24 Noyabr 2024 08:15
107
SİYASƏT
A- A+
COP29 nümunəvi təşkilatçılıqla, əhəmiyyətli müzakirələrlə yadda qaldı

COP29 nümunəvi təşkilatçılıqla, əhəmiyyətli müzakirələrlə yadda qaldı


Bakıda iki həftə ərzində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bütün dünya üçün vacib məsələlərin müzakirələri və verilən qərarlarla əhəmiyyətli oldu. Bu mötəbər beynəlxalq tədbirə ilk dəfə evsahibliyi edən Azərbaycanın yüksək təşkilatçılığı nəticəsində COP29 sədrliyinin Fəaliyyət Gündəliyi uğurla reallaşdı. 

COP29-a evsahibliyi ölkəmizə beynəlxalq səviyyədə göstərilən etimadın, inamın nümunəsi idi. Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin bildirdiyi kimi, ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a evsahibliyi etmək şərəfi verildi: "Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük". 

Ölkəmiz həm yerləşdiyi məkan, həm gündən-günə yüksələn nüfuzu, həm də bütün sahələrdə həyata keçirdiyi əhəmiyyətli fəaliyyəti ilə diqqət mərkəzindədir. Dövlətimizin başçısı Liderlər Sammitində çıxışında qeyd etdi ki, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil: "Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib".

Dünyanın ən böyük və mötəbər iqlim tədbirinin Liderlər Sammitində çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş bütün dövlət nümayəndələrinə müraciət edərək diqqətə çatdırdı ki, artıq itirməyə vaxtımız qalmayıb: "İnsanlar, dövlətlər iqlim dəyişmələrinə qarşı mübarizə üçün vəsait ayırmalıdırlar. Əks halda bu, bəşəriyyətə baha başa gələcək. İqlim maliyyələşməsi xeyirxah əməl deyil, bu, bir investisiyadır. Bu, ixtiyari məsələ deyil, məcburi məsələdir. Hər ikisi əvəzolunmaz tədbirdir, bunlar bəşəriyyətin gələcəyi və firavanlığı üçün lazımdır".

Noyabrın 11-də başlayan, dünyanın 196 ölkəsindən 80 prezident, vitse-prezident və baş nazirin iştirak etdiyi, ümumilikdə 72 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi, geniş auditoriyanın bir araya gəlməsinə şərait yaradan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində təsdiq edilmiş Fəaliyyət Gündəliyi əsasında  dünyanın ən aktual iqlim problemləri, eləcə də unudulmuş prioritetləri gündəmə gətirildi. Müxtəlif panellər üzrə iqlim sahəsində dünyanı gözləyən təhlükələr, qlobal problemlər, onların qarşısının alınması yolları, "yaşıl enerji"yə keçid və digər mühüm məsələlər müzakirə olundu. 

İqlim sahəsində COP29 sədrliyinin bütün əsas istiqamətlər üzrə irəliləmək səylərini əks etdirən Fəaliyyət Gündəliyi çox zəngin oldu. Enerji, maliyyə, kənd təsərrüfatı, şəhərlər, insan inkişafı, həmçinin iqlim və sülhün qarşılıqlı əlaqəsi kimi bir sıra əsas prioritetləri əhatə etdi.

COP29-un gündəlik tematik proqramı əsasında noyabrın 14-də Maliyyə, İnvestisiya və Ticarət Günü, noyabrın 15-də Enerji, Sülh, Yardım və Bərpa Günü, noyabrın 16-da Elm, Texnologiya və İnnovasiya Rəqəmsallaşma Günü, noyabrın 17-si COP29-da istirahət günü oldu.

Noyabrın 18-də İnsan kapitalı, Uşaqlar və Gənclər, Sağlamlıq, Təhsil Günü, 19-da Qida, Kənd təsərrüfatı və Su Günü, 20-də Urbanizasiya, Nəqliyyat, Turizm günü, 21-də Təbiət və Biomüxtəliflik, Yerli xalqlar, Gender Bərabərliyi, Okeanlar və Sahil Zonaları Günü keçirildi.

Noyabrın 22-də "yaşıl zona"da "Gələcəyin qurulması: Azərbaycanda və Dünyada COP29-un irsi" mövzusunda panel müzakirəsi oldu. Konfransın uzunmüddətli təsiri və COP29 irsinin formalaşmasına həsr edilən tədbir COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un "yaşıl zona"dakı tekstil tərəfdaşı "GILTEX" şirkətinin birgə təşkilatçılığı ilə baş tutdu. On bir gün davam edən konfransın yekununda keçirilən bu müzakirə COP29-un yerli və qlobal səviyyədə dayanıqlı inkişaf və iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində qoyduğu mirası diqqət mərkəzinə çəkdi.

