28 May 2025 09:25
951
İQTİSADİYYAT
A- A+
"Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək" layihəsi çərçivəsində monitorinq və icmalarla görüşlər keçirilir

"Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək" layihəsi çərçivəsində monitorinq və icmalarla görüşlər keçirilir


"AzerGold" QSC-nin təşəbbüsü, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) dəstəyi ilə "Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək layihəsi" çərçivəsində ərazilərə baxış, monitorinq və yerli icmalarla görüşlərin keçirilməsinə başlanılıb.

23-24 may tarixlərində AXA-nın mütəxəssisləri və "AzerGold" QSC-nin əməkdaşları Göygöl rayonunun Tülallar və Zurnabad kəndlərində olublar. 

Monitorinqlər zamanı AXA-nın Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən heyvanlarda aparılmış profilaktik peyvəndləmə tədbirləri yoxlanılıb, həmçinin mövcud heyvanların kliniki müayinəsi həyata keçirilib. Mövsümi xəstəliklərin aşkarlanması məqsədilə qan nümunələri götürülərək, laborator analizə göndərilib, həmçinin heyvan saxlanılan ərazilərdə dezinfeksiya işləri aparılıb.

Eyni zamanda Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin əməkdaşları tərəfindən ev təsərrüfatlarında fitosanitar monitorinq həyata keçirilib. Zərərli orqanizmlərin təsiri altında olan bitkilər müayinə olunub, meyvə və tərəvəz nümunələri götürülərək, laboratoriyada analizə göndərilib.

Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin mütəxəssisləri isə əkin sahələri və örüş-otlaq yerlərindən torpaq və su nümunələri götürərək, mərkəzi laboratoriyaya təqdim ediblər.

Bundan əlavə, Aqrar Təlim Mərkəzi tərəfindən yerli sakinlər arasında sorğular aparılıb. Sorğular vasitəsilə əhalinin kənd təsərrüfatı fəaliyyəti, məşğul olduqları sahələr, məhsuldarlıq göstəriciləri, satış imkanları və sosial-iqtisadi vəziyyətləri araşdırılıb, təlim ehtiyacları müəyyən edilib.

Qeyd edək ki, layihə çərçivəsində monitorinq və yerli icmalarla görüşlər Daşkəsən rayonunun Çovdar, Çaykənd, Quşçu ("Şadax" adlanan ərazisi daxil olmaqla), Bayan kəndlərində də keçiriləcək. Aparılmış monitorinqlərin nəticələri geniş təhlil olunduqdan sonra ailə-kəndli və fermer təsərrüfatlarının inkişafına dəstək məqsədilə tədbirlər planı hazırlanacaq. Bu çərçivədə əhaliyə təlimlərin təşkili, peşəkar məsləhət və informasiya xidmətlərinin göstərilməsi nəzərdə tutulub. 

Xatırladaq ki, layihənin əsas məqsədi "AzerGold" QSC-nin fəaliyyət göstərdiyi regionlarda kəndli-fermer təsərrüfatlarının daha da inkişaf etdirməsinə dəstək olmaq, əhalinin məşğulluğu, sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasına əlavə töhfələr verməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!