24 Noyabr 2024 08:20
105
SİYASƏT
A- A+
COP29 və "yaşıl enerji" ixracı

COP29 və "yaşıl enerji" ixracı


Qlobal iqlim sessiyası Azərbaycanın bu sahədə də öndə olduğunu təsdiqlədi


Azərbaycan bərpaolunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmaq planının mühüm tərkib hissəsidir. 

Ölkəmiz 2030-cu ilə qədər elektrik enerjisində bərpaolunan enerjinin qoyuluş gücü üzrə payını 30 faizə çatdırmaq və "yaşıl enerji" sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Azərbaycan bu sahədə nümunəvi ölkə kimi 1,5°C hədəfinə uyğun olaraq növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində öz hədəflərini yeniləyəcək.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının  29-cu Sessiyası çərçivəsində Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin pavilyonunda Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədinin təqdimatı baş tutdu. Hidrogen üzrə Milli Strateji Baxış sənədi COP29 prezidentliyi tərəfindən elan edilmiş Hidrogen Bəyannaməsinə və ölkəmiz tərəfindən həyata keçirilən "yaşıl enerji" dəhlizləri konsepsiyasına uyğun olaraq hidrogendən istifadə ilə bağlı gələcək planlarını özündə əks etdirir. Hidrogen üzrə Milli Baxış sənədində bütün əsas istiqamətlər, o cümlədən ətraf-mühit, nəqliyyatda və neft-kimya sənayesində, həmçinin dekarbonizasiyası çətin olan sahələrdə (sement, polad və s.) istifadəsi kimi məsələlər nəzərə alınmış və iqlim dəyişikliyinə mübarizə sahəsində hazırlanmış sənədlərə, 3-cü Milli Səviyyədə Müəyyən edilmiş Töhfələr sənədi ilə uyğunluq təşkil edir.

Strateji Baxış sənədinin ilkin hədəf dövründə (2030-cu ilə doğru) bərpaolunan enerji potensialından istifadənin genişləndirilməsinə üstünlük verilməsi, daha kiçik miqyaslı hidrogenəsaslı məhsulların istehsalı üzrə layihələrinin dəstəklənməsi, Azərbaycanda karbonun saxlanması texnologiyalarının təkmilləşdirilməsi, "yaşıl enerji" dəhlizi konsepsiyasının daha da inkişafı üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi əks olunmuşdur. Növbəti dövrdə (2050-ci ilə doğru) bərpaolunan enerji resurslarından və karbon tutulması, saxlanması və istifadəsi (CCUS) texnologiyasından istifadə etməklə qlobal hidrogen iqtisadiyyatında aparıcı mövqe tutmaq, Avropa və Asiya arasında beynəlxalq ticarəti təmin etmək üçün "yaşıl enerji" dəhlizi yaratmaq, nəqliyyatda və neft-kimya sənayesində bazar payını ələ keçirməyə diqqət yetirərək aşağı karbonlu yanacaq və məhsulların istehsalına üstünlük verilməsi kimi istiqamətləri özündə əks etdirir.

Sənədə əsasən, "yaşıl hidrogen"in istehsalı ilə əlaqədar verilən proqnoz 3 ssenariyə (balanslaşdırılmış, sürətləndirilmiş və ambisiyalı) əsaslanır. Hər ssenari üzrə "yaşıl hidrogen"dən ölkədaxili istifadə və ixrac üçün istiqamətlər, eləcə də tələb olunan bərpaolunan enerji gücünə dair qiymətləndirmələr aparılıb. 2050-ci ilə qədər "yaşıl hidrogen"in istehsalı üzrə balanslaşdırılmış və sürətləndirilmiş ssenarilərə uyğun olaraq 9 QVt və 18 QVt həcmində bərpaolunan enerji qoyuluş gücü tələb edilir. 2060-cı ilə proqnozlaşdırılan ambisiyalı ssenaridə isə 30 QVt həcmində bərpaolunan enerji həcmlərinin quraşdırılması hədəflənmişdir. Bu məqsədlə bərpaolunan enerji mənbələrinin quraşdırılmış gücü ilə bağlı hazırda araşdırmalar aparılır. Həmin  hədəflərə nail olmaq üçün dənizdə külək enerjisindən istifadə ilə yanaşı, hibrid şəkildə quruda külək və günəş enerjisindən də istifadə olunması mümkündür. Əlavə olaraq bu istiqamətdə aparılmış araşdırmalara əsasən, dənizdə külək enerjisinin iqtisadi potensialı 38 QVt-a qədər qiymətləndirilmişdir ki, bu da Strateji Baxış sənədi ilə tam uyğunluq təşkil edir.