Panel müzakirəsində Azərbaycanın COP29-a evsahibliyi etməsinin dayanıqlı inkişaf üzərindəki uzunmüddətli təsirləri önə çəkildi. İştirakçılar Azərbaycanın bu qlobal əhəmiyyətli tədbirə evsahibliyini, "yaşıl keçid"i sürətləndirməsi, qlobal tərəfdaşlıqları gücləndirmək və iqlimə dayanıqlılığı artırmaq məqsədilə öz rolunu necə istifadə etməsi məsələlərini müzakirə edərək, ölkəmizin iqlim liderliyi sahəsində uzunmüddətli və davamlı bir miras yaratması üçün mövcud olan imkanlar barədə fikir mübadiləsi apardılar. 

"Gələcəyin qurulması: Azərbaycanda və Dünyada COP29-un irsi" mövzusunda panel müzakirəsində korporativ ESG (Ekoloji, Sosial və Korporativ İdarəetmə) sahəsində irəliləyişlər, bərpaolunan enerji və innovasiyalara investisiyanın qoyulması, dayanıqlı, eyni zamanda aşağı karbonlu gələcək qurmağa yönəlmiş siyasət dəyişikliklərinə də toxunuldu.

Qeyd edək ki, COP29 çərçivəsində təşkil olunan bütün panel müzakirələr fikir mübadilələri, səmərəli təkliflərlə əhəmiyyətli oldu. 

Noyabrın 22-də Azərbaycanın COP29 sədrliyi Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yekunlarına dair bəyanat yaydı. Bəyanatda COP29 sədrliyinin il ərzində inkişaf etməkdə olan tərəf ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq ədalətli və ambisiyalı yeni iqlim maliyyəsi məqsədini reallaşdırmağa çalışdığı qeyd olundu. Bildirildi ki, tərəflərin göstəricilərinin ilk təzahürü olaraq Yeni Kollektiv Kəmiyyət Məqsədi ilə bağlı qərarda tərəflərin hamısına 2035-ci ilə qədər bütün dövlət və özəl mənbələrdən iqlimlə bağlı fəaliyyət üçün inkişaf etməkdə olan ölkələrə maliyyələşdirməni ildə ən azı 1,3 trilyon ABŞ dollarına çatdırmaq üçün birlikdə işləməyə dəvət yer alıb.

Bu qərar özündə eyni zamanda inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək 250 milyard ABŞ dollarına çatdırılması məqsədini ehtiva edir. "Biz bir neçə həll olunmamış, lakin vacib məsələ ilə bağlı yekun düzəlişləri kollektiv şəkildə razılaşdırmaq üçün tərəflərlə birgə işləməyə davam edəcəyik.

Biz mümkün daha yüksək ambisiyalı nəticəni əldə etmək üçün inklüziv və şəffaf şəkildə işləməyə davam edəcəyik", - deyə bəyanatda bildirildi.

Beləliklə, COP29 başa çatdı. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası əhəmiyyətli müzakirələrlə, məqsədyönlü təkliflərlə, verilən qlobal miqyaslı qərarlarla səmərəli oldu.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın COP29 zəfəri

09:36
24 Noyabr

"The New York Times" Naftalan nefti ilə bağlı məqalə dərc edib

09:30
24 Noyabr

Obyekt sahiblərinə xəbərdarlıq edilmişdir

09:25
24 Noyabr

"Su təminatında olan çətinliklər aradan qaldırılmışdır"

09:20
24 Noyabr

Problem həll olunmuşdur

09:15
24 Noyabr

Ərazinin qorunmasının təmin edilməsi üçün yerli icra orqanına müraciət ünvanlanmışdır

09:10
24 Noyabr

"Payız-qış aylarında yolsuzluq üzündən kəndimizə gedib-gəlmək olmur"

09:05
24 Noyabr

"Pensiyamızı almaq üçün Sumqayıt və ya Xızıya getməli oluruq"

09:00
24 Noyabr

Şəhərimizin küçələri asfaltlaşdırılır

08:55
24 Noyabr

Belə ola həmişə

08:50
24 Noyabr

"Şəhid övladımın xatirəsi həmişə əziz tutulur"

08:45
24 Noyabr

İgidliyi ilə seçilən Vətən oğlu

08:40
24 Noyabr

Kəlbəcər təntənəsi

08:35
24 Noyabr

Bakının daxilində "kiçik şəhərcik": COP29 məkanı sanki "Nuhun gəmisi"nə bənzəyirdi...

08:30
24 Noyabr

Bakı gələcək üçün qlobal dünya gündəmini yaradıb

08:25
24 Noyabr

COP29 və "yaşıl enerji" ixracı

08:20
24 Noyabr

COP29 nümunəvi təşkilatçılıqla, əhəmiyyətli müzakirələrlə yadda qaldı

08:15
24 Noyabr

COP29 energetiklər üçün də səmərəli oldu

08:10
24 Noyabr

COP29 Azərbaycanın beynəlxalq miqyasda daha bir uğuru oldu

08:05
24 Noyabr

COP-ların Azərbaycan zirvəsi

08:00
24 Noyabr

COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib

05:49
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!