11 İyun 2026 13:59
134
CƏMİYYƏT
A- A+
Bu ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 3 min 766 fakt aşkar edilib

Bu ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 3 min 766 fakt aşkar edilib


“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”nın icrasını daim diqqət mərkəzində saxlayan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülüb, bu sahədə fəaliyyət göstərən qurumların koordinasiyası təşkil edilib, qarşılıqlı əməkdaşlıq nəticəsində ictimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilib.

Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, bu ilin yanvar-may ayları ərzində İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 110 tədbir (70 maarifləndirici və təşkilati tədbir, 40 maarifləndirici sosial aksiya) təşkil edilib.

Cari ilin yanvar-may ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 302 vətəndaş müraciəti daxil olub ki, onların 38-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 25-i narkotik asılılığından müalicə, 239-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd edilən müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 63 məktub ünvanlanıb.

İyunun 11-də hüquq-mühafizə orqanları tərəfindən dövriyyədən çıxarılmış, barələrində məhvetmə qərarı qəbul olunmuş maddi sübutların tam həcmdə məhv edilməsi ilə əlaqədar 1446 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul olunmuş narkotik vasitələr aidiyyəti təşkilatların və media nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib. Ümumilikdə 5 ton 155 kiloqram müxtəlif növ narkotik vasitə (526 kiloqram heroin, 4 ton 135 kiloqram marixuana, 109 kiloqram tiryək, 164 kiloqram həşiş, 1 kiloqram kokain, 220 kiloqram), 140 min 620 həb və psixotrop maddə (137 min 455 ədəd həb, 3165 ədəd həb psixotrop maddə), eləcə də 13 min 367 çətənə bitkisi yandırılıb. Məhv edilən narkotik vasitələrin qara bazarda qiyməti 147 milyon manat təşkil edir.

Bu ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 3 min 766 fakt aşkar edilib. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 4 ton 283 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddələr müsadirə edilib. Həmçinin həmin dövr ərzində 4 min 486 ədəd metadon qanunsuz dövriyyədən götürülüb, 1500 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Bu il ərzində sosial çarxlar ölkə üzrə fəaliyyət göstərən televiziya kanallarında ümumilikdə 3 min 694 dəfə yayımlanıb və eyni zamanda, narkomanlığa qarşı mübarizə mövzusunda ümumilikdə 28 veriliş hazırlanıb. “802-Qaynar xətt” xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial çarx ümumölkə və regional yerüstü radio yayımçılarının efirində ümumilikdə 5 min 465 dəfə yayımlanıb. Ümumilikdə 17 qəzet və 40-a yaxın veb-saytda ölkə mediasında narkomaniyaya qarşı mübarizə mövzusunda 5 mindən çox informativ və maarifləndirici material dərc olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA 

16:19
11 İyun

Böyük Britaniyanın müdafiə naziri istefa verib

15:41
11 İyun

Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir

15:40
11 İyun

AHİK: Yollayışların verilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir

15:24
11 İyun

Sadiq Qurbanov: Azərbaycan kənd təsərrüfatına yararlı torpaq fonduna görə bir çox Avropa ölkəsini üstələyir  

15:16
11 İyun

Rusiya Prezidentinə Novruz bayramına ümummilli status verilməsi təklif olunub  

14:53
11 İyun

“Reuters”: ABŞ ilə İran arasında dondurulmuş vəsaitlər üstündə mübahisə gedir

14:48
11 İyun

Komitə sədri: 2026-2030-cu illər üzrə Dövlət Proqramı aqrar sahənin inkişafı üçün aydın yol xəritəsidir  

14:43
11 İyun

Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq

14:41
11 İyun

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiahdan

14:40
11 İyun

Azərbaycan və İran arasında yükdaşımaların artırılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb  

14:36
11 İyun

Məcnun Məmmədov: Kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahədir  

14:31
11 İyun

Çin sınaq peykini kosmosa göndərib

14:21
11 İyun

Məhərrəm ayının başlanacağı tarix açıqlanıb

14:09
11 İyun

Bu ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 3 min 766 fakt aşkar edilib

13:59
11 İyun

Kəşmirin Pakistanın nəzarətində olan hissəsində baş verən qəzada 22 pakistanlı hərbçi həlak olub  

13:56
11 İyun

Yunanıstan səfiri “ASAN xidmət”də

13:32
11 İyun

Sabah bəzi yerlərdə yağış yağacaq

13:01
11 İyun

Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər

12:49
11 İyun

Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib

12:38
11 İyun

DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb

12:36
11 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!