23 Aprel 2025 15:03
429
SİYASƏT
A- A+
Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasından iki il ötür

Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasından iki il ötür


Bu gün Azərbaycanın müstəqil dövlətçilik tarixində mühüm hadisə olan “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulmasının ikinci ili tamam olur. 2023-cü il aprelin 23-də Həkəri çayı üzərində qurulan bu məntəqə Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinə nəzarət hüququnun bərpasının rəmzidir. Bu tarixi uğur Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin, müdrik diplomatiyasının və Vətən müharibəsindən sonrakı dövrdə apardığı ardıcıl dövlətçilik xəttinin məntiqi nəticəsi idi.

Bu tarixi gün münasibətilə AZƏRTAC Azərbaycanın haqq savaşında qazandığı Zəfərdən sonra dövlət sərhəd nəzarətinin bərpası və suverenliyin təmin olunması istiqamətində atılan qətiyyətli addımlara, həyata keçirilən uzaqgörən siyasətə nəzər salır.

2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunan şanlı Qələbə nəticəsində Azərbaycan 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarını azad etdi. Lakin bölgədə tam sabitliyin və ərazi bütövlüyünün bərpası üçün daha ciddi addımlar atmaq lazım idi. Laçın dəhlizinə nəzarətin bərpa olunması və sərhəd-buraxılış məntəqəsinin yaradılması bu baxımdan əlamətdar hadisə oldu. 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Ermənistanla sərhəddə hüquqi və faktiki nəzarət tam şəkildə Azərbaycan dövlətinin ixtiyarına keçdi.

Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycan öz sərhədlərində tam suveren hüquqlara malik olacaq və bu istiqamətdə heç bir güzəştə gedilməyəcək. Dövlətimizin başçısının iradəsi və prinsipial mövqeyi nəticəsində ölkəmizin beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyü təmin olundu.

Azərbaycan Prezidenti İlham Əliyev müharibə vaxtı və ondan sonrakı dövrdə dəfələrlə bəyan etmişdi ki, ölkəmiz beynəlxalq hüququn tələblərinə uyğun şəkildə bütün sərhədlərinə nəzarət edəcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Ermənistan tərəfindən vaxtilə işğal olunmuş torpaqlar məhz bu uzaqgörən və prinsipial siyasət nəticəsində azad edildikdən sonra sərhəd məsələlərinin hüquqi və faktiki həlli istiqamətində ciddi addımlar atıldı.

Bir sözlə, “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması Prezident İlham Əliyevin siyasi iradəsinin, qətiyyətli addımlarının və diplomatik məharətinin bariz nümunəsidir. Dövlətimizin başçısı regionda sabitliyin və təhlükəsizliyin təmin olunması, Azərbaycanın suveren hüquqlarının tam bərpası üçün bütün zəruri addımları atıb və bu gün bu siyasətin uğurlu nəticələri özünü aydın şəkildə göstərir.


Strateji məntəqənin önəmi


“Laçın” sərhəd-buraxılış məntəqəsi təkcə sərhəd-keçid məntəqəsi deyil, həm də regionda sabitliyin və təhlükəsizliyin təminatçısıdır. Bu məntəqənin fəaliyyəti əhalinin təhlükəsizliyinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, məntəqənin yaradılması Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi və sülh prosesində əhəmiyyətli mərhələ sayılır.

Qeyd etmək lazımdır ki, 2023-cü il sentyabrın 19-20-də şanlı Azərbaycan Ordusunun həyata keçirdiyi birgünlük antiterror tədbirləri ölkəmizin suverenliyinin tam bərpası ilə nəticələndi. Qeyri-qanuni silahlı dəstələr tərk-silah edildi, ərazilərimizdə konstitusiya quruluşu bərqərar olundu. Bu möhtəşəm Qələbənin təməlində isə 2023-cü il aprelin 23-də yaradılan “Laçın” sərhəd-buraxılış məntəqəsi dayanırdı. Məhz bu strateji məntəqə Azərbaycanın sərhəd nəzarətini tam bərpa etməsinə və sonrakı antiterror tədbirlərinin sürətli, qətiyyətli və minimal itkilərlə həyata keçirilməsinə zəmin yaratdı. Dövlət suverenliyinin bərpası yolunda bu addım tarixə qızıl hərflərlə həkk olundu.

Həmçinin bu addım Azərbaycan-Ermənistan münasibətlərində yeni dövrün başlanğıcı kimi dəyərləndirilə bilər. Çünki sərhədlərin qarşılıqlı tanınması və sülh müqaviləsinin imzalanması üçün real zəmin məhz bu hadisədən sonra formalaşıb.


Azərbaycanın beynəlxalq müstəvidə möhkəmlənən mövqeyi


Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda sülh və əməkdaşlıq təşəbbüslərinin müəllifi kimi çıxış edir. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması isə Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirib. Müharibədən sonrakı dövrdə həyata keçirilən diplomatik təşəbbüslər, nəqliyyat-kommunikasiya layihələri və sərhəd təhlükəsizliyi tədbirləri nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi mövqeyini daha da möhkəmləndirib.

Bu gün Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub və ölkə öz sərhədləri üzərində suveren hüquqlarını uğurla həyata keçirir. Bu uğurun arxasında isə Prezident İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti, xalqına və dövlətinə olan sədaqəti dayanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!