24 Noyabr 2024 08:25
97
SİYASƏT
A- A+
Bakı gələcək üçün qlobal dünya gündəmini yaradıb

Bakı gələcək üçün qlobal dünya gündəmini yaradıb


Azərbaycan müstəqil siyasət yürüdə bilən, öz maraqlarını açıq şəkildə bəyan edən ölkədir


Bakıda postsovet məkanında indiyə qədər təşkil edilmiş ən böyük beynəlxalq sammit - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP29 - BMT Baş Assambleyasından sonra dünya liderlərinin ikinci ən böyük illik toplantısı başa çatıb. Lakin yekun sənədlə bağlı işlər davam etdirilir.  

Qafqaz üzrə ekspertlər bu hadisənin Azərbaycanın beynəlxalq aləmdə mövqeyinə necə təsir edəcəyi və artıq təsir göstərdiyi barədə "Vestnik Kavkaza" portalına danışıblar.

İqtisad elmləri doktoru, professor, Sankt-Peterburq Dövlət Universitetinin "Diplomatiya" magistr proqramının rəhbəri, "Valday" Beynəlxalq Diskussiya Klubunun üzvü Stanislav Tkaçenko iki həftə ərzində Azərbaycanın dünyanın tam diqqət mərkəzində olduğunu vurğulayıb: "Dünya liderləri Azərbaycanın ev sahibi kimi planlaşdırdığı çox aktual gündəliyə dair mühüm məsələləri müzakirə etmək üçün Bakıya gəliblər və burada iki dünyagörüşü toqquşub: inkişaf etmiş ölkələrin iqlim dəyişikliyi ilə mübarizəyə baxışı və inkişaf etməkdə olan ölkələrin baxışı. Belə vəziyyətdə  Azərbaycan öz dialoqlarında effektiv orta xətt tutmağı bacarıb. Ümid edirəm ki, COP29-da irəli sürülən iqlim gündəliyinə ədalətli yanaşmaya doğru hərəkət davam edəcək".

Politoloqun dediyinə görə, Rusiya Azərbaycanın konfransda sədrliyinə və COP29-un təşkilinə çox yüksək qiymət verir. İnkişafın iqtisadiyyatı, dördüncü enerji keçidinin ona təsiri və ətraf mühitlə bağlı hər şeyin müzakirəsi artıq inkişaf etməkdə olan ölkələrin xeyrinə resursların yenidən bölüşdürülməsi üçün effektiv modellər hazırlamağa yönəlməlidir. Azərbaycan bu mövqeyi açıq şəkildə ifadə edə bildi: zəngin dövlətlər iqlim dəyişikliyi ilə mübarizədə yoxsullara kömək etməlidirlər.

COP29 zamanı Azərbaycan özünü yaxşı təşkilatlanmış, gənc və dinamik bir dövlət kimi göstərib, sanki Bakı son 20 ildə şəhər infrastrukturunu yeniləyib, sahillər və göydələnlər tikib, əla hotel sənayesi yaradaraq belə bir mötəbər tədbir keçirməyə hazırlaşırmış. Bu günlərdə  Azərbaycan özünü çox müasir dövlət və Cənubi Qafqazda şəksiz lider kimi göstərdi.

Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Naumov Bakının yeniliklərinə diqqət çəkib: "Əvvəllər iqlim konfransları kifayət qədər standart ssenari üzrə keçirilirdi: inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə düzgün mübarizə aparmağı və onların bununla bağlı nə etməli olduqlarını öyrədirdilər. Konfransın ev sahibi ölkəsi Azərbaycan isə özünü qeyri-adi və kifayət qədər cəsarətli apardı: Prezident İlham Əliyev Fransa və Niderlandın ünvanına  açıq müstəmləkəçilik ittihamları səsləndirdi və onun çıxışı  təkcə COP29-a gəlməkdən imtina edən müstəmləkəçilərin özlərini deyil, həm də Qlobal Cənub ölkələrini heyran qoydu. Yəni  dünya isteblişmenti deyilən şeyə uyğunlaşmadığı, öz qaydalarını diktə etdiyi zaman Azərbaycan müstəqil siyasət yeritməyə əsaslı şəkildə sadiqdir, o cümlədən beynəlxalq forumlarda".

COP29-da gördüyümüz  ikinci yenilik - dünyanın çirklənməsinin və qlobal istiləşmənin benefisiarlarından, yəni inkişaf etmiş ölkələrdən 1,3 trilyon dollar tələb etməyə qərar verən Qlobal Cənub ölkələrinin birləşməsi. İqlim problemlərini həll etmək üçün bu, dünya nizamının əsaslarını dəyişdirən tamamilə yeni bir hekayədir.  İndi dünyanın əksər ölkələri olan Qlobal Cənubun yüksəlişini görürük. Onlar artıq qlobal azlıq ölkələrinin qaydaları ilə oynamaq istəmirlər, əksinə, öz iradələrini diktə etmək və öz gündəmlərinə uyğun işləmək niyyətindədirlər.

Ekspert hesab edir ki, bunun Azərbaycanda baş verməsi təsadüfi deyil: "Biz Qoşulmama Hərəkatının inkişafında Bakının sədrliyinin nə qədər mühüm rol oynadığını xatırlayırıq. Azərbaycan bu gün fövqəldövlət ölkələrlə potensial fərqinə baxmayaraq, müstəqil siyasət yeridə bilən, öz maraqlarını açıq şəkildə bəyan edən ölkə nümunəsidir. İndi biz başa düşürük ki, zaman keçdikcə Qoşulmama Hərəkatı dünya miqyasında getdikcə daha əhəmiyyətli rol oynayacaq".

