21 Avqust 2026 18:15
116
SİYASƏT
A- A+
TRIPP Naxçıvanın iqtisadi xəritəsini necə dəyişəcək?

TRIPP Naxçıvanın iqtisadi xəritəsini necə dəyişəcək?


Naxçıvanın geosiyasi və geoiqtisadi əhəmiyyətinin son illərdə sürətlə artması regionda formalaşan yeni reallıqlardan irəli gəlir. Uzun illər Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsinin olmaması Naxçıvanın iqtisadi və nəqliyyat imkanlarını məhdudlaşdırırdı. Bu vəziyyət, şübhəsiz ki, onun coğrafi mövqeyinin yaratdığı üstünlüklərdən tam istifadə etməyə imkan vermirdi. Bu gün isə Naxçıvanın yerləşdiyi coğrafiya yeni imkanların mənbəyi kimi nəzərdən keçirilir və Naxçıvan Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin kəsişdiyi məkana çevrilmək perspektivi qazanır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının bərpası da bu prosesin mühüm tərkib hissəsidir. Bu baxımdan, TRIPP-in əhəmiyyətini Azərbaycanla Naxçıvan arasında avtomobil və dəmir yolları əlaqəsinin bərpası ilə məhdudlaşdırmaq doğru olmaz. Layihənin əhəmiyyəti onun regional nəqliyyat sistemində yaradacağı yeni bağlantılarla müəyyən olunur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Deputat bildirib ki, Orta Dəhlizin əsas üstünlüklərindən biri onun müxtəlif marşrutları vahid logistika sistemində birləşdirmək imkanındadır:”Xəzər üzərindən Azərbaycana daxil olan yük axınlarının müxtəlif istiqamətlərə yönəldilməsi həmin sistemin çevikliyini artırır. Naxçıvan istiqamətində bağlantının formalaşması isə bu şəbəkəyə yeni coğrafi xətt əlavə edir. Burada Azərbaycanın mövqeyi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Şərqlə Qərb arasında nəqliyyat əlaqələrinin inkişafında öz coğrafi mövqeyindən istifadə edən dövlət olmaqla yanaşı, müxtəlif dəhlizlərin bir-biri ilə əlaqələndirilməsində də əsas iştirakçılardan birinə çevrilib. Naxçıvanın bu sistemə qoşulması Azərbaycanın nəqliyyat xəritəsində yeni imkanlar yaradır. Məsələnin başqa bir tərəfi də marşrutların etibarlılığı ilə bağlıdır. Müasir dünyada təchizat zəncirlərinin dayanıqlılığı mühüm məsələyə çevrilib. Yükün bir istiqamətdən digərinə yönəldilməsi, alternativ bağlantıların mövcudluğu və müxtəlif nəqliyyat vasitələrinin vahid sistemdə işləməsi iqtisadi təhlükəsizliyin mühüm elementlərindən sayılır. Naxçıvanın Azərbaycan ərazisinin əsas hissəsi ilə bağlantısının yaradılması bu baxımdan Orta Dəhlizin imkanlarını genişləndirən amillərdən biri kimi qiymətləndirilə bilər. Burada söhbət ayrıca bir marşrutdan daha çox, bir-birini tamamlayan nəqliyyat xətlərinin formalaşmasından gedir”,- deyə o qeyd edib.

Elçin Mirzəbəylinin fikrincə, Naxçıvan dəmir yolunun yükdaşıma imkanlarının əhəmiyyətli dərəcədə artırılması da məsələnin miqyasını göstərir: “Şübhəsiz ki, nəqliyyat bağlantısının bərpasının Naxçıvana təsiri, regionun tranzit imkanlarının yaranması ilə ölçülməyəcək. Əsas məsələ nəqliyyat axınlarının ətrafında hansı iqtisadi fəaliyyətin formalaşacağıdır. Naxçıvanın qarşısında yaranan imkanların mühüm tərəfi də ondan ibarətdir ki, yük burada, sadəcə, ərazidən keçib getməyəcək, nəqliyyatın yaratdığı iqtisadi dövriyyə digər sahələrə də təsir göstərəcək. Logistika, ticarət, sənaye, kənd təsərrüfatı, xidmət və turizm sahələrinin inkişafı bir-biri ilə əlaqəli proseslərdir. Nəqliyyat bağlantısının genişlənməsi məhsulun bazara çıxışını asanlaşdırır, istehsal üçün yeni imkanlar yaradır, sahibkarlıq fəaliyyətinin coğrafiyasını genişləndirir. Naxçıvanın enerji təhlükəsizliyi məsələsinin həlli ilə bağlı həyata keçirilən layihələr regionun iqtisadi potensialının genişlənməsi üçün mühüm baza yaradır. Bərpaolunan enerji mənbələrindən istifadə imkanlarının artması isə Naxçıvanın gələcəkdə enerji istehsalçısı və ixracatçısı kimi mövqeyini gücləndirə bilər. Beləliklə, nəqliyyat və enerji məsələləri bir-birindən ayrı proseslər deyil. Onlar Naxçıvanın iqtisadi potensialının açılması üçün vahid sistemin müxtəlif elementləridir. Tranzit coğrafiyası ilə iqtisadi qovşaq arasında ciddi fərq var. Birincidə yük hərəkət edir, ikincidə isə həmin hərəkət iqtisadi dəyər yaradır. Naxçıvanın qarşısında yaranan yeni reallıq və Prezident İlham Əliyevin bəzi istiqamətlərini açıqladığı strateji “yol xəritəsi” məhz ikinci istiqamətə keçidi şərtləndirir”,- deyə o bildirib.

