17 İyul 2026 17:52
666
SİYASƏT
A- A+
Ceyhun Bayramov: Azərbaycanla Ermənistan arasında sülh de-fakto mövcuddur

Ceyhun Bayramov: Azərbaycanla Ermənistan arasında sülh de-fakto mövcuddur

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh de-fakto artıq mövcuddur və sülh prosesinin qalan mərhələlərinin başa çatdırılması Cənubi Qafqazda uzunmüddətli sabitliyi və rifahı təmin edəcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan xarici işlər naziri bu açıqlamanı Moskvada aparılan danışıqlardan sonra Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında verib.

C. Bayramovun sözlərinə görə, 44 günlük Vətən müharibəsi Cənubi Qafqazda beynəlxalq hüquq, ərazi bütövlüyü və tarixi ədalət prinsiplərinə əsaslanan yeni təhlükəsizlik arxitekturası yaradıb.

Nazir qeyd edib ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesində əldə edilən son nailiyyətlər, o cümlədən sülh sazişi layihəsinin razılaşdırılması regionda möhkəm sülhün, təhlükəsizliyin və davamlı inkişafın bərqərar olması üçün unikal fürsət yaradır.

O vurğulayıb: “Əminliklə demək olar ki, bu gün Ermənistanla Azərbaycan arasında sülh de-fakto mövcuddur”.

Nazir bildirib ki, danışıqlar zamanı azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri, keçmiş məcburi köçkünlərin geri qayıtması və Bakı ilə İrəvan arasında normallaşma prosesinin hazırkı vəziyyəti barədə Rusiya tərəfini məlumatlandırıb.

Azərbaycan xarici işlər naziri qeyd edib ki, etimad quruculuğu tədbirləri də daxil olmaqla, Bakının ardıcıl sülh təşəbbüsləri sülh prosesinin irəliləməsinə əhəmiyyətli töhfə verib. O bildirib ki, qalan məsələlərin yerinə yetirilməsi regionda uzunmüddətli sülhün, sabitliyin və etimad atmosferinin formalaşması üçün zəruri şərait yaradacaq.

Beynəlxalq gündəliyə toxunan Ceyhun Bayramov bildirib ki, tərəflər Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər. O, diplomatik dialoqun və beynəlxalq hüquqa ciddi riayət edilməsinin humanitar vəziyyətin daha da gərginləşməsinin və pisləşməsinin qarşısını almağın yeganə yolu olduğunu vurğulayıb.

Rusiya-Ukrayna münaqişəsinə gəldikdə, nazir qeyd edib ki, Azərbaycan insan tələfatına səbəb olan və regionun sabitliyinə mənfi təsir göstərən hərbi əməliyyatlardan dərin narahatlığını ifadə etməkdə davam edir. O, Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə dəyişməz sadiqliyini bir daha təsdiqləyib, gərginliyin azaldılmasına və sülh yolu ilə nizamlanmaya nail olmağa çağırıb.

Danışıqların yekunlarına dair fikirlərini ifadə edən Ceyhun Bayramov Moskvada aparılan müzakirələrin konstruktiv keçdiyinə, onların Azərbaycan-Rusiya münasibətlərində müsbət gündəliyin daha da inkişafına, həmçinin regional və beynəlxalq məsələlər üzrə qarşılıqlı fəaliyyətə töhfə verəcəyinə əminliyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistan səfiri: Yaxın zamanda Azərbaycanla enerji sektorunda əməkdaşlığın inkişafı ilə bağlı xoş xəbərlər eşidəcəyik  

13:59
26 Avqust

Sabahın hava proqnozu açıqlanıb

13:58
26 Avqust

Türkiyədə Malazgirt Zəfərinin 955-ci ildönümü qeyd edilir

13:49
26 Avqust

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni geoiqtisadi məkan formalaşdırır RƏY  

13:48
26 Avqust

Ötən ay nağdsız ödənişlərin həcmi 9,7 milyard manata çatıb

13:36
26 Avqust

Azərbaycan qida sənayesini Düşənbədə tanıtdı

12:59
26 Avqust

Azərbaycan-Gürcüstan sərhədində nəqliyyat vasitələrinin sıxlığı aradan qaldırılıb

12:55
26 Avqust

Köhnə xalçaların yeni həyatı: Laçında fərqli sərgi

12:46
26 Avqust

Banklar ilin 7 ayında 858,7 milyon manat xalis mənfəət əldə edib

12:44
26 Avqust

Çempionlar Liqası: “Sabah” təsnifat mərhəsinin ən intizamlı komandası olub

12:40
26 Avqust

Ölkədaxili nağdsız əməliyyatların həcmi 14 faizədək artıb

12:37
26 Avqust

Bankların cəmi aktivləri artıb

12:36
26 Avqust

Türkiyədə zəlzələlər baş verib

12:29
26 Avqust

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

12:23
26 Avqust

Dünya mətbuatı “Sabah”ın möhtəşəm geridönüşündən yazır: “Unudulmaz futbol dramı”

12:22
26 Avqust

İslamabad xəstəxanasında baş verən yanğın nəticəsində körpələr ölüb

12:20
26 Avqust

“Sabah” Çempionlar Liqasının tarixinə düşüb

12:18
26 Avqust

AİB sərhəd-keçid məntəqələrinin modernləşdirilməsinə 400 milyon dollar ayıra bilər

12:07
26 Avqust

Xəzərdə “Dədə Qorqud” izi 

12:06
26 Avqust

Gəncədə ixtisaslaşdırılmış əmək yarmarkası keçirilib

11:53
26 Avqust

“Mərkəzi Azəri” platformasının profilaktik işlər proqramı uğurla başa çatıb

11:51
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!