Hidrogen istehsalı ilə əlaqədar Masdar, Fortescue Future Industries (FFI) şirkətləri arasında çərçivə sənədləri, həmçinin SOCAR və ADNOC arasında hidrogen, karbonun idarə edilməsi və geotermal texnologiyalardan istifadə üzrə strateji əməkdaşlığa dair müqavilə, eləcə də  SOCAR and "ACWA Power" şirkəti arasında "yaşıl gübrə"lərin istehsalına dair əməkdaşlıq haqqında müqavilə sənədləri  imzalanmışdır. Əlavə olaraq ölkəmizdən keçməklə "yaşıl dəhliz"lər (Xəzər dənizi - Qara dəniz - Avropa "Yaşıl Enerji" Dəhlizi, Mərkəzi Asiya - Azərbaycan Enerji Dəhlizi) vasitəsilə hidrogenin ixracı istiqamətində də layihələrin icrası üzrə araşdırmalar davam edir.

COP29 çərçivəsində Energetika Nazirliyi və Beynəlxalq Bərpaolunan Enerji Agentliyi (IRENA) ilə birgə həyata keçirilən Mərkəzi Asiyada Enerji Keçidi üzrə İnvestisiya Forumunun proqramına uyğun olaraq, Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin təşkilatçılığı ilə "Mərkəzi Asiya regionu üçün Layihələrin Maliyyələşdirilməsi Alətləri" mövzusunda interaktiv təlim sessiyası  da keçirilmişdir. Tədbirin məqsədi layihə təkliflərin hazırlanması ilə əlaqədar fəaliyyət göstərən yerli şirkətlərin bacarıqların artırılması, bu istiqamətdə IRENA tərəfindən yaradılmış "ETAF" (Enerji Keçidinin Sürətləndirilməsi üzrə Maliyyələşdirmə Platforması) və "CIP" (İqlim İnvestisiya Platforması) platformaların imkanlarından istifadə edilməsi və nəticədə kiçik və orta miqyaslı "yaşıl layihə"lərə investisiyaların cəlb olunması idi. Tədbir zamanı platformalara təqdim edilməsi planlaşdırılan layihələrin cavab verməli olduğu tələblər, qiymətləndirmə qaydaları, həmçinin platformaya investorlar qismində cəlb edilmiş beynəlxalq maliyyə institutları, risklərin azaldılması həllərinə dair məlumatlar da təqdim edildi. Tədbirdə SOCAR Green, Azerbaijan Green Energy Company, Baltech, Azərbaycan Sənaye Korporasiyası, Energazer, Provitaz və digər yerli şirkət və qurumların nümayəndələri iştirak etmişlər.

