08 May 2026 20:21
436
İQTİSADİYYAT
A- A+
“Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri qida sənayesinin inkişafına töhfələr verir  

“Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgiləri qida sənayesinin inkişafına töhfələr verir  


Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgilərinə baxış keçirib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, baxış zamanı sərgi pavilyonlarında kənd təsərrüfatı, qida sənayesi, aqrar texnologiyalar, suvarma sistemləri, kənd təsərrüfatı texnikaları və emal sənayesi sahələrində fəaliyyət göstərən yerli və xarici şirkətlərin stendləri ziyarət edilib. Təqdim olunan innovativ məhsullar, müasir texnologiyalar və yeni xidmətlər barədə ətraflı məlumat verilib.

Ziyarətçilər Kənd Təsərrüfatı Nazirliyinin geniş və çoxşaxəli konsepsiya əsasında hazırlanmış stendində də olub. Burada aqrar sahədə innovasiya və rəqəmsal transformasiya istiqamətində həyata keçirilən layihələrə xüsusi yer ayrılıb. Stenddə aqrar sahədə dövlət dəstəyi, innovasiya, elm, startap ekosistemi və özəl sektor əməkdaşlığını vahid platformada birləşdirərək ziyarətçilər üçün geniş məlumatlandırma və əməkdaşlıq imkanları yaradıb.

Sərgidə aqrar startapçılar və müxtəlif universitetlərin tələbələri “Aqrar sahədə süni zəka”, “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihələri çərçivəsində innovativ həllər, texnoloji məhsullar və prototipləri ilə çıxış ediblər. Nümayiş olunan innovativ həllər arasında “ağıllı kənd” təsərrüfatı texnologiyaları, rəqəmsal monitorinq sistemləri, avtomatlaşdırılmış idarəetmə həlləri və məhsuldarlığın artırılmasına yönəlmiş texnoloji yanaşmalar yer alıb.

Sərgidə un məmulatları və şokoladdan hazırlanmış əl işlərinə də baxış keçirilib. Qeyd olunub ki, Azərbaycan və Belarusdan olan kulinar mütəxəssislər tərəfindən hazırlanmış 18 miniatür əl işi kənd təsərrüfatı mövzusuna həsr olunub. Bu əl işlərindən ən tezi iki həftəyə, ən geci 3 aya hazırlanıb.

“Caspian Agro” və “InterFood Azerbaijan” regionun aqrar və qida sənayesi sahəsində ən nüfuzlu tədbirlərindən biri hesab edilir. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri hər il dünyanın müxtəlif ölkələrindən yüzlərlə şirkət, investor və mütəxəssisi bir araya gətirərək aqrar və qida sənayesi sahəsində yeni əməkdaşlıq platforması rolunu oynayır.

Baxış zamanı aqrar sahədə innovasiyaların tətbiqi, ərzaq təhlükəsizliyinin təmin olunması, məhsuldarlığın artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Sərgilərin kənd təsərrüfatı və qida sənayesinin inkişafına, həmçinin yerli istehsalçıların beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsinə mühüm töhfə verdiyi vurğulanıb. Görüşlər zamanı aqrar sektorun inkişafı, müasir texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu il ölkə üzrə 131 mindən çox şagird birinci sinfi bitirib

18:01
25 İyun

Aqrar Sığorta Fondu Goranboyda fermerlərə sığorta ödənişləri edib

18:01
25 İyun

Sahibkarlara dövlət əyar nəzarəti və əyarlama xidməti barədə məlumat verilib

18:00
25 İyun

Almaniyada istilik dalğası rekord göstəricilərlə müşayiət olunur

17:59
25 İyun

Həftəsonu hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

17:57
25 İyun

Azərbaycan-Aİ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub  

17:51
25 İyun

Dünya Kubokunda avtomobil meksikalı azarkeşlərin izdihamına çırpılıb

17:32
25 İyun

 Fransa - Norveç oyununda təbii fəlakət təhlükəsi 

17:23
25 İyun

Bəşəriyyətin ən qədim kabusu

17:09
25 İyun

Aİ vergi sistemini sadələşdirir

17:01
25 İyun

ÜST anomal istilərlə bağlı xəbərdarlıq edib

16:49
25 İyun

 Ürəyimizi necə qoruyaq?

16:43
25 İyun

Hesabat: Avropa ekstremal hava riskləri zonasına çevrilir  

16:36
25 İyun

Parlament diplomatiyası Azərbaycanın xarici siyasət kursunda mühüm yer tutur

16:34
25 İyun

Səhiyyə Nazirliyi: Qanvermə aksiyalarında 2821 könüllü donor iştirak edib, 1269,45 litr qan toplanıb

16:29
25 İyun

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Belarusdan hücum riskini qiymətləndirib  

16:14
25 İyun

Azərbaycan və Həştərxan vilayəti arasında regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi nəzərdən keçirilib

16:12
25 İyun

Müdafiə naziri: Bu gün məzun olan gənc zabitlərimiz Zəfərin məsuliyyətini və dəyərini dərindən dərk etməlidirlər 

16:09
25 İyun

Xələf Xələfov AQEM-in Baş katibi Kayrat Sarıbay ilə görüşüb

16:07
25 İyun

Energetika naziri Ağdamda vətəndaşlarla görüşüb

16:03
25 İyun

Baş nazir: Nəqliyyat dəhlizlərinə tələbat sürətlə artır

15:56
25 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!