D. Ulyanova: Parisdəki hədəfimiz mükafat qazanmaqdır
Honkonqdakı turnirə yolun başlanğıcı deməzdim. Bu, çox illər əvvəl, ilk turnirimizdə Macarıstanda mübarizə aparanda olub. İdman.biz saytı xəbər verir ki, bunu basketbolun 3x3 növü üzrə Azərbaycan millisinin oyunçusu Dina Ulyanova deyib.
Honkonqda keçirilən Olimpiya Təsnifat Turnirində Paris-2024-ə lisenziya qazanan millimizin basketbolçusu Heydər Əliyev Beynəlxalq hava limanında yığmanın qarşılanma mərasimində əldə olunan uğur barədə fikirlərini açıqlayıb: “Elə idmançı yoxdur ki, Olimpiya Oyunlarını xəyal etməsin. Ola bilər ki, hər səhər “sabah Olimpiadaya gedəcəm" fikri ilə oyanmırsan. Amma öz üzərində çalışırsan, komanda ilə birgə işləyirsən. Lakin bu fikir həmişə başında olur. 10 il əvvəl də, indi də belədir. Həmişə bunu arzulamışam, düşünmüşəm, can atmışam”.
Dina komandamızın mübarizliyini vurğulayıb: “Yarımfinaldan sonra emosiyalarımı saxlaya bilmirdim. Həmişə inanırdım. Lakin hər görüş gərgin keçirdi. Daim konsentrasiyalı olmaq lazım idi. Bizi ən əzmkar komanda adlandırırdılar. Çünki bəzən elə olurdu ki, artıq hər şey mümkünsüz görünür, 0:5 hesabı ilə uduzuruq və necə toparlanacağımız sual doğurur. Amma biz konsentrasiya ola bilirdik və matçdan qalib ayrılırdıq. Finaldan, Aleksandra Mollenhauerin qələbə atışından sonra tamamilə 100 faiz hiss etdik ki, biz Olimpiya Oyunlarına gedirik”.
Ulyanova Parisdəki hədəfi də açıqlayıb: “Parisdə dünyanın ən güclü 8 komandası oynayacaq. Bir saniyə də arxayınlaşmaq olmaz. İndi ola bilər ki, Honkonqda qalib olmağımızı hiss edib, dərk etməliyik. Sonra isə bizi çox iş gözləyir. Dünyanın ən güclü komandaları olacaq. Sakitləşmək olmaz. Hamı fəxri kürsü üçün mübarizə aparacaq. Biz də mükafat qazanmağı heç kimdən az istəmirik. Parisdəki hədəfimiz mükafat qazanmaqdır”.
Basketbolçu uğurun əsas mənbəyini də açıqlayıb: “Nə ilə isə məşğul olmaq və uğura inanmamaq olmaz. İnam uğurun əsas mənbəyidir. Öz işinə inanmalı və sevməlisən”.
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mask Olimpiadanın açılış mərasimini xristianlara qarşı hörmətsizlik adlandırıb
27 Iyul
Viktor Orban: Avropa sülh siyasətini qəbul etməlidir
27 Iyul
Olimpiadada jurnalistləri daşıyan avtobus qəzaya düşüb
27 Iyul
AKAF-ın baş katibi: Parisdə yaxşı nəticə göstərəcəyimizə inanıram
27 Iyul
Paris-2024-də ilk medalçılar bəlli olub
27 Iyul
Paris-2024: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırıb
27 Iyul
Rəssam dronun ilk əsəri nümayiş olunub
27 Iyul
Yeni buz forması kəşf edilib
27 Iyul
Yeni axtarış sistemi işə salınır
27 Iyul
Parlament seçkilər ilə əlaqədar 6 milyon 516 min 567 seçki bülleteni çap ediləcək
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!