15 May 2024 12:36
2118
Mədəniyyət
A- A+

“CawaMedia” agentliyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblından yazıb  

 

İsveçin “CawaMedia” agentliyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına həsr olunmuş məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli tərəfindən 1938-ci ildə yaradılan ansambla müxtəlif illərdə Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Telman Hacıyev və Ramiz Mirişli kimi tanınmış bəstəkarların rəhbərlik etdikləri vurğulanır. Sonralar dövlət ansamblına Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun adı verilib.

Məqalədə, həmçinin ansamblın xoreoqrafiya kollektivinin yetişdirdiyi Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova və digər adlı-sanlı rəqs ustadlarından söhbət açılır.

Müəllif ansamblın ifa etdiyi və Azərbaycanın zəngin musiqi mədəniyyətinin ən gözəl nümunələrini təcəssüm etdirən milli rəqslərlə, mahnılarla və xor əsərləri ilə yaxından tanış olmaq üçün oxuculara Bakıda ansamblın konsertində olmağı tövsiyə edir.

Baş ofisi Stokholmda yerləşən “CawaMedia” agentliyi milli media nümayəndələrini birləşdirir və bütün dünyada kütləvi informasiya vasitələri və tanınmış fotojurnalistlər ilə fəal əməkdaşlıq edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video