11 İyun 2026 15:24
135
CƏMİYYƏT
A- A+
AHİK: Yollayışların verilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir

AHİK: Yollayışların verilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) yollayışların verilməsi ilə bağlı iddialarla əlaqədar açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, açıqlamada deyilir: “Son zamanlar bəzi media subyektlərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) ünvanına yollayışların verilməsi ilə bağlı həqiqətə uyğun olmayan və qərəzli iddialar səsləndirilir. Bu da çoxsaylı üzvləri birləşdirən AHİK-in nüfuzuna xələl gətirməklə yanaşı, həmkarlar ittifaqları üzvlərinin haqlı narazılığına səbəb olur.

Vurğulamaq istərdik ki, AHİK olaraq missiyamız ilk növbədə həmkarlar ittifaqları üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, layiqli əmək şəraitinin təmin edilməsi, işçilərin maarifləndirilməsi, üzvlərə sosial-iqtisadi dəstəyin göstərilməsi, bilik və bacarıqlarının artırılması, sağlamlığının qorunmasının səmərəli təşkilidir.

Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyəti ilk növbədə Azərbaycan Konstitusiyası, həmçinin “Həmkarlar ittifaqları haqqında” Qanun, AHİK-in Nizamnaməsi, sosial tərəfdaşlıq, məşğulluq, sosial müdafiə və əmək münasibətlərini tənzimləyən normativ-hüquqi aktlarla tənzimlənir.

Son günlər mediada yollayışların verilməsi ilə bağlı səslənən əsassız fikirlərə gəlincə isə bildiririk ki, yollayışların verilməsi prosesi “Sosial sığorta haqqında” Qanun, eləcə də Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı (hazırda Nazirlər Kabinetinin 30 yanvar 2026-cı il tarixli 31 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta vəsaiti hesabına sanatoriya-kurort putyovkalarının (yollayışlarının) verilməsi, istifadəsi və uçotunun aparılması Qaydaları”na əsasən tənzimlənir və yollayış verilərkən qanunvericiliyin tələbləri əsas götürülür. Bu tələblərə görə, güzəştli yollayış veriləcək şəxslər həmkarlar ittifaqının üzvü, sosial sığorta ödəyicisi və ya pensiyaçı olmalıdır. Həmin şəxslər yollayışları dəyərinin yalnız 15 faizini ödəməklə əldə edirlər.

Təhlillər göstərir ki, qanunvericiliyin uyğunlaşdırılması nəticəsində il ərzində əlavə olaraq 32 mindən çox vətəndaşımızın yollayışdan istifadə imkanı yaranıb. Bununla da həyata keçirilmiş hüquqi uyğunlaşdırmalar güzəştli yollayışlardan istifadə hüququ olan şəxslərin yollayışlara əlçatanlığının, şəffaflığın və ünvanlığın artırılmasına, daha çox şəxsin bu imkanlardan yararlanmasına şərait yaradıb.

Məlumat üçün bildiririk ki, həmin qaydalara Nazirlər Kabinetinin 13 iyul 2011-ci il tarixli 113 №-li Qərarı ilə edilmiş dəyişikliklərə əsasən, yollayışlardan güzəştli istifadə hüququ müraciətçilərin ailə üzvlərinə, o cümlədən uşaqlarına şamil olunmur. Bununla belə Baş Kollektiv Sazişdən irəli gələn sosial öhdəliklərə uyğun olaraq, AHİK-in təşəbbüsü əsasında sağlamlıq mərkəzləri ilə bağlanmış müqavilələr çərçivəsində 12 yaşadək iki uşağın ödənişsiz əsasda qonaqlanması və qidalanması təmin olunur.

Eyni zamanda, ödənişsiz yollayış almaq hüququ olanları ehtiva edən kateqoriyalar 3-dən 11-ə çatdırılıb. Bu isə dövlətimizin həyata keçirdiyi sosial siyasətə uyğun olaraq, həssas qrupa aid olan daha çox vətəndaşın sosial qayğı ilə əhatə olunması deməkdir.

Hesab edirik ki, bəzi media subyektlərində yayımlanan və reallığı əks etdirməyən iddialar həmkarlar ittifaqları təşkilatları haqqında əsassız və mənfi rəy formalaşdırmağa xidmət edir.

İşgüzar imicə ictimai zərər vurmağa hədəflənən bu cür məlumatlar media etikası, obyektivlik, qərəzsizlik və məsuliyyət prinsiplərinə uyğun gəlmir, “Media haqqında” Qanunun müddəaları ilə ziddiyyət təşkil edir.

Media nümayəndələrini jurnalist etikasına əməl etməyə, məlumatları yaymamışdan əvvəl aidiyyəti üzrə dəqiqləşdirməyə çağırırıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA 

16:19
11 İyun

Böyük Britaniyanın müdafiə naziri istefa verib

15:41
11 İyun

Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir

15:40
11 İyun

AHİK: Yollayışların verilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir

15:24
11 İyun

Sadiq Qurbanov: Azərbaycan kənd təsərrüfatına yararlı torpaq fonduna görə bir çox Avropa ölkəsini üstələyir  

15:16
11 İyun

Rusiya Prezidentinə Novruz bayramına ümummilli status verilməsi təklif olunub  

14:53
11 İyun

“Reuters”: ABŞ ilə İran arasında dondurulmuş vəsaitlər üstündə mübahisə gedir

14:48
11 İyun

Komitə sədri: 2026-2030-cu illər üzrə Dövlət Proqramı aqrar sahənin inkişafı üçün aydın yol xəritəsidir  

14:43
11 İyun

Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq

14:41
11 İyun

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiahdan

14:40
11 İyun

Azərbaycan və İran arasında yükdaşımaların artırılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb  

14:36
11 İyun

Məcnun Məmmədov: Kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahədir  

14:31
11 İyun

Çin sınaq peykini kosmosa göndərib

14:21
11 İyun

Məhərrəm ayının başlanacağı tarix açıqlanıb

14:09
11 İyun

Bu ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 3 min 766 fakt aşkar edilib

13:59
11 İyun

Kəşmirin Pakistanın nəzarətində olan hissəsində baş verən qəzada 22 pakistanlı hərbçi həlak olub  

13:56
11 İyun

Yunanıstan səfiri “ASAN xidmət”də

13:32
11 İyun

Sabah bəzi yerlərdə yağış yağacaq

13:01
11 İyun

Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər

12:49
11 İyun

Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib

12:38
11 İyun

DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb

12:36
11 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!