11 Iyun 2024 16:33
322
İQTİSADİYYAT
A- A+

Bu il Radiotezliklər üzrə Dövlət Komissiyası 19 müraciəti müsbət cavablandırıb  

 

Cari ilin əvvəlindən bu günə qədər Radiotezliklər üzrə Dövlət Komissiyasına 25 müraciət daxil olub.

AZƏRTAC-a bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən bildirilib.

Məlumata əsasən, komissiyaya daxil olan müraciətlərdən 11-i radiorabitənin təşkili məqsədilə istifadə olunan radiostansiyalar, 4-ü simsiz giriş şəbəkələri, 4-ü gəmilərdə istifadə edilən radio avadanlıqlar, 5-i GNSS (Global Navigation Satellite System) məlumatlarının ötürülməsi üçün radiotezliklərin ayrılması ilə bağlı olub. 1 müraciət isə hüquqi şəxsin adında dəyişikliklə əlaqədar edilib.

Dövlət Komissiyasının iclasında 19 müraciət müsbət cavablandırılıb və müvafiq icazələr verilib. 5 müraciətçiyə isə alternativ tezlik resurslarından istifadə etmək təklif edilib.

Bundan başqa, Dövlət Komissiyasının müvafiq qərarları ilə əvvəlki iclaslarda tezliklərin ayrılmasına icazə verilib, lakin radiorabitə şəbəkələrinin istifadəsini dayandıraraq könüllü olaraq radiotezlik istifadəsindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq imtina edən 3 hüquqi şəxs üçün Dövlət Komissiyasının tezlik ayrılması barədə qərarları ləğv edilib. Ümumilikdə 7 ədəd tezlik resursu (radiotezlik nominalı) dövlət resursu kimi geri alınıb.

Həmçinin Dövlət Komissiyasının iclasında “T-DAB (DAB+) standartlı yerüstü rəqəmsal səs yayımı stansiyalarının 174-230 MHs radiotezlik zolağından istifadə şərtləri” təsdiq edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 4 may tarixli 2622 nömrəli Sərəncamına əsasən yaradılmış Radiotezliklər üzrə Dövlət Komissiyası radioelektron vasitələrdən və yüksəktezlikli qurğulardan istifadənin səmərəliliyinin artırılması məqsədilə radiotezlik spektrinin bölünməsi və ayrılması sahəsində vahid siyasətin hazırlanmasını, həyata keçirilməsini təmin edir, həmçinin beynəlxalq təşkilatlarda Azərbaycan radioxidmət idarələrinin hüquq və mənafelərinin müdafiəsi ilə bağlı işləri təşkil edir.

Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları”na əsasən, respublika ərazisində istehsal edilən, modernizə və ya idxal olunan, həmçinin istismarı nəzərdə tutulan radioelektron vasitələr üçün radiotezlik zolaqlarının ayrılması məqsədilə hüquqi və fiziki şəxslər yazılı formada komissiyaya müraciət etməlidirlər.

Əsasnaməyə uyğun olaraq Dövlət Komissiyası nəzdində daimi fəaliyyət göstərən katiblik yaradılıb. Katibliyin funksiyalarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bilavasitə və tabeli qurumları vasitəsilə həyata keçirir. Katiblik Dövlət Komissiyası iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həlli, mülki məqsədlər üçün radiotezliklərin ayrılmasına dair müraciətlər üzrə araşdırma aparılması, müzakirəyə çıxarılacaq məsələlərə aid sənədlərin hazırlanması, iclasların təşkili, nəticələrinin protokollaşdırılması və kargüzarlıq işlərini icra edir.

Radiospektr idarəçiliyini həyata keçirən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi İdarə Heyətinin sədri Nail Mərdanov, eyni zamanda Dövlət Komissiyası Katibliyinin rəhbəri funksiyasını yerinə yetirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video