23 May 2025 20:16
1174
İQTİSADİYYAT
A- A+
“Cinayət yolu ilə əldə edilmiş ƏL/TMM-də nəzarət orqanlarının rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib  

“Cinayət yolu ilə əldə edilmiş ƏL/TMM-də nəzarət orqanlarının rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib  

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə ölkəmizin müvafiq qurumlarının, habelə xarici ölkələrin (İsrail, Pakistan, Latviya) audit və mühasibatlıq qurumlarının rəhbərləri və ƏL/TMM üzrə mütəxəssislərinin iştirakı ilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda beynəlxalq elmi-praktik konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Auditorlar Palatasının sədri Vahid Novruzov, Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə, iqtisadiyyat nazirinin müavini Anar Axundov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, İsrailin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Corc Dik, Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun (ICAP) prezidenti Saif Ullah və İsrailin Sertifikatlı İctimai Mühasiblər İnstitutunun (ICPAI) prezidenti Çen Şrayber tədbirin əhəmiyyətindən bəhs ediblər və konfransın işinə uğurlar arzulayıblar.

Konfransda, həmçinin Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun (ICAP) prezidenti Saif Ullah “ƏL/TM-ə qarşı mübarizədə Pakistan təcrübəsi”, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “ƏL/TMM sahəsində Vergi Xidməti və əlaqəli qurumların rolu”, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri Ziyad Səmədzadə “Real sektorda sağlam rəqabət mühitinin yaradılması kölgə iqtisadiyyatının azaldılması, çirkli pulların yuyulmasına qarşı mübarizənin strateji amili kimi”, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov “Təhsilin fərdiləşdirilməsi və dəyərlərin prioritetləşdirilməsi - mübarizənin uğur modeli”, Türkiyənin Sertifikatlı Mühasiblər Palataları Birliyinin (TÜRMOB) Beynəlxalq əlaqələr departamentinin rəhbəri Seher Gündoğdu “Türkiyədə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində təlim, məlumatlandırma və əməkdaşlıq istiqamətlərində TÜRMOB-un fəaliyyətinin səmərəliliyi”, İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutunun (ICPAI) İdarə Heyətinin üzvü, İqtisadi Cinayətlərə və Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Komitəsinin sədri Simon Yaniv “İsraildə çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunvericiliyin prinsipləri”, Mərkəzi Bankın baş direktoru Fuad İsayev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikası Mərkəzi Bankının rolu”, Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov “Müşahidə olunmayan iqtisadiyyatın statistik qiymətləndirilməsi”, İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutunun (ICPAI) Direktorlar Şurasının üzvü, Blokçeyn və Kriptovalyutalar üzrə Komitəsinin sədri Roi Katz “Çirkli pulların yuyulmasına qarşı mübarizədə mövcud bank qaydaları”, Maliyyə Monitorinqi Xidmətinin Nəzarət və hüquq-mühafizə orqanları ilə iş departamentinin direktoru Nurlan Babayev “ƏL/TMM üzrə risk əsaslı nəzarət konsepsiyası”, Hesablama Palatasının Dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsinin müdiri Azim Abbasov “Dövlət vəsaitinin mənimsənilməsinə qarşı mübarizədə Hesablama Palatasının rolu”, Latviyanın Sertifikatlı Auditorlar Assosiasiyasının (LZRA) üzvü, ƏL/TMM üzrə mütəxəssis Kiril Kondratovs “Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə və sanksiyalarda andlı auditorların rolu”, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Tural Vəlibəyov “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması cinayətlərinin istintaqı zamanı maliyyə təhlili məlumatlarından istifadə edilməsi təcrübəsinin genişləndirilməsi, bu məlumatlara olan ehtiyacların təhlil edilməsi və mütərəqqi çağırışlara yönələn tədbirlərin həyata keçirilməsi üçün təkliflər”, İsrailin Enerji infrastrukturu üzrə şirkətinin icraçı direktorunun müavini və maliyyə rəhbəri Eli Zuker “Böyük korporasiyalarda maliyyə rəhbərləri üçün ƏL/TMM üzrə qanunvericiliyin təsirləri”, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Audit şöbəsinin müdiri Ramil Əliyev “Çirkli pulların yuyulmasına qarşı mübarizədə etik davranış və institusional məsuliyyət: Həmkarlar İttifaqlarının rolu”, Auditorlar Palatasının Auditin hüquqi tənzimlənməsi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə idarəsinin rəisi Elnur İbrahimov “Azərbaycan Respublikası Auditorlar Palatasının nəzarət orqanı kimi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə iştirakı”, Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov “Auditorların peşə etik tələbləri və ƏL/TMM qanunvericiliyi”, Auditorlar Palatasının Şurası yanında ƏL/TMM üzrə komitənin sədri, “VXA Audit” MMC-nin direktoru Elçin Qurbanov “ƏL/TMM fəlsəfəsi və bu barədə ictimai şüurun formalaşdırılması”, Auditorlar Palatasının üzvü, “SR Audit Solutions” MMC-nin direktoru Səftər Vəlizadə “ƏL/TM-ə qarşı mübarizədə müstəqil auditin potensial imkanları”, Auditorlar Palatasının üzvü, sərbəst auditor Şamxal Kərimov “ƏL/TMM-də Süni İntellektin tətbiqi və onun kadr təminatı” mövzusunda məruzələrlə çıxış ediblər.

Konfransın yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, habelə təqdim edilən materialların toplu şəklində nəşr etdirilməsi və tövsiyələrin hazırlanması qərara alınıb.

Konfransın ikinci günü mayın 24-də Azərbaycan Dövlət İqtisad Universitetində İsrail, Pakistan, Latviya ölkələrinin mütəxəssislərinin iştirakı ilə ƏL/TMM sahəsində Auditorlar Palatasının üzvlərinə, Maliyyə Monitorinqi Xidmətinin əməkdaşlarına və Azərbaycan Dövlət İqtisad Universitetinin müəllim-tələbə heyətinə seminarın keçirilməsi nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır  

22:51
17 Oktyabr

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb  

21:34
17 Oktyabr

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib  

21:13
17 Oktyabr

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

19:58
17 Oktyabr

Hörmüz boğazında daha bir tanker minaya düşüb  

18:13
17 Oktyabr

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub  

17:58
17 Oktyabr

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

16:48
17 Oktyabr

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub  

16:03
17 Oktyabr

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub

15:41
17 Oktyabr

Füzuli Şəhəri Günündə ustad dərsləri  

15:01
17 Oktyabr

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar 

14:36
17 Oktyabr

Bazar gününün hava proqnozu açıqlanıb

14:26
17 Oktyabr

17 oktyabr – Füzuli şəhəri günü: zəfərdən böyük qayıdışa uzanan tarixi yol

14:10
17 Oktyabr

Füzulinin işğaldan azad edilməsi ilə düşmənin müdafiə xətti tamamilə dağıdıldı   

14:07
17 Oktyabr

Füzuli şəhəri yenidən qurulur və doğma sakinlərinə qovuşur

14:04
17 Oktyabr

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım 

13:47
17 Oktyabr

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb  

12:38
17 Oktyabr

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb  

12:33
17 Oktyabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib  

12:28
17 Oktyabr

Qaradağ rayonunda Müstəqilliyin Bərpası Günü və Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasının ildönümü ilə əlaqədar tədbir keçirilib

12:27
17 Oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib  

11:56
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!