18 Sentyabr 2024 12:10
1591
Mədəniyyət
A- A+
Cavid İmamverdiyev: Azərbaycanda musiqi mədəniyyəti həmişə yüksək səviyyədə olub

Cavid İmamverdiyev: Azərbaycanda musiqi mədəniyyəti həmişə yüksək səviyyədə olub

Hər il sentyabrın 18-də Azərbaycanda Milli Musiqi Günü qeyd olunur. Bu bayram müasir peşəkar musiqi sənətimizin banisi Üzeyir Hacıbəylinin doğum günündə keçirilir. Əlamətdar gün münasibətilə Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Festivalı da açılır.

Bu əlamətdar gündə AZƏRTAC-ın müxbiri ölkəmizin mədəniyyət və incəsənət xadimləri, musiqiçilərlə söhbət edib.

Cavid İmamverdiyev – Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru:

-Hesab edirəm ki, Azərbaycanda musiqi mədəniyyəti həmişə yüksək səviyyədə olub. Ölkəmizdə musiqi həmişə çox yaxşı inkişaf edib və proses bu gün də davam edir. Azərbaycanlılar musiqini çox sevirlər, bu, bizim həyatımızın ayrılmaz hissəsidir. Çox şadam ki, gənclərimiz həm klassik Azərbaycan musiqisini, həm də dünya klassiklərinin əsərlərini dinləyirlər. Peşəkar musiqiyə gəlincə, bu gün bizim gözəl bəstəkarlarımız var: Eldar Mansurov, Cavanşir Quliyev, Faiq Sücəddinov, Elçin İmanov və bir çox başqaları. Caz musiqisi də inkişaf edir - Salman Qəmbərov, Emil Əfrasiyab kimi cazmenlərimiz və bir çox başqa istedadlı musiqiçilərimiz var, etnocaz yaxşı təmsil olunur. Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” qrupu var. Sərxan Sərxan həm bəstəkar, həm də müğənni-ifaçı kimi aktiv fəaliyyətini davam etdirir. Bizim əla orkestrimiz, həmçinin gənc istedadlı bəstəkarlarımız var.

Üzeyir Hacıbəylinin Azərbaycanın musiqi mədəniyyətində roluna gəlincə, bu, təkcə ölkəmiz üçün əhəmiyyətli deyil. Məsələ burasındadır ki, “Arşın mal alan” operettasını yazanda, Üzeyir bəy konservatoriyada oxuyurdu və onun müəllimi deyirdi: “Nəhayət, Rusiyada ilk operetta yazılıb”. Çünki ondan əvvəl yalnız vodevillər var idi. Məlum olur ki, “Arşın mal alan” Rusiya imperiyasında yaradılmış ilk operettadır. Onu da deyim ki, “Leyli və Məcnun” da Şərqdə ilk operadır. Üzeyir bəyin bütün musiqi əsərləri həyatımızın ayrılmaz hissəsidir, hətta mənə elə gəlir ki, biz bunu genlərimizlə övladlarımıza da ötürürük. Mənim üçün Milli Musiqi Günü böyük bayramdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!