən danışıb, onun gənc rəssamların gələcək yaradıcılıq fəaliyyətinə böyük töhfə verəcəyini vurğulayıblar.

Çıxışlardan sonra rəsm əsərlərinin müəlliflərinə xüsusi sertifikatlar təqdim olunub.

Sonda sərgi iştirakçıları nümayiş olunan əsərlərlə tanış olub, xatirə şəkli çəkdiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli kimliyə və mənəvi dəyərlərə bağlılığın təcəssümü

11:15
27 Aprel

Cənubi Afrika Respublikasının Prezidenti Zati-aliləri cənab Matamela Siril Ramafozaya

10:51
27 Aprel

Syerra-Leone Respublikasının Prezidenti Zati-aliləri cənab Culius Maada Bioya  

10:50
27 Aprel

Türkiyəli ekspert: Azərbaycanın 44 günlük müharibədə qələbəsi bütün türk dünyası üçün qürur mənbəyidir  

10:44
27 Aprel

İranın cənubundakı partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb

10:42
27 Aprel

Bilmək istəyirəm

09:20
27 Aprel

"Şahin" hərbi-idman oyunlarının zona birinciliyi keçirilib

09:15
27 Aprel

Qusarda arıçılığa maraq çoxdur

09:10
27 Aprel

Boradigah qəsəbəsində ağacəkmə aksiyası olub

09:05
27 Aprel

Sumqayıt da yaşıllaşır

09:00
27 Aprel

Mingəçevirdə həftə ərzində daha 3600 ağac və gül kolu əkilmişdir

08:55
27 Aprel

Türkiyə klubu finalda

08:50
27 Aprel

"İmişli" və "Karvan" Premyer Liqada

08:45
27 Aprel

Hidayət Heydərov ilin ən yaxşı cüdoçusu seçildi

08:40
27 Aprel

Avropa İttifaqı Azərbaycanın əhəmiyyətini anlayır və əvvəllər mövcud olan stereotiplərdən geri çəkilir

08:35
27 Aprel

Tarix ən böyük ibrət dərsidir

08:30
27 Aprel

Cümhuriyyət Ordusu 1920-ci il 28 aprel işğalının qarşısını ala bilərdimi?

08:25
27 Aprel

Lerik kəndliləri builki baharı bərəkət fəsli adlandırırlar 

08:20
27 Aprel

Milli mətbuatımızın 150 illiyi ölkəmizdə geniş qeyd olunacaq

08:15
27 Aprel

Avropa İttifaqı Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdır

08:10
27 Aprel

Mühüm mərhələnin başlanğıcı

08:05
27 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!