21 Avqust 2026 18:39
79
SİYASƏT
A- A+
Azərbaycan-Özbəkistan müttəfiqliyi davamlı tərəqqinin ən etibarlı təminatçısıdır

Azərbaycan-Özbəkistan müttəfiqliyi davamlı tərəqqinin ən etibarlı təminatçısıdır


Daşkəndə dövlət səfəri ərəfəsində Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi geniş müsahibə ölkələrimiz arasında təşəkkül tapmış strateji tərəfdaşlığın institusional, hüquqi və siyasi-geopolitik mahiyyətini hərtərəfli əks etdirən konseptual dövlət sənədi xarakteri daşıyır. Bu tarixi müsahibə iki qardaş ölkə arasında ən yüksək müttəfiqlik səviyyəsinə yüksəlmiş münasibətlərin hazırkı vəziyyətini, tarixi inkişaf dinamikasını və Avrasiya coğrafiyasında yaradılmış yeni geosiyasi reallıqların regional inteqrasiyaya təsirlərini sistemli şəkildə ortaya qoyur.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qəzetimizə açıqlamasında bildirib ki, Sovetlər Birliyi dağıldıqdan sonra Azərbaycan ilə Özbəkistan arasında dövlətlərarası münasibətlərin formalaşma mərhələsi hamar xətt üzrə inkişaf etməmiş, postsovet məkanında müstəqilliyin ilk illərindəki mürəkkəb siyasi şərait və daxili idarəetmə böhranları ikitərəfli əlaqələrə ciddi mənfi təsir göstərmişdi. Xüsusən, 1990-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün xarici siyasətdəki səriştəsizliyi, emosional və institusional mexanizmlərdən uzaq yanaşması Mərkəzi Asiya dövlətləri, o cümlədən Özbəkistan ilə diplomatik əlaqələrin faktiki olaraq sıfırlanmasına və qırılmasına gətirib çıxarmış, siyasi dialoqun olmaması və xarici siyasətdəki xaotik addımlar iki qardaş ölkə arasında təbii inteqrasiya imkanlarını dondurmuşdu.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev bütün sahələrdəki durğunluğa son qoyduğu kimi, Azərbaycanın uğursuz xarici siyasət kursunu da müsbət mənada köklü surətdə dəyişdi. "Ulu Öndərin uzaqgörən diplomatiyası və şəxsi nüfuzu sayəsində Özbəkistanla dayandırılmış dialoq böyük çətinliklərlə bərpa olundu, qarşılıqlı etimad mühiti yenidən formalaşdırıldı. Ulu Öndərin müəyyənləşdirdiyi strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək əlaqələrimiz tam yeni müstəviyə - strateji müttəfiqlik səviyyəsinə yüksəldildi. Bu çərçivədə heç şübhəsiz ki, mütəmadi qarşılıqlı səfərlər və imzalanmış beynəlxalq-hüquqi sənədlər ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələsinin bazisini təşkil edir. Bu xüsusda, BMT Nizamnaməsinin suveren bərabərlik, ərazi bütövlüyü və suverenliyə hörmət prinsiplərinə tam uyğun şəkildə imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə”, daha sonra “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki suveren dövlət arasında qarşılıqlı öhdəlikləri və təhlükəsizlik parametrlərini müəyyən edən təməl fundamental beynəlxalq-hüquqi aktlar kimi qeyd edilə bilər. 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura isə strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrilib", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, iqtisadi müstəvidə nizamnamə kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti və 15 iclası keçirilmiş Hökumətlərarası Komissiya ticarət-iqtisadi əlaqələrin hüquqi bazasını möhkəmləndirir. Ticarət dövriyyəsinin 2025-ci ildə üç dəfədən çox artaraq, 795 milyon dollara çatması, 130-dan çox özbək sərmayəli şirkətin Azərbaycanda fəaliyyət göstərməsi, “Chevrolet” və “Isuzu” markalı avtomobil/avtobus istehsalı, habelə Füzulidə 100 hektarlıq "Dostluq bağı" və Mirzə Uluqbəy adına məktəbin inşası iqtisadi və humanitar inteqrasiyanın əyani göstəricisidir.

B.Məhərrəmov vurğulayıb ki, Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi, xarici diktatı və regional hegemonluğu rədd edən yeni müstəqil dövlətçilik modeli ortaya qoyması Mərkəzi Asiya dövlətləri, o cümlədən Özbəkistan üçün öz suverenliyini möhkəmləndirmək, xarici təzyiqlərdən azad müstəqil xarici siyasət yürütmək və regional güc mərkəzi kimi çıxış etmək istiqamətində tarixi bir şans yaradır: "Prezident İlham Əliyevin uğurlu enerji diplomatiyası və inkişaf etdirilmiş nəqliyyat infrastruktur şəbəkəsi Azərbaycanı Avropa və dünya bazarlarına açılan etibarlı suveren qapıya çevirməsi Mərkəzi Asiyadan Bakıya baxışı köklü surətdə yeniləyib. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə Azərbaycanın tamhüquqlu üzv kimi daxil olması ilə əvvəllər "C5" kimi tanınan platforma faktiki olaraq "C6" strateji formatına çevrilib. Bu format Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarını vahid geoiqtisadi və geosiyasi blokda birləşdirərək Avrasiya məkanında üçüncü dövlətlərin birtərəfli hegemonluq cəhdlərini neytrallaşdırır və Türk dünyasının vahid güc mərkəzinə çevrilməsini sürətləndirir.