Rusiyalı  siyasi analitik, Xəzər Strateji Araşdırmalar İnstitutunun  baş direktoru, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko COP29-un Bakıda keçirilməsini Azərbaycanın beynəlxalq aləmdə yüksək statusunun və nüfuzunun təsdiqi adlandırıb: "COP29 bir daha hamıya göstərdi ki, Azərbaycan bu gün qlobal miqyasda tendensiyaları müəyyən edən ölkələr sırasındadır. Təşkilati nöqteyi-nəzərdən, COP29 qüsursuz həyata keçirilib və bu tip iqlim forumları üçün bir model təqdim edilib. Bakı əvvəllər mötəbər beynəlxalq sammitlərə əla evsahibliyi etməklə məşhur idi, lakin COP29 zamanı o, əslində dünyanın paytaxtı oldu. Konfrans təsdiq etdi ki, Azərbaycanın nüfuzu bu gün hamı - respublikanın həm düşmənləri, həm də dostları tərəfindən tanınır".

İ. Korotçenkonun fikrincə, Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti bütövlükdə artır.  Azərbaycan bu gün dünyanın qabaqcıl ölkələri sırasındadır və bu, heç kimin etiraz edə və təkzib edə bilməyəcəyi faktdır. Azərbaycan qlobal gündəmi formalaşdırır. Bakının COP29-da qaldırdığı çox həssas məsələ iqlimin maliyyələşdirilməsidir. Qlobal istiləşmə proseslərinə əhəmiyyətli dərəcədə təsir edən ölkələr birgə məsuliyyət daşımaq istəmir və iqlim dəyişikliyinə ən həssas olan kiçik ada dövlətlərinə kömək etməkdən yayınır. COP29-da Azərbaycanın irəli sürdüyü ideyalar müzakirə olunmuş, məqsədəuyğun və düzgün hesab edilmişdir.   Bu günlərdə Bakıda qəbul edilən qərarlar sivilizasiyamızın üzləşdiyi ən aktual təhlükələrin dəf edilməsi nöqteyi-nəzərindən qarşıdakı onilliklərdə ən mühüm qlobal proseslərin gedişatını müəyyən edəcək.

Bu, Azərbaycan rəhbərliyinin analitik, strateji məqsədqoyma səviyyəsini göstərir. Axı konkret praktiki məzmun daşıyan qlobal təşəbbüsləri formalaşdırmaq üçün onları ətraflı şəkildə işləyib hazırlamaq, hesablamaq və razılaşdırmaq lazımdır. Azərbaycan çox böyük işlər görüb. 

Həmçinin Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun bərpası timsalında "yaşıl texnologiya"lara, bərpaolunan mənbələrdən enerji istehsalına - külək və su generasiyası, günəş enerjisindən istifadəyə verdiyi önəmi göstərdi.

COP29-da Azərbaycan nəinki diqqətlə hazırlanmış təşəbbüslər təklif etdi, həm də nə edilməli olduğunu göstərdi.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın COP29 zəfəri

09:36
24 Noyabr

"The New York Times" Naftalan nefti ilə bağlı məqalə dərc edib

09:30
24 Noyabr

Obyekt sahiblərinə xəbərdarlıq edilmişdir

09:25
24 Noyabr

"Su təminatında olan çətinliklər aradan qaldırılmışdır"

09:20
24 Noyabr

Problem həll olunmuşdur

09:15
24 Noyabr

Ərazinin qorunmasının təmin edilməsi üçün yerli icra orqanına müraciət ünvanlanmışdır

09:10
24 Noyabr

"Payız-qış aylarında yolsuzluq üzündən kəndimizə gedib-gəlmək olmur"

09:05
24 Noyabr

"Pensiyamızı almaq üçün Sumqayıt və ya Xızıya getməli oluruq"

09:00
24 Noyabr

Şəhərimizin küçələri asfaltlaşdırılır

08:55
24 Noyabr

Belə ola həmişə

08:50
24 Noyabr

"Şəhid övladımın xatirəsi həmişə əziz tutulur"

08:45
24 Noyabr

İgidliyi ilə seçilən Vətən oğlu

08:40
24 Noyabr

Kəlbəcər təntənəsi

08:35
24 Noyabr

Bakının daxilində "kiçik şəhərcik": COP29 məkanı sanki "Nuhun gəmisi"nə bənzəyirdi...

08:30
24 Noyabr

Bakı gələcək üçün qlobal dünya gündəmini yaradıb

08:25
24 Noyabr

COP29 və "yaşıl enerji" ixracı

08:20
24 Noyabr

COP29 nümunəvi təşkilatçılıqla, əhəmiyyətli müzakirələrlə yadda qaldı

08:15
24 Noyabr

COP29 energetiklər üçün də səmərəli oldu

08:10
24 Noyabr

COP29 Azərbaycanın beynəlxalq miqyasda daha bir uğuru oldu

08:05
24 Noyabr

COP-ların Azərbaycan zirvəsi

08:00
24 Noyabr

COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib

05:49
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!