Deputat qeyd edib ki, uzun müddət Naxçıvanın Azərbaycanın əsas ərazisindən coğrafi ayrılığı onun imkanlarını məhdudlaşdıran amil kimi qəbul olunurdu. Bu gün isə həmin coğrafi mövqe yeni nəqliyyat əlaqələri fonunda üstünlüyə çevrilir. “Azərbaycan–Naxçıvan bağlantısının bərpası, Türkiyə və İran istiqamətlərində nəqliyyat imkanlarının genişlənməsi Naxçıvanı daha böyük regional sistemin tərkib hissəsinə çevirir. TRIPP-in əhəmiyyəti də burada üzə çıxır. Bu layihə Azərbaycan ərazisinin əsas hissəsi ilə Naxçıvan arasında fiziki əlaqəni təmin etməklə yanaşı, daha geniş nəqliyyat şəbəkəsinin formalaşmasına xidmət edir. Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində yaranan imkanları onun geoiqtisadi çəkisini artırır. Nəqliyyatın yaratdığı imkanlar sənaye, enerji, ticarət və turizm sahələrində yeni iqtisadi dövriyyə formalaşdırır. Nəticədə Naxçıvanın rolu tranzit coğrafiyası çərçivəsindən kənara çıxaraq regional iqtisadi qovşaq səviyyəsinə yüksəlir. Naxçıvanın Azərbaycanla fiziki bağlantısının bərpası yalnız bir ərazinin ölkənin iqtisadi və nəqliyyat sisteminə daha sıx inteqrasiyası deyil, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub istiqamətlərindəki mövqeyinin daha da güclənməsi deməkdir”,- deyə Elçin Mirzəbəyli diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənddə mina partlayıb, 1 nəfər yaralanıb

18:44
21 Avqust

Azərbaycan-Özbəkistan müttəfiqliyi davamlı tərəqqinin ən etibarlı təminatçısıdır

18:39
21 Avqust

“AzInTelecom” MMC kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik "FIRST" təşkilatına üzv qəbul edilib

18:36
21 Avqust

Azərbaycan–Özbəkistan əlaqələri yeni regional düzənin formalaşmasına xidmət edir

18:20
21 Avqust

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyib

18:17
21 Avqust

TRIPP Naxçıvanın iqtisadi xəritəsini necə dəyişəcək?

18:15
21 Avqust

Kənd təsərrüfatı naziri Qobustanda vətəndaşların müraciətlərini dinləyəcək

18:13
21 Avqust

Qırğızıstan Ali Məhkəməsinin sədr müavini: Azərbaycan təcrübəsini ölkəmizdə reallaşdıracağıq 

18:11
21 Avqust

Prezidentin UzA-ya müsahibəsi: Özbəkistanla əlaqələrə dair strateji mesajlar

17:40
21 Avqust

Davam edən mina terroru: Beynəlxalq ictimaiyyət fəlakətin miqyasına biganə qalmamalıdır

17:38
21 Avqust

Dayaz Dunaydan motosiklet və iki alman əsgərinin qalıqları tapılıb

17:27
21 Avqust

Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq genişlənir

17:23
21 Avqust

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb

17:17
21 Avqust

Deputat: Yeni güzəşt mexanizmi qeyri-neft-qaz ixracının artmasına imkan verəcək 

17:15
21 Avqust

Süni intellekt və təhsilin rəqəmsal transformasiyası

17:13
21 Avqust

Gürcüstanın dəniz limanları ikinci rübdə 4700 sərnişinə xidmət göstərib

17:11
21 Avqust

Azərbaycan terrorun acı nəticələri ilə üzləşmiş ölkədir

17:05
21 Avqust

Der SPİEGEL: “Berlin "Rus Evi"nə qarşı sanksiyalar tətbiq etməyi müzakirə edir”

16:43
21 Avqust

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş poçt markası təqdim edilib

16:40
21 Avqust

Zaur Qardaşov: TRIPP Azərbaycan sahibkarları üçün yeni biznes modeli təklif edir

16:36
21 Avqust

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi üzrə işçi görüş olub

16:29
21 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!