21 Avqust 2026 09:30
290
Mədəniyyət
A- A+
Cəbrayılda uşaqlar və yeniyetmələr üçün yaradıcılıqla bağlı ustad dərsləri təşkil edilib 

Cəbrayılda uşaqlar və yeniyetmələr üçün yaradıcılıqla bağlı ustad dərsləri təşkil edilib 


"Müasir Yaradıcılığa Dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən "Yenidən doğulan torpağın övladları" adlı yaradıcılıq master-klasları layihəsi çərçivəsində Cəbrayıl rayonunun Horovlu kəndində uşaqlar və yeniyetmələr üçün silsilə ustad dərsləri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzurda doğma yurdlarına qayıdan uşaqların asudə vaxtlarının səmərəli və məzmunlu təşkil edilməsi, onların yaradıcılıq potensialının üzə çıxarılması, sosiallaşmasına və sağlam həyat tərzi vərdişlərinin formalaşmasına dəstək göstərilməsidir.

Ustad dərslərinə Cəbrayıl, Horovlu kəndi və ətraf ərazilərdən uşaqlar və yeniyetmələr cəlb olunublar. Layihə çərçivəsində proqram beş əsas istiqaməti - rəsm, ədəbiyyat, teatr, musiqi və sağlam həyat tərzini əhatə edib.

Layihə çərçivəsində rəssam və tədbir təşkilatçısı Nurlana Hacıyevanın iştirakı ilə məktəblilər üçün "Rəsm" ustad dərsi də keçirilib. Dərsin nəzəri hissəsində uşaqlara rəssamlıq sənəti, tanınmış rəssamlar, rəsmçəkmə texnikaları, eləcə də bu sahədə istifadə olunan alət və ləvazimatlar barədə məlumat verilib. Nurlana Hacıyeva təcrübəsini iştirakçılarla bölüşərək, onların rəssamlığa marağının artırılmasına töhfə verib. Praktiki hissədə uşaqlar kətan və kağız üzərində rəsmçəkmə qaydalarını öyrənib, müxtəlif mövzularda yaradıcı işlər hazırlayıblar. İştirakçılar Xarıbülbül, Cəbrayıl rayonunun xəritəsi, natürmort, peyzaj, Pablo Pikassonun "Sülh göyərçini", "Dəmir yumruq", "Azərbaycan bayrağı və əsgəri", eləcə də "Ürək" mövzularında kompozisiyalar çəkib və rəngləyiblər. Bununla yanaşı, uşaqlar müxtəlif dizayn həllərindən istifadə etməklə maraqlı kollajlar da hazırlayıblar.

Rəsm ustad dərsinin əsas məqsədi uşaqların əl bacarıqlarının və bədii təxəyyülünün inkişafına dəstək olmaq, onları peşəkar rəssamların yaradıcılığı ilə yaxından tanış etməkdir.

Uşaqlar üçün "Ədəbiyyat" mövzusunda keçirilən ustad dərsi də iştirakçıların böyük marağı ilə qarşılanıb. Dərsin əvvəlində Bakı şəhərindən canlı bağlantı yaradılıb və onlayn rejimdə Hüseyn Cavidin ev-muzeyi nümayiş etdirilib. Uşaqlara muzeyin otaqları, unikal eksponatları və Hüseyn Cavidin həyat yolu haqqında ətraflı məlumat verilib. Daha sonra iştirakçılara müəyyən vaxt limiti çərçivəsində "Dirçələn yurdum" mövzusunda inşa yazmaq tapşırılıb. Uşaqlar öz əsərlərində arzularını, doğma yurda bağlılıqlarını və səmimi düşüncələrini əks etdiriblər. Dərsin sonunda Hüseyn Cavidin ev-muzeyi tərəfindən uşaqlara çoxsaylı kitablar, not dərslikləri və digər hədiyyələr təqdim olunub.

Layihə çərçivəsində tanınmış beynəlxalq idman jurnalisti, fitnesoloq və "Fitnes nədir" kitabının müəllifi Əkbər Kərimovun iştirakı ilə uşaqlar üçün "Sağlam həyat tərzi" mövzusunda ustad dərsi də təşkil olunub.

