21 Sentyabr 2026 12:37
435
CƏMİYYƏT
A- A+
Cəlilabadda fövqəladə halların xəbərdarlıq edilməsi mövzusunda müşavirə keçirilib  

Cəlilabadda fövqəladə halların xəbərdarlıq edilməsi mövzusunda müşavirə keçirilib  


Cəlilabad Rayon İcra Hakimiyyətində “Fövqəladə halların xəbərdar edilməsi üzrə profilaktik tədbirlərin görülməsi istiqamətində birgə fəaliyyət” mövzusunda müşavirə keçirilib.

Müşavirəni giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Qalib Xudaverdiyev fövqəladə halların qarşısının alınması istiqamətində qabaqlayıcı və profilaktik tədbirlərin vaxtında həyata keçirilməsinin, mövcud risklərin əvvəlcədən müəyyənləşdirilməsinin və aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, rayon ərazisində təhlükəsizliyin təmin edilməsi, mümkün fövqəladə halların qarşısının alınması və baş verə biləcək hadisələrin nəticələrinin minimuma endirilməsi məqsədilə aidiyyəti qurumların birgə, çevik və əlaqələndirilmiş fəaliyyətinin təmin edilməsi əsas vəzifələrdəndir.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin rəis müavini Mirabbas Rzayev fövqəladə halların xəbərdar edilməsi üzrə profilaktik tədbirlərin görülməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətindən danışıb. Bildirilib ki, təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması, mövcud risklərin minimuma endirilməsi və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməsi zəruridir.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Cənub Regional Tikinti Müfəttişliyinin rəisi vəzifəsini icra edən Teymur Rəhimov rayon ərazisində tikilməkdə olan və istismara verilmiş müxtəlif təyinatlı obyektlərdə texniki təhlükəsizlik qaydalarına, mövcud tikinti norma və standartlarının tələblərinə ciddi riayət olunmasının vacibliyini diqqətə çatdırıb. Çıxışda tikinti işləri zamanı layihə sənədlərinin, tikinti norma və qaydalarının, eləcə də təhlükəsizlik standartlarının tələblərinə əməl olunmasının, istifadə edilən tikinti materiallarının keyfiyyətinə və konstruksiyaların dayanıqlılığına nəzarətin gücləndirilməsinin zəruriliyi qeyd edilib. Həmçinin istismara verilmiş obyektlərin texniki vəziyyətinin mütəmadi olaraq yoxlanılması, aşkar edilmiş nöqsanların vaxtında aradan qaldırılması və insanların həyat və sağlamlığı üçün təhlükə yarada biləcək risklərin qabaqcadan müəyyən edilərək qarşısının alınmasının vacibliyi vurğulanıb.

Digər çıxışçılar tərəfindən rayon ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi, yanğın hadisələrinin qarşısının alınması istiqamətində həyata keçirilən profilaktik tədbirlər, görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verilib.

Müşavirədə, həmçinin rayon ərazisində təhlükəsizlik qaydalarına riayət olunması, ətraf mühit və insan həyatı üçün təhlükə yarada biləcək potensial təhlükəli obyektlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, istismar olunan texniki qurğu və avadanlıqların təhlükəsizliyinin təmin edilməsi, eləcə də mümkün təhlükələrin qarşısının alınması məqsədilə zəruri tədbirlərin görülməsi məsələləri müzakirə olunub.

Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 


Seyran CAVADOV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO  

21:33
15 Oktyabr

Norveç sahillərində dünyanın ən qədim lövbərlərindən biri aşkarlanıb  

20:27
15 Oktyabr

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2

20:03
15 Oktyabr

“Bank of America” 1,2 milyard dollar cərimələnib  

19:26
15 Oktyabr

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib  

19:19
15 Oktyabr

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO  

18:36
15 Oktyabr

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib  

18:29
15 Oktyabr

Yuxusuzluğun gözlənilməz səbəbi 

18:25
15 Oktyabr

Şotlandiyada “Harvinin səddi”nin qalıqları aşkar edilib  

17:45
15 Oktyabr

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb  

17:43
15 Oktyabr

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB  

17:33
15 Oktyabr

Polşada naməlum uçan obyekt tapılıb

17:23
15 Oktyabr

  Çinli aktyorlar dipfeyklər səbəbindən işlərini itirə bilərlər

17:18
15 Oktyabr

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub  

17:06
15 Oktyabr

Qlobal tərəfdaşlığın və dialoqun Bakı Zirvəsi   

16:40
15 Oktyabr

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

16:37
15 Oktyabr

Bitum yanğınlarının söndürülməsində daha effektiv və ekoloji köpük növləri sınaqdan keçirilib  

16:37
15 Oktyabr

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

16:23
15 Oktyabr

Bakı Bəyannaməsi qəbul edilib

16:19
15 Oktyabr

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib  

16:19
15 Oktyabr

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür  

16:18
15 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!