Geoiqtisadi baxımdan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və TRACECA layihələri Şərq-Qərb nəqliyyat koridorunun əsas hüquqi və infrastruktur oxunu təşkil edir. TRACECA-nın təməlini təşkil edən 1998-ci il "Avropa-Qafqaz-Asiya Dəhlizinin İnkişafı üzrə Beynəlxalq Nəqliyyat haqqında Əsas Çərçivə Sazişi" tranzit prosedurlarının sadələşdirilməsini və tarif siyasətinin unifikasiyasını hüquqi öhdəlik kimi təsbit edir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRIPP ilə inteqrasiyası, rəqəmsal gömrük rejiminin tətbiqi marşrutun rəqabətqabiliyyətliliyini təmin edir".

Deputat bildirib ki, bununla yanaşı, iki ölkənin yaşıl enerji sahəsindəki strateji tərəfdaşlığı regional geoiqtisadiyyata yeni nəfəs verir. Prezident İlham Əliyevin UzA müsahibəsində də vurğulandığı kimi Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika qurumları tərəfindən Bakıda təsis olunmuş “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin praktiki icrasını təmin edən mühüm institutional platformadır. Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Xəzər dənizinin dibi ilə Azərbaycana, oradan isə Avropaya nəqlini nəzərdə tutan bu layihə regionun qlobal enerji keçidindəki strateji rolunu artırır və tərəflərin tranzit müstəqilliyini daha da möhkəmləndirir. "İkitərəfli və regional inteqrasiyanın ən mühüm siyasi və mənəvi sütunlarından birini təşkil edən Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq xüsusi strateji çəkiyə malikdir. Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası dialoq platforması kimi deyil, Türk dünyasının siyasi, iqtisadi, hərbi və geosiyasi güc mərkəzinə çevrilməsini təmin edən aparıcı platforma kimi dəyərləndirir. Qəbələdə keçirilmiş TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün qərarları, imzalanan bəyannamələr və Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv qəbul edilməsi təşkilat daxilindəki institusional və mənəvi-mədəni inteqrasiyanı tamamlayır. Bakı və Daşkənd TDT, BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində sıx koordinasiya olunmuş fəaliyyətlə beynəlxalq arenada vahid mövqedən çıxış edirlər. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin yeni geosiyasi reallıqlarla zənginləşdirdiyi bu strateji xətt göstərir ki, Azərbaycan-Özbəkistan müttəfiqliyi təkcə iki ölkənin milli maraqlarına xidmət etmir, həm də geniş Avrasiya məkanında sülhün, təhlükəsizliyin, dənizə çıxışı olmayan ölkələr üçün suveren qapıların və davamlı tərəqqinin ən etibarlı təminatçısı kimi çıxış edir", - deyə deputat əlavə edib.


Əsmər QARDAŞXANOVA,

" Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənddə mina partlayıb, 1 nəfər yaralanıb

18:44
21 Avqust

Azərbaycan-Özbəkistan müttəfiqliyi davamlı tərəqqinin ən etibarlı təminatçısıdır

18:39
21 Avqust

“AzInTelecom” MMC kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik "FIRST" təşkilatına üzv qəbul edilib

18:36
21 Avqust

Azərbaycan–Özbəkistan əlaqələri yeni regional düzənin formalaşmasına xidmət edir

18:20
21 Avqust

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyib

18:17
21 Avqust

TRIPP Naxçıvanın iqtisadi xəritəsini necə dəyişəcək?

18:15
21 Avqust

Kənd təsərrüfatı naziri Qobustanda vətəndaşların müraciətlərini dinləyəcək

18:13
21 Avqust

Qırğızıstan Ali Məhkəməsinin sədr müavini: Azərbaycan təcrübəsini ölkəmizdə reallaşdıracağıq 

18:11
21 Avqust

Prezidentin UzA-ya müsahibəsi: Özbəkistanla əlaqələrə dair strateji mesajlar

17:40
21 Avqust

Davam edən mina terroru: Beynəlxalq ictimaiyyət fəlakətin miqyasına biganə qalmamalıdır

17:38
21 Avqust

Dayaz Dunaydan motosiklet və iki alman əsgərinin qalıqları tapılıb

17:27
21 Avqust

Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq genişlənir

17:23
21 Avqust

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb

17:17
21 Avqust

Deputat: Yeni güzəşt mexanizmi qeyri-neft-qaz ixracının artmasına imkan verəcək 

17:15
21 Avqust

Süni intellekt və təhsilin rəqəmsal transformasiyası

17:13
21 Avqust

Gürcüstanın dəniz limanları ikinci rübdə 4700 sərnişinə xidmət göstərib

17:11
21 Avqust

Azərbaycan terrorun acı nəticələri ilə üzləşmiş ölkədir

17:05
21 Avqust

Der SPİEGEL: “Berlin "Rus Evi"nə qarşı sanksiyalar tətbiq etməyi müzakirə edir”

16:43
21 Avqust

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş poçt markası təqdim edilib

16:40
21 Avqust

Zaur Qardaşov: TRIPP Azərbaycan sahibkarları üçün yeni biznes modeli təklif edir

16:36
21 Avqust

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi üzrə işçi görüş olub

16:29
21 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!