07 Oktyabr 2026 17:39
218
SİYASƏT
A- A+
Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir  

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir  


Oktyabrın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində “Avaza” Milli Turizm Zonasında keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasdakı çıxışında C.Bayramov artan qlobal gərginlik fonunda beynəlxalq hüququn fundamental norma və prinsiplərinə riayət olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini, qarşılıqlı hörmət və maraqlar əsasında ölkələrarası əməkdaşlığın regional sabitlik, təhlükəsizlik və dayanıqlı inkişaf üçün mühüm amil olduğunu vurğulayıb.

Çıxışda, həmçinin MDB-nin yaranmasının 35 illiyi və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun 20 illiyi qeyd edilərək, Birliyin bərabərhüquqlu dialoq və çoxtərəfli əməkdaşlıq platforması kimi rolu vurğulanıb. Humanitar əməkdaşlığın gündəlikdəki mühüm yerindən bəhs edən nazir 2027-2028-ci illər üzrə iki yüzdən çox tədbiri özündə cəmləşdirən Prioritet Tədbirlər Planının önəmini diqqətə çatdırıb. Eyni zamanda, Azərbaycanda keçirilmiş III MDB Oyunları və Laçın şəhərində “2025-ci il MDB-nin Mədəniyyət paytaxtı” çərçivəsində həyata keçirilən tədbirlərin Birlik məkanında mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa mühüm töhfə verdiyi qeyd olunub.

Azərbaycanın MDB dövlətləri ilə iqtisadi-ticari və nəqliyyat sahələrində qarşılıqlı fəaliyyətin inkişafına böyük əhəmiyyət verdiyi bildirilib. Ticarət dövriyyəsinin müsbət dinamikası, eləcə də ölkəmizin əlverişli coğrafi mövqeyi və infrastruktura yatırılan irimiqyaslı sərmayələr nəticəsində Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin, liman və dəmir yolu infrastrukturunun ardıcıl şəkildə inkişaf etdirildiyi diqqətə çatdırılıb. Bu addımların regionun tranzit və iqtisadi potensialının tam reallaşdırılmasına kömək edəcəyi qeyd olunub.

Sonda nazir Ceyhun Bayramov Azərbaycanın bütün MDB dövlətləri ilə mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiq qaldığını bir daha təsdiqləyib.

Tədbir çərçivəsində, həmçinin bir sıra qarşılıqlı maraq doğuran çoxtərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, dövlət və hökumət başçıları tərəfindən qəbul ediləcək bir sıra qərar layihələri nəzərdən keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

20:01
07 Oktyabr

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb 

19:41
07 Oktyabr

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

19:37
07 Oktyabr

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır  

19:31
07 Oktyabr

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb  

19:23
07 Oktyabr

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib  

19:13
07 Oktyabr

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

19:07
07 Oktyabr

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb  

19:01
07 Oktyabr

Payızda dəriyə necə qulluq etmək lazımdır?

18:57
07 Oktyabr

Süni intellekt bəşəriyyəti məhv edə bilər  

18:41
07 Oktyabr

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur

18:32
07 Oktyabr

 “Pinterest” süni intellektlə fərdi gözəllik bələdçisi yaradır

18:23
07 Oktyabr

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib  

18:11
07 Oktyabr

Ozon çirklənməsi Amazon meşələrinin CO₂ udma qabiliyyətini azaldıb  

18:04
07 Oktyabr

“Instagram”ın yeni funksiyası araşdırılır

17:57
07 Oktyabr

“Səbail”dən hücuma yeni silah Serbiyadan gəldi

17:47
07 Oktyabr

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir  

17:39
07 Oktyabr

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

17:16
07 Oktyabr

 Google ABŞ-də 11 nüvə reaktorunun modernləşdirilməsinə sərmayə qoyur

17:06
07 Oktyabr

Bratislava ilə Bakı arasında turizm körpüsü

17:03
07 Oktyabr

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

16:55
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!