Nəzəri və praktiki hissələrdən ibarət olan təlim uşaqların böyük marağına səbəb olub. Təlimin əvvəlində Əkbər Kərimov sağlam həyat tərzinin əsas prinsipləri barədə məlumat verərək təcrübəsini iştirakçılarla bölüşüb. Tədbirin praktiki hissəsində uşaqlara sağlamlıq üçün sadə və faydalı gimnastik təmrinlər öyrədilib, onlarla birlikdə idman məşğələsi keçirilib. Tədbirin sonunda müəllifin "Fitnes nədir" kitabından xüsusi olaraq hazırlanmış "Uşaq fitnesi" mövzusunun çap versiyası uşaqlara təqdim olunub.

Teatr üzrə ustad dərsini Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, Prezident mükafatçısı Ayla Osmanova keçib. Dərs zamanı iştirakçılar Azərbaycan teatrı və milli səhnə obrazları ilə tanış olub, müxtəlif aktyor və səhnə məşqlərində iştirak ediblər. Uşaqlar obraz yaratmaq, səhnədə özünü ifadə etmək və teatr dili ilə bağlı praktiki tapşırıqlar yerinə yetiriblər.

Musiqi üzrə ustad dərsi Avropa Gənclər Olimpiadasının səfiri Tofiq Hacıyevin iştirakı ilə keçirilib. İnteraktiv oyunlar vasitəsilə Azərbaycan musiqisinin zəngin ənənələri və musiqinin insan həyatındakı rolu haqqında məlumat verilib. Tədbir zamanı bir neçə uşaq öz ifasını da təqdim edib.

Layihəyə cəlb olunmuş uşaqlar və yeniyetmələrə fəal iştiraklarına görə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

MİQ üzrə müsahibə tarixləri açıqlanıb

19:23
21 Avqust

Beynəlxalq Enerji Agentliyinin rəhbəri dizel və reaktiv yanacaq böhranı barədə xəbərdarlıq edib  

19:21
21 Avqust

İstirahət forması niyə dəyişir: insanlar asudə vaxtlarını necə keçirirlər?

19:19
21 Avqust

Tokayev qarşıdan gələn Qurultay seçkilərini tarixi hadisə adlandırıb

19:16
21 Avqust

TƏBİB immunizasiya tədbirlərini davam etdirir

19:13
21 Avqust

Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır 

18:58
21 Avqust

Xocavənddə mina partlayıb, 1 nəfər yaralanıb

18:44
21 Avqust

Azərbaycan-Özbəkistan müttəfiqliyi davamlı tərəqqinin ən etibarlı təminatçısıdır

18:39
21 Avqust

“AzInTelecom” MMC kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik "FIRST" təşkilatına üzv qəbul edilib

18:36
21 Avqust

Azərbaycan–Özbəkistan əlaqələri yeni regional düzənin formalaşmasına xidmət edir

18:20
21 Avqust

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyib

18:17
21 Avqust

TRIPP Naxçıvanın iqtisadi xəritəsini necə dəyişəcək?

18:15
21 Avqust

Kənd təsərrüfatı naziri Qobustanda vətəndaşların müraciətlərini dinləyəcək

18:13
21 Avqust

Qırğızıstan Ali Məhkəməsinin sədr müavini: Azərbaycan təcrübəsini ölkəmizdə reallaşdıracağıq 

18:11
21 Avqust

Prezidentin UzA-ya müsahibəsi: Özbəkistanla əlaqələrə dair strateji mesajlar

17:40
21 Avqust

Davam edən mina terroru: Beynəlxalq ictimaiyyət fəlakətin miqyasına biganə qalmamalıdır

17:38
21 Avqust

Dayaz Dunaydan motosiklet və iki alman əsgərinin qalıqları tapılıb

17:27
21 Avqust

Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq genişlənir

17:23
21 Avqust

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb

17:17
21 Avqust

Deputat: Yeni güzəşt mexanizmi qeyri-neft-qaz ixracının artmasına imkan verəcək 

17:15
21 Avqust

Süni intellekt və təhsilin rəqəmsal transformasiyası

17:13
21 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!