COP29 çərçivəsində həmçinin "Bərpaolunan enerjiyə investisiya: Davamlı gələcəyə aparan yollar" mövzusunda tədbir keçirilmişdir. Azərbaycan "Yaşıl Enerji" şirkətinin nümayəndəsi Xəyalə Nağıyevanın moderatorluğu ilə keçirilən tədbirdə Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova, "Masdar Azerbaijan" şirkətinin direktoru Murad Sadıqov, "Baltech Green" LLC şirkətinin rəhbəri Volkan Gerdan və ABŞ-dən qonaq "Lyten" şirkətinin nümayəndəsi Laslo Horvath çıxış etmişlər. Dövlət Agentliyinin rəsmisi  çıxışında COP29 prezidentliyi tərəfindən irəli sürülən "yaşıl enerji"nin inkişafına dair 3 təşəbbüs barədə (Hidrogen Bəyannaməsi, "Yaşıl enerji" zonaları və dəhlizlər, Qlobal enerji saxlanc sistemi və şəbəkələr) məlumat vermiş, Azərbaycanda "yaşıl enerji"nin ixracı və bunu təmin edəcək infrastruktur layihələri haqqında danışmışdır.

Energetika Nazirliyi və Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) birgə təşkilatçılığı ilə keçirilən "Bərpaolunan Enerji Qoyuluş Gücünün 2030-cu ilə qədər 3 dəfə artırılması: Mərkəzi Asiya regionunda bərpaolunan enerji üzrə fəaliyyətin sürətləndirilməsi" adlı tədbirdə isə iştirakçılara Azərbaycanda bərpaolunan enerji potensialı, həyata keçirilən layihələr və həmin layihələrin enerji sisteminə inteqrasiyası ilə əlaqədar görülən işlər, həmçinin enerji saxlanc sistemləri, Mərkəzi Asiya regionunda elektrik enerji sistemlərinin birləşdirilməsinə dair imzalanan müqavilələr barədə ətraflı məlumat verilmişdir. Müzakirələrdə UNESCAP, Dünya Bankı, UNECE, Koreya Enerji Agentliyinin, Qazaxıstanın Bərpaolunan Enerji üzrə Maliyyə Mərkəzinin nümayəndələri iştirak etmişlər.


Elşən  QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın COP29 zəfəri

09:36
24 Noyabr

"The New York Times" Naftalan nefti ilə bağlı məqalə dərc edib

09:30
24 Noyabr

Obyekt sahiblərinə xəbərdarlıq edilmişdir

09:25
24 Noyabr

"Su təminatında olan çətinliklər aradan qaldırılmışdır"

09:20
24 Noyabr

Problem həll olunmuşdur

09:15
24 Noyabr

Ərazinin qorunmasının təmin edilməsi üçün yerli icra orqanına müraciət ünvanlanmışdır

09:10
24 Noyabr

"Payız-qış aylarında yolsuzluq üzündən kəndimizə gedib-gəlmək olmur"

09:05
24 Noyabr

"Pensiyamızı almaq üçün Sumqayıt və ya Xızıya getməli oluruq"

09:00
24 Noyabr

Şəhərimizin küçələri asfaltlaşdırılır

08:55
24 Noyabr

Belə ola həmişə

08:50
24 Noyabr

"Şəhid övladımın xatirəsi həmişə əziz tutulur"

08:45
24 Noyabr

İgidliyi ilə seçilən Vətən oğlu

08:40
24 Noyabr

Kəlbəcər təntənəsi

08:35
24 Noyabr

Bakının daxilində "kiçik şəhərcik": COP29 məkanı sanki "Nuhun gəmisi"nə bənzəyirdi...

08:30
24 Noyabr

Bakı gələcək üçün qlobal dünya gündəmini yaradıb

08:25
24 Noyabr

COP29 və "yaşıl enerji" ixracı

08:20
24 Noyabr

COP29 nümunəvi təşkilatçılıqla, əhəmiyyətli müzakirələrlə yadda qaldı

08:15
24 Noyabr

COP29 energetiklər üçün də səmərəli oldu

08:10
24 Noyabr

COP29 Azərbaycanın beynəlxalq miqyasda daha bir uğuru oldu

08:05
24 Noyabr

COP-ların Azərbaycan zirvəsi

08:00
24 Noyabr

COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib

05